Iqbalnama, chapter 37
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
مغنی بساز از دم جانفزایکلیدی که شد گنج گوهر گشای
Müğənni, şövqlə ucalt səsini,Aç yenə gövhərlər xəzinəsini!
برین در مگر چون کلید آوریازو گنج گوهر پدید آوری
Bu bağlı qapıya kim salsa açar,Gizlin xəzinədə dürr, gövhər tapar.
چو میوه رسیده شود شاخ راکدیور فرامش کند کاخ را
Meyvənin xoş ətri basanda bağıKəndlilər unudar evi, otağı.
ز بس میوه باغ آراستهزمین محتشم گردد از خواسته
Meyvələr çoxalar, bağlar varlanar,Belə bir bolluqdan yer vüqarlanar.
ز شادی لب پسته خندان شودرطب بر لبش تیز دندان شود
Fərəhdən sevinib güləndə püstəXurma baxıb ondan bir busə istər.
شود چهرهٔ نار افروختهچو تاجی در او لعلها دوخته
Ləl ilə bəzənmiş bir tac kimi nar,Uzaqdan çıraqtək alışıb yanar.
رخ سرخ سیب اندر آید به غنجبه گردنکشی سر برآرد ترنج
Göz vurub qızarmış alma edər naz,Çəkər gərdənin turunc işvəbaz.
عروسان رز را زمی گشته مستهمه سیب و نارنج بینی به دست
Tənəklər şərabdan nəşələnərəkSarmaşar almaya, nara sərxoştək.
ز بس نار کاورده بستان ز شاخپر از نار پستان شده کوی و کاخ
Bürüyüb bağları var ağacları,Cüt məmələr kimi görünür barı.
به دزدی هم از شاخ انجیرداردر آویخته مرغ انجیرخوار
Əncir yeyən quşlar oğrutək pünhanAsılar ağacın budaqlarından.
ز بی روغنی خاک بادام دوستز سر کنده بادام را مغز و پوست
Badam sevən torpaq yağ almaq üçünSoyar qabığını badamın bütün.
لب لعل عناب شکر شکنزده بوسه بر فندق بی دهن
İstəyər, innab da gəlib həvəsə,O dilsiz-ağızsız fındıqdan busə.
درختان مگر سور میساختندکه عناب و فندق برانداختند
Ağaclar şənliklə qaldıraraq başİnnabdan, fındıqdan verərlər şabaş.
ز سرمستی انگور مشگین کلاهبرانگشت پیچیده زلف سیاه
Qarapapaq üzüm sərxoşluğundanDolar barmağına saçını nihan.
کدو بر کشیده طرب رود راگلوگیر کشته به امرود را
Qabaqlar sazlarlar şadlıqçün rudu,Heyva boğazından tutar armudu.
سبدهای انگور سازنده میزروی سبد کش برآورده خوی
Daşınar şərabçın dolu səbətlər,Səbət daşıyanın üzü-gözü tər.
شده خوشه پالوده سر تا به دمز چرخشت شیرش شده سوی خم
Salxımlar sıxılar bağda başabaş,Axışar küplərə şirəsi birbaş.
لب خم برآورده جوش و نفیرهم از بوی شیره هم از بوی شیر
Südəmər körpələr necə qığıldar,Küplər də dolduqca elə uğuldar.
درین فصل کافاق را سور بودسکندر ز سوری چنان دور بود
Toy-bayram edirkən dünya bu zamanİskəndər uzaqdı bu toy-bayramdan.
بیابان و وادی و دریا و کوهشب و روز میگشت با آن گروه
Qatıb bir-birinə gecə-gündüzü,Üzürdü dənizi, keçirdi düzü,
بسی خلق را از ره صلح و جنگبرون آورید از گذرهای تنگ
O, bir çox ölkəni xoşluqla, zorlaDardan çıxarmışdı geniş bir yola.
چو پیمانهٔ عمرش آمد به سربر او نیز هم تنگ شد رهگذر
Ömrün piyaləsi artıq dolmuşdu,Onun özünə də yol dar olmuşdu.
