Layla and Majnun, chapter 31
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
چون دید پدر که دردمند استدر عالم عشق شهربند است
برداشت ازو امید بهبودکان رشتهٔ تب پر از گره بود
گفت ای جگر و جگرخور منهم غل من و هم افسر من
نومیدی تو سماع کردمخود را و ترا وداع کردم
افتاد پدر ز کار بگریبگری به سزا و زار بگری
در گردنم آر دست و برخیزآبی ز سرشک بر رخم ریز
تا غسل سفر کنم بدان آبدر مهد سفر خوشم برد خواب
این بازپسین دم رحیل استدر دیده به جای سرمه میل است
در بر گیرم نه جای ناز استتا توشه کنم که ره دراز است
زین عالم رخت بر نهادمدر عالم دیگر اوفتادم
هم دور نیم ز عالم تومیمیرم و میخورم غم تو
با اینکه چو دیده نازنینیبدرود که دیگرم نبینی
بدرود که رخت راه بستمدر کشتی رفتگان نشستم
بدرود که بار برنهادمدر قبض قیامت اوفتادم
بدرود که خویشی از میان رفتما دیر شدیم و کاروان رفت
بدرود که عزم کوچ کردمرفتم نه چنان که باز گردم
چون از سر این درود بگذشتبدرودش کرد و باز پس گشت
آمد به سرای خویش رنجورنزدیک بدانکه جان شود دور
روزی دو ز روی ناتوانیمیکرد به غصه زندگانی
ناگه اجل از کمین برون تاختناساخته کار، کار او ساخت
مرغ فلکی برون شد از دامدر مقعد صدق یافت آرام
عرشی به طناب عرش زد دستخاکی به نشیب خاک پیوست
آسوده کسی است کاو در این دیرناسوده بوَد چو ماه