Hər gecə tədbir görür könlüm sənin hicranına
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Hər gecə tədbir görür könlüm sənin hicranına,Sübh tezdən bənd olur eşqin şirin sultanına.
Könlümü verdim sənə, mən-sən ki, bir can olmuşuq,Başqa bir can varmı, yetsin başqa bir cananına?
Günləri bayram kimi şirin keçər baxsan, gülüm,Sübh tezdən sən nəzər salsan əgər qurbanına.
Varmı cürət, qaldıram şəmşir sən tək atlıya,Başım üstə tutmuşam, vur zərbəni qalxanıma.
Məclisində mən kimi mehman gərək daim sənin,Gövhəri töksün üzə, qəsd eyləsin öz canına.
Sən ciyər didməkdən əl çək, ey pəri, et imtina,Yoxsa qərq eylər səni bir gün ciyər öz qanına.
Maqta — the closing couplet bearing the poet’s pen name. Gözlərimdən sel kimi tökdüm ciyər suyun bu gün,Ta Nizaminin qubarı qonmasın eyvanına.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-her-gece-tedbir-gorur-konlum-senin-hicranina
Use ← → keys to move, R for a random poem
More by this author
دگر ره گفت ما اینجا چراییمکجا خواهیم رفتن وز کجاییم
Khosrow and Shirin, chapter 97دگر ره گفت کای دریای دُربارچو دُر صافی و چون دریا عجبکار
Khosrow and Shirin, chapter 98دگر باره شهِ بیداربختشسؤالی زیرکانه کرد سختش
Khosrow and Shirin, chapter 99دگر ره گفت اگر جان هست حاصلنه نقش کالبدها هست باطل؟
Poems by other poets · Love
Könül, səbr ilə etmə əl-aman,Səni bir gün o dildara yetirərəm.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
ÖlkəmDünyamızı seyr etdim min dürlü həvəslərlə,Gördüm coşuyor dillər pək nəşəli səslərlə,
Dönən deyiləmİxtiyar səndir, vəfalı dilbər,Mən sənin könlünə dəyən deyiləm,