جهان را به آمد شدن هر که هستدولختی دری دید لختی شکست
Dünyada hamıya iki qapı var,Birindən girənlər birindən çıxar.
ازین سرو شش پهلوی هفت شاخکه بالاش تنگست و پهلو فراخ
Bu yeddi budaqlı, altı cəhətli,Dövrəsi, meydanı, yeri vüsətli
چنانش آمد آواز هاتف به گوشکزین بیشتر سوی بیشی مکوش
Sərvdən ucaldı bir qiyabi səs:"Daha fatehlikdən əl çək, bəsdir, bəs!
رساندی زمین را به آخر نوردسوی منزل اولین باز گرد
Bəsdir, bu dünyanı gəzməkdən əl çək.Daha ilk mənzilə dönəsən gərək!
سکندر چو بر خط نگارد دبیربود پنج حرف این سخن یادگیر
İskəndər sözünü yazanda katibYalnız beşcə hərflə ifadə edib.
بسست اینکه بر کوه و دریای ژرفزدی پنج نوبت بدین پنج حرف
Beş hərfə müvafiq etdin beş səfər,Suları, dağları keçdiyin yetər!
زکار جهان پنجه کوتاه کنسوی خانه تا پنج مه راه کن
Pəncəni bu dünya işlərindən çək.Qayıt öz evinə, get, beş ayadək
مگر جان به یونان بری زین دیارنیوشندهٔ مست شد هوشیار
Yunan torpağına dönməlisən sən!"Ayıldı İskəndər sanki məstlikdən.
بترسید و گوشی برآواز داشتاز آن خوش رکابی عنان بازداشت
Qorxuyla, dəhşətlə dinlədi bunu,Çəkdi öz atının tez cilovunu.
به شایستگان راز معلوم کردوز آنجا گرایش سوی روم کرد
Məhrəm dostlarına açıb bu sirri,Ordan Ruma sarı qayıtdı geri.
به خشکی و تری و دریا و دشتبسی راه و بی راه را در نوشت
Dərədən, təpədən, dənizdən, dağdanKeçərək, yol getdi daha durmadan.
به کرمان رسید از کنار جهانز کرمان درآمد به کرمانشهان
Yerin o başından Kirmana yetdi,Ordan Kirmanşaha yol aldı getdi.
وز آنجا به بابل برون برد راهز بابل سوی روم زد بارگاه
Sonra da Babilə gəlib, İskəndərOrdan Ruma tərəf elədi səfər.
چو آمد ز بابل سوی شهر زورسلامت شد از پیکر شاه دور
Yolda Zur şəhrinə gəlib çatandaPozuldu səhhəti şahın bir anda.
به سستی درآمد تک بارگیز طاقت فرو ماند یکبارگی
Onun can köhləni daha yoruldu,Taqətdən düşərək yolgetməz oldu.
بکوشید کارد سوی روم رایفرو بسته شد شخص را دست و پای
Ruma çatmaq üçün xeyli can atdı,Əl-ayaq süstləşdi, qalmadı imkan.
گمان برد کابی گزاینده خورددر و زهر و زهر اندر و کار کرد
Sandı ki, içibdir zəhərlənmiş su,Həmin o zəhərin təsiridir bu.
نهیب توهم تنش را گداختنشد کارگر هر علاجی که ساخت
Onu əldən saldı qorxu, vahimə,Əlacsız dərd imiş bu dərd, sən demə!
دو اسبه فرستاد قاصد ز پیشبه یونان زمین پیش دستور خویش
Vəzirin yanına - YunanıstanaBir qasid göndərdi, söyləsin ona:
که بشتاب و تعجیل کن سوی منمگر بازبینی یکی روی من
"Çaparaq yanıma gəlsən əgər sənSon dəfə üzümü görə bilərsən.
همان زیرکان را که کار آگهندبیاور اگر صد و گر پنجهند
Yaxşı işbacaran alimlərdən dəYüz ya əlli nəfər gətir gələndə!"
چو قاصد به دستور دانا رسیددر بسته را جست با خود کلید
O qasid yetişib dedi vəzirə,Vəzir əl atsa da hər bir tədbirə,
ندید آنچه زو رستگاری بوددرو نقش امیدواری بود
Çarələr heç bir kara gəlmədi,Bir ümid işığı görə bilmədi.
همه زیرکان را ز یونان و رومطلب کرد و آمد بدان مرز و بوم
Yığıb alimləri Rumdan, YunandanOldu hökmüdarın yanına rəvan.
هم از ره درآمد بر شهریاربه روزی نه کان روز بود اختیار
Birbaşa o, şahın yanına gəldi,Bu görüş heç də xoş görüş deyildi.
تن شاه را بر زمین دید پستبه رنجی که نتوان از آن رنج رست
Gördü: şah taqətsiz uzanıb yerdə.Əlac mümkün deyil düşdüyü dərdə.
پس آنگاه زد بوسه بر دست شاهبمالیدش انگشت بر نبضگاه
Diz çökdü, üzündə qüssə, duman, çən,Yoxladı nəbzini öpüb əlindən.
چو اندازهٔ نبض دید از نخستنشان از دلیلی دگر بازجست
Nəbzin vurmasına elədi diqqət,Tapdı xəstəlikdən neçə əlamət.
بفرمود از آنجا که در خورد بوددوائی که داروی آن درد بود
Buyurdu: nə qədər vardısa imkanAxtarıb tapsınlar bu dərdə dərman.
دواگر بود جمله آب حیاتوفا چون کند چون درآید وفات
Dərmanın olsa da lap abi-həyat,Əcəlin çatanda yoxdur bir nicat!
جهانجوی را کار از آن درگذشتکه رنجش به راحت کند بازگشت
Artıq hökmüdarın işi bitmişdi,Əbədi dincəlmək vaxtı yetmişdi.
از آن مایه کز خانهٔ اصل بردودیعت به خواهندگان میسپرد
Əmanət aldığı mayəni yenəGərək qaytaraydı tələb edənə.
جهان چون زرش داد در دیک خاصخلاصی که از خاک باید خلاص
Onu əridirdi indi bu cahanKi, zəri ayırsın qara torpaqdan.
وجودش که ساکن شد از تاختندرآمد به برگ عدم ساختن
Daha can köhləni asta gedirdi,Gedər-gəlməz yola səfər edirdi.
شکر خنده شمعی که جان مینواختچو شمع و شکر ز آب و آتش گداخت
Şamtək tərk edirdi nurlu aləmiSuda qənd, odda mum əriyən kimi.
برآمد یکی باد و زد بر چراغفرو ریخت برگ از درختان باغ
Bir külək söndürdü yanan çırağı,Bağda ağaclardan tökdü yarpağı,
نه سبزی رها کرد بر شاخ سرونه پر ماند بر نوبهاری تذرو
Sərvdə yaşıl bir budaq qoymadı,Sındı qırqovulun qolu, qanadı.
فروزنده گلهای با بوی مشکفرو پژمریدند بر خاک خشک
Müşk ətirli olan əlvan gül-çiçəkSolub səpələndi yerə xəzəltək.
سکندر که بر سفت مه زین نهادز نالندگی سر به بالین نهاد
Ayı yəhərləyən həmin İskəndərÖlüm yatağına baş qoyub inlər...
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-iqbalname-37
Use ← → keys to move, R for a random poem
More by this author
Through many a town and bower had spreadThe maniac's tale— all anxious read
Layla and Majnun, chapter 43How beautifully blueThe firmament! how bright
Layla and Majnun, chapter 44In summer all is bright and gay;In autumn verdure fades away,
Layla and Majnun, chapter 45The life of Majnún had received its blight;His troubled day was closing fast in night.
Poems by other poets
Məni binadan bəslədi,Dağlar qoynunda, qoynunda.
Xəbər verBadi-səba apar mənim peyğamım,Başın üçün o dildara xəbər ver,
Qəzəl: Əbləh oldur kim cahan mülkündə daim qəm qılarƏbləh oldur kim cahan mülkündə daim qəm qılar,Ey xoş ol kəs bivəfa dünyaya rəğbət kəm qılar
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni