Ey gözəl afətlərə sultan olan!Qoyma baxa hüsnünə düşman olan!

Mən deyiləmmi bütün əzam ilə,Bir tükünə min dəfə qurban olan?

Miskinəm, ox atma zəif sinəmə,Zərbənə dözməz belə nalan olan.

İçdin ürək qanımı sən mey kimi,Oldum adı qəlb evi talan olan.

Qoy yıxılıb payini öpsün barı,İndiyədək sevgisi pünhan olan.

Gül üzünü görməyə yox cürətim,Qaşı kaman, kirpiyi peykan olan.

Maqta — the closing couplet bearing the poet’s pen name. Aşiqi-sadiqsə hamı, doğrudur,Yoxdu Nizami kimi şükran olan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love