Baş apar, nazlan ki, mən nazın çəkim.Hər qadan gəlsin mənə, ey göyçəyim!

Məstəm eşqindən, o rövşən badədən,Qoy dözüm, ol işrətin altın çəkim.

Sən zəlillər tək məni etmə kənar,Qoy səni ağuşuma coşğun çəkim.

Öldürür rüzgar məni cövrünlə, baxGündə min bir zülm edir, hansın çəkim?

Vay o gündən ki, ümidim məhv ola,İntizarı boş, əbəs, məhzun çəkim!

Maqta — the closing couplet bearing the poet’s pen name. Mən - Nizami, bülbüləm gülzarına,İnsaf et, gül dərmədən cövrün çəkim?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern