Iqbalnama, chapter 49
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
مغنی ره رامش آور پدیدکه غم شد به پایان و شادی رسید
Müğənni, o "Ramiş" havasını çal,Şadlıq məqamıdır, qurtardı məlal!
رونده رهی زن که بر رود سازچو عمر شه آن راه باشد دراز
Rudunla bir dəsgah çalasan gərək,Çaldıqca uzana şahın ömrütək!
گر آن بخردان را ستد روزگارخرد ماند بر شاه ما یادگار
Aqil adamları aldı ruzigar,Qaldı şahımıza ağıl yadigar.
بقا باد شه را به نیروی بختبدو باد سرسبزی تاج و تخت
Şaha kömək olsun həmişə xoş bəxt,Onunla bəzənsin daim tacü təxt!
ملک عزدین آنکه چرخ بلندبدو داد اورنگ خود را کمند
Məlik İzəddinə bu çərxi-dövranQüdrət kəməndini bəxş etmiş çoxdan.
گشایندهٔ راز هفت اخترانولایت خداوند هشتم قران
Odur yeddi ulduz sirrini açan,Odur səkkizinci qərana sultan.
نشیننده بزم کسری و کیفریدون کمر شاه فیروز پی
Kəsra-Key bəzmində o tutub qərar,Olub Firiduntək xoşbəxt hökmüdar!
لبش حقه نوشداروی عهدفروزندهٔ چرخ فیروزه مهد
Dodağı dünyanın həyat şərbəti,Ondandır göylərin rəngi, ziynəti.
ز شیرینی چشمهٔ نوش اوشده گوش او حلقه در گوش او
O qədər şirindir söz bulaqları,Səsinin quludur öz qulaqları.
چو نرمی برآراید از بامدادنشیند در آن بزم چون کیقباد
Hər səhər bəzəkli bir məclis qurar,Orada Keyqubad kimi oturar.
در آن انگبین خانه بینی چو نحلبه جوش آمده ذوفنونان فحل
Gələr ölkələrin bir çox alimiArılar pətəyə yığışan kimi.
چو هر ذوفنونی به فرهنگ و هوشبسا یکفنان را که مالیده گوش
Çox bilən alimlər göstərib hünər,Biliyi azların dərsini verər.
نشسته به هر گوشه گوهرکشیبرانگیخته آبی از آتشی
Vardır hər guşədə gövhər tapanlar,Oddan su almağı bacarar onlar.
ملک پرورانی ملایک سرشتکلید درِ باغهای بهشت
Mələk xislətlidir şahın vəziri,Behiştə açardır hər bir tədbiri.
وزیری به تدبیر بیش از نظامبه اکفی الکفاتی برآورده نام
Şah - Məlik şah kimi səxavətlidir.Vəziri nizamtək ləyaqətlidir.
چو شه چون ملکشه بود دستگیرنظام دوم باید او را وزیر
O, hökmran şahdır indi dövrana,Vəzir də ikinci Nizamdır ona.
ز هر کشوری کرده شخصی گزینبزرگ آفرینش بزرگ آفرین
Alimlər gətirmiş hər bir diyardan,Yaratmış onlara hər cürə imkan.
چو گل خوردن بادهشان نوشخندچو بلبل به مستی همه هوشمند
Şərabı içərlər şən, güllər kimi,Məstkən ayıqdırlar bülbüllər kimi.
همه نیم هوشیار و شه نیم مستهمه چربگفتار و شه چربدست
Hamı yarımhuşyar, şah yarımayıq,Hamı dildən iti, şah əliaçıq!
که دارد چنان بزمی از خسروانجز آن هم مَلِک هم جهانپهلوان
Kimdə var bu məclis padişahlardan?O həm şahdır, həm də Cahanpəhləvan.
در آن بزم کهآشوب را کار نیستجز این نامه نغز را بار نیست
Bu bir məclisdir ki, qovqadan uzaq,Ona layiq olar bu naməm ancaq.
بدان تا جهان را تماشا کندرصدبندی کوه و دریا کند
Bununla seyr etsin şah göyü, yeri,Dağları, daşları, göy dənizləri!
گهی تاختن در طراز آوردگهی بر حبش ترکتاز آورد
Hərdən at oynadıb çıxsın meydana,Gah da hücum çəksin Həbəşistana.
نشسته جهانجوی بر جای خویشجهان ملک آفاقش آورده پیش
Heç yerə getmədən aqil hökmüdar,Görər öz gözüylə dünyada nə var.
به پیروزی این نامهٔ دلنوازدر هفت کشور بر او کرده باز
İstəsə şah üçün bu kitab yəqinAçar qapısını yeddi ölkənin.
