Qarı ağac kölgəsindəXalça salıb yatmışdı.Qarının ağ saçlarıAğ yastığa batmışdı...Qarının üzündəki cizgilərdərin-dərin...Nə böyükdür mənasıYorğun qapaqları örtülmüşçuxurdakı gözlərin?!Qarının bu dünyadaAcı keçdi günü, ruzigarı.Ellərə bahar gələndəKöçüb getmişdi onunGözəl gənclik baharı...Qarı nə boran bildi, nə qar,Alışdı qəlbində arzular,Bir əli beşik yırğaladı,Biri corab toxudu.Qüssələndi könlü onun,Hərdən nəğmə oxudu...Lakin bir gün həyatındaO, boş-bekar dayanmadı,Hərdən yerə alışmadı,Əbəs yerə o yanmadı.Puçur-puçur töküləndəAlnındakı inci təri,Bir fərəhlə gülümsədiOnun qara, saf gözləri.Bu dünyada veyil-veyilDolanmadı,Aralıqda söz gəzdiribÇirkli sutək bulanmadı.Sədaqətlə ömür sürdü.Ömründə çox işlər gördü.Baxıram qarının üzündəkiCizgilərə diqqətlə,Baxıram hörmətlə, məhəbbətlə...Bu cizgilər zamanın əliləNəqş etmiş onun üzünəBöyük bir dastan.Bu cizgilər verir nişanÇirkaba düşməyən,Kol-kosa ilişməyən,İnsan ləyaqətilə ömrünü başa vuranYüksək, böyük bir həyatdan.Yalnız ömrünübelə sədaqətlə,Fədakarlıq və zəhmətləKeçirən bir insan,Dodağında belə xoşbəxt təbəssümləYata bilər şirin-şirin,Axır mənzilinə yetişəndəson illərin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets