Diləyirdim mənə sən bir gecəlik yar olasan!Əhdi, peymanı tutub, əhdə vəfadar olasan!

Gözlərin yadları gördükdə gülür nərgiz tək,Bir tikandır mənə qəmzən, nola, qəmxar olasan!

Dostluğundan demişəm mən, neçə düşmən eşidib,Məni əğyarə xəcil etsən, özün xar olasan!

Mənə dost ol, nə zərər, düşmənim olsun aləm,Kimsədən qorxmaram, ancaq ki, düz ilqar olasan!

Sən nə quşsan, sınayım mən nə sayaq, söylə səni,Hanı bir öylə könül bəndü giriftar olasan?!

Maqta — the closing couplet bearing the poet’s pen name. Şəhər əhli sənin eşqində Nizami kimidir,Nə rəva Axsitana munisi dildar olasan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love