بدو مجلس شاه خرم شدهتصاویر پرگار عالم شده
Onunla məclisi şahın şad olar.Onda bu dünyanın təsvirləri var.
کهای وارث بزم کیخسرویبه بازوی تو پشت دولت قوی
Keyxosrov bəzminin varisi sənsən,Təxtü tac dayağı zoruna əhsən!
نظر کن درین جام گیتی نمایببین آنچه خواهی ز گیتی خدای
Cahanı göstərən bu cama baxsan,Könlündən keçəni verəcək nişan.
خیال چنین خلوتیزادهایدهد مژدهٔ شه به شهزادهای
Xəlvətdə yazılmış belə bir əsərŞaha şahzadəlik müjdəsi verər.
به من بر چنان درگشاد این کلیدکه دُری ز دریایی آید پدید
Elə bir qapını açdı bu açarKi, ora dəniztək gövhərlər saçar.
که تا میل زد صبح بر تخت عاجچنان در نپیوست بر هیچ تاج
Səhər ağ təxtinə çıxandan bəriHeç bir tac görməyib belə gövhəri.
چو مهد آمد اول به تقریر کاراگر مهدی آید شگفتی مدار
Mən ki, söz açmışam əvvəl beşikdən,Körpəni görəndə heyrət etmə sən.
بر آرای بزمی بدین خرمیکمر بند چون آسمان بر زمی
Bu şadlıq günündə sən bir məclis qur,Yerin dövrəsinə göytək kəmər vur.
چه بودی که در خلد آن بزمگاه!مرا یک زمان دادی اقبال راه؟
Nolaydı, bəxtim yol verəydi mənə,Gələydim şahın o cənnət bəzminə.
مگر زان بهی بزم آراستهز کارم شدی بند برخاسته
Bəlkə o məclisin mərhəmətindənAçaydım işimdən düyünləri mən.
چو آن یاوری نیست در دست و پایکه در مهد مینو کنم تکیه جای
Qolumda, qıçımda qalmamış taqətKi, gəlib behişti edəm ziyarət.
فرستادن جان به مینوی پاکبه از زحمت آوردن تیره خاک
Müqəddəs behiştə can getsin gərək,Cəsədi oraya niyə göndərək?
دو گوهر برآمد ز دریای منفروزنده از رویشان رای من
Dəryamdan iki dürr olubdur əyan,Onlardır üzümü mənim ağardan:
یکی عصمت مریمی یافتهیکی نور عیسی بر او تافته
Biri Məryəm kimi ismətli pəri,İsanın nurilə parlar o biri.
بهخوبی شد این یک، چو بدر منیرچو شمس آن به روشندلی بینظیر
Birinin çöhrəsi Aytək münəvvər,Birinin ürəyi güntək nur çilər.
به نوبتگه شه دو هندوی بامیکی مقبل و دیگر اقبال نام
Müqbil, İqbal adlı iki hindli qulGöndərdim hüzura, olaydı məqbul.
فرستادهام هر دو را نزد شاهکه یاقوت را درج دارد نگاه
Gəldi hər ikisi şah xidmətinə,Məsəldir, yaqutu saxlar xəzinə.
عروسی که با مهر مادر بوَدبه ار پردهدارش برادر بود
Qızını mehrlə köçürər ana,Qardaş duvaq salar onun başına.
بباید چو آید بر شهریارچنین پردگی را چنان پردهدار
Hüzura göndərdim bu gəlini mən,Qardaşı tutmuşdur onun əlindən.
چو من نزل خاص تو جان دادهامجگر نیز با جان فرستادهام
Canımı yollayıb bir peşkəş kimi,Qoşmuşam mən ona ciyərparəmi,
چنان باز گردانش از نزد خویشکز امید من باشد آن رفق بیش
Onu sən geriyə qaytaran zamanLütfün artıq olsun umduğumuzdan!
مرا تا بدینجا سرآید سخنتو دانی دگر هرچه خواهی بکن
Sözümü burada çatdırdım sona,Nə qiymət lazımdır, özün ver ona!..
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-iqbalname-49
Use ← → keys to move, R for a random poem
More by this author
چو روزی چند شاه آنجا طرب کردبه یاری خواستن لشگر طلب کرد
Khosrow and Shirin, chapter 44چو سر بر کرد ماه از برج ماهیمه پرویز شد در برج شاهی
Khosrow and Shirin, chapter 45چنین در دفتر آورد آن سخنسنجکه برد از اوستادی در سخن رنج
Khosrow and Shirin, chapter 46مهینبانو دلش دادی شب و روزبدان تا نشکند ماهِ دلافروز