چو گوهر برون آمد از کان کوهز گوهرخران گشت گیتی ستوه

میان بسته هر یک به گوهرخریخریدارِ گوهر بود گوهری

من آن گوهر آورده از ناف سنگبه گوهر فروشی ترازو به چنگ

نه از بهر آن کاین چنین گوهریفروشم به گنجینهٔ کشوری

به قارونی قفل‌داران گنجطمع دارم اندازهٔ دست‌رنج

فروماندن از بهر کم بیش نیستبلی ماه با مشتری خویش نیست

نیوشنده‌ای باز جویم به هوشکزو نشکند نام گوهرفروش

کمرخوانیِ کوه کردن چو دیوهمان چون ددان بر کشیدن غریو

به سیلاب در گنج پرداختنجواهر به دریا در انداختن

از آن به که بر گوش تاریک‌مغزگشادن در داستان‌های نغز

سخن را نیوشنده باید نخستگهر بی‌خریدار ناید درست

مرا مشتری هست گوهرشناسهمان گوهر افشاندن بی‌قیاس

ولیکن ز سنگ‌آزمایان کوهپی من گرفتند چندین گروه

چو لعل شب‌افروزم آمد به چنگز هر منجنیقی گشادند سنگ

که ما را دِه این گوهر شب‌چراغوگر نی گرانی برون بر ز باغ

بر آشفتم از سختی کارشانز بیوَزنی بیع بازارشان

که بیّاعی دُر نه سرهنگیستپسند نوا درهم آهنگیست

ز دُر درگذر بیع دریاست اینبها کو که بیعی مهیّاست این

چو در بیع دریا نشیند کسیخزینه به دریاش باید بسی

به دریا کند بیع دریا پدیدکه دریا به دریا تواند خرید

هر آوازه کان شد به گیتی بلنداز اندازه‌ای بود گیتی‌پسند

چو بیوَزنی‌ای باشد اندازه رابلندی کجا باشد آوازه را

درین نکته کز گل برد رنگ راجوابیست پوشیده فرهنگ را

وگرنه منِ دُر به تاراج دهکمردزد را دانم از تاج‌ده

نه زانست چندین سخن راندنمهمان آیت فاقه برخواندنم

که با من جهان سختی‌ای می‌کندستورم سبک رختی‌ای می‌کند

تهی نیست از ترهٔ خوان منز ناتندرستی‌ست افغان من

چو پرگار بنیت نباشد درستقلم چون نگردد ز پرگار سست

غرابی که با تندرستی بودهمه دانَش انجیر بُستی بود

بلی گرچه شد سال بر من کهننشد رونق تازگیم از سخن

هنوزم کهن سرو دارد نویهمان نقره خنگم کند خوش روی

هنوزم به پنجاه بیت از قیاسصد اندر ترازو نهد حق‌شناس

هنوزم زمانه به نیروی بختدهد دُر به دامان دیبا به تخت

ولی دارم اندیشهٔ سربلندکه بر صید شیران گشایم کمند

چو شیر افکنم صید و خود بگذرمخورد سینه روباه و من خون خورم

چو سرسینه را گربه از دیگ بردچه سود ار عجوزه کند سینه خرد

جهانی چنین در غلط باختنسپهری چنین در کج انداختن

به شصت آمد اندازهٔ سال مننگشت از خود اندازهٔ حال من

همانم که بودم به ده سالگیهمان دیو با من به دلالگی

گذشته چنان شد بادی به دشتفرومانده هم زود خواهد گذشت

درازی و کوتاهی سال و ماهحساب رسن دارد و دلو و چاه

چو دلو آبی از چَه نیارد فرازرسن خواه کوتاه و خواهی دراز

من این گفتم و رفتم و قصه ماندبه بازی نمی‌باید این قصه خواند

نیوشنده به گر غم خود خوردکه او نیز از این کوچگه بگذرد

نگوید که او چون گذشت از جهانکند چارهٔ خویش با همرهان

یکی روز من نیز در عهد خویشسخن یاد می‌کردم از عهد پیش

غم رفتگان در دلم جای کرددو چشم مرا اشک‌پیمای کرد

شب آمد یکی زان غریقان آبچنین گفت با من به هنگام خواب

غم ما بدان شرط خوردن توانکه باشی تو بیرون ازین همرهان

چو با کاروانی درین تاختنهمی کار خود بایدت ساختن

از آن شب بسیچ سفر ساختمدل از کار بیهوده پرداختم

که ایمن بود مرد بیدارهشز غوغای این باد قندیل‌کُش

به ار در خُم می فرو شد خزمچو می جامه‌ای را به خون می‌رزم

گر از پشت گوران ندارم کبابز گور شکم هم ندارم عذاب

وگر نیست پالودهٔ نغز پیشکنم مغز پالوده را قوت خویش

و گر خشک شد روغنم در ایاغبه بی‌روغنی جان کنم چون چراغ

چو از نان طبلی تهی شد تنمچو طبل از طپانچه خوری نشکنم

گرم بشکند گردش سال و ماهمرا مومیائی بس اقبال شاه

خدایا تو این عقد یک رشته رابرومند باغ هنر کشته را

به بی‌یاری اندر جهان یار باششب و روزش از بد نگهدار باش

به پایان شد این داستان دَریبه فیروز فالی و نیک اختری

چو نام شهش فال، مسعود بادوزین داستان شاه، محمود باد

دُری بود ناسفته من سفتمشبه فرخ‌ترین طالعی گفتمش

از آنجا که بر مقبلان نقش بستعجب نیست گر مقبل آمد به دست

چو برخواند این نامه را شهریارخرد یاورش باد و فرهنگ یار

همین داستان باد از او سربلندهم او باد ازین داستان بهره‌مند

نظامی بدو عالی آوازه بادبه نظمی چنین نام او تازه باد

بدو باد فرخنده چون نام اواز آغاز او تا به انجام او

سرش سبز باد و دلش شادماناز او دور چشم بد بدگمان

جهانش مطیع و زمانش به کامفلک بنده و روزگارش غلام

Gövhərlər olanda mədəndə aşkarDünyanı bürüdü gövhər alanlar.

Gövhərə olsa da hamı müştəri,Gövhər tanıyanlar alar gövhəri.

Daşın göbəyindən çıxardım gövhər,Əlimdə tərəzi dursam da əgər,

Sanma ki, düşmüşəm dövlət eşqinə,Mənə gərək deyil əsla xəzinə!

İstəyim budur ki, o sahibdövlətVersin əməyimə layiq bir qiymət.

Məni düşündürmür azla çox fikri,Çünki qohum deyil Ayla Müştəri.

Gəzirəm elə bir sərraf insanıKi, məğmun etməsin gövhər satanı.

Div kimi dağların köksünü yarmaq.Vəhşi heyvan kimi nərə qoparmaq,

Açmaq xəzinəyə axan selləri,Dənizə tullamaq dürrü, gövhəri

Min dəfə yaxşıdır, asandır, inan,Nadan adamlara şer oxumaqdan!..

Söz hər şeydən əvvəl dinləyən istər,Alıcı olmasa, tanınmaz gövhər.

Mənim gövhərşünas bir müştərim var,Həm gövhərşünasdır, həm də lütfkar.

Ancaq, xəbər tutub daş hərisləriSaldılar dalımca neçə nəfəri.

Bu parlaq ləlimi almaqçün ələMənə daş yağdırıb deyirlər belə:

"O parlaq gövhəri, gəl, bizə ver sən,Verməsən, bu bağdan köç etməlisən!"

Hirsləndim onların bu rəftarından,Bu cürə qarışıq, pis bazarından.

Dedim: "Gövhər üçün edərlərmi cəng?Nəğmə gözəl olar olsa həmahəng.

Dərya sevdasıdır, keç öz dürründən,Gücün nəyə çatır onu söylə sən.

Dənizlə alverə çıxarsa biri,Gərək dərya qədər ola gövhəri.

Dəryayla alverin dərya nəfi var,Dəryanı dəryayla satın alarlar.

Bir səsin dünyanı tutsa şöhrəti,Gərək dünya qədər ola vüsəti.

Pozğunluq olarsa ahəngdə əgər,O səs hara çatar, necə yüksələr?

Bir söz ki, rəng verir gülə, gülşənə,Hikmətli cavabdır başa düşənə.

Yaxşı tanıyıram mən hər yetəni,Kəmər oğrusuyla tac bəxş edəni...

Bunları deməkdən qəsdim, yaxşı bil,Əsla yoxsulluqdan şikayət deyil!

Demirəm pis keçir günüm, həyatım,Ancaq yorulmuşdur azacıq atım.

Süfrəmdə bir parça çörək tapılar,Amma səhhətimdən şikayətim var.

İnsanın bədəni olmasa möhkəm,Yazarkən süstləşər əlində qələm.

Saz olsa qarğanın əgər bədəni,O, Bəsti ənciri bilər hər dəni.

Düzdür, yaşım ötüb, əsir dizlərim,Rövnəqdən düşməmiş ancaq sözlərim.

Hələ çox solmayıb göy sərvim mənim,Hələ diribaşdır bu ağ köhlənim.

Hələ haqq gözləyən, qədirbilənlərƏllicə beytimə yüz qızıl verər.

Bəxtimdən, zəmanə eyləyir kömək,Kisəmə dürr verir, taxtıma ipək.

Ancaq bir arzu da keçir qəlbimdən,Aslanlar ovuna kəmənd atım mən,

Şir kimi doyaram qanıyla ovun,Leşini qoy yesin tülkülər onun.

Əti apararsa pişik qazandan,Nə çıxar, qarı hey qoparsın fəğan!

Fələyin zərləri əyri atması,Dünyanın oyuna xələl qatması

Altmışa çatdırdı yaşımı mənim,Düşməmiş qüvvədən ancaq bədənim.

Sanıram yenə də on yaşındayam,Hələ də divlərin savaşındayam.

Keçənlər keçibdir çöllərdə yeltək,Qalanlar da belə gəlib keçəcək.

Ömrün hesabını düşünsən əgər,Quyuya sallamış dolçaya bənzər.

Bir dolça quyudan su çıxarmasa,Nə xeyri, uzunmuş ipi, ya qısa?

Getdim, bu dastanda qoyub qəlbimi,Gərək oxunmasın əyləncə kimi.

Dinləyən halını duysun dərindən,O da getməlidir bu köç yerindən!

Bizi nə düşünsün, nə yada salsın,Özünün, dostların qeydinə qalsın.

Mən də oturmuşdum bir gün, dünyadaOlub keçənləri salırdım yada.

Ölənlərin qəmi qəlbimə doldu,Gözlərimin yaşı dönüb sel oldu.

Suda batanlardan bir nəfər gecəYuxuma girərək dedi gizlicə:

"Sən özün bizimlə bir yerdə ikənBizim dərdimizi nahaq çəkirsən.

İndi ki, gedirsən bu karvan ilə,Sən öz dərdini çək, fikrini elə!"

Bu dünya mənasız göründü mənə,Düşdüm o gecədən səfər fikrinə.

Çünki təşviş etməz ayıq bir insanBu çıraqsöndürən dəli ruzgardan.

Mən şərab küpünə düşərsəm, nə qəm,Meylə al boyanmış libas geyərəm!

Tapa bilməsəm də qulan kababı,Çəkmirəm toxluq ya aclıq əzabı.

Yoxsa da içməyə dadlı bir şərbət,Şirin xəyallardan alaram ləzzət!

Qurtarıb tükənsə yağdanda yağım,Nə olar, qoy sönsün bu can çırağım.

Səsim çıxmasa da təbiltək əgər,Dözərəm təbiltək yağsa zərbələr.

Sındırsa sərvimi zamanın yeli,Sağaldar yaramı şahın öz əli.

Xudaya, sən özün bu saf gövhəri,Bu, hünər bağında yetmiş bəhəri,

Yetimdir, dünyada qoru hər zaman,Gecəli-gündüzlü dərddən, bəladan.

Bu dəri dastanım yetişdi sona,Yaxşı fal, xoş tale yar oldu ona.

Şahın adı kimi o Məsud olsun,Şah da bu dastanla qoy Mahmud olsun.

İlk dəfə bu dürrü mən sapa düzdüm,Tale ümmanında fərəhlə üzdüm,

İqbalı xoşlara yazdığım əsər,Təəccüb etməyin məqbulsa əgər.

Nəzər salan zaman şah bu dastanaQoy əqli, zəkası yar olsun ona!

Ucalsın adıyla onun bu kitab,O da bu kitabdan olsun feyziyab!

Nizami aləmə bir də səs salsın,Adı bu əsərlə əbədi qalsın!

Bunun adı kimi olsun bəxtəvər,Dolandıqca dövran, keçdikcə illər!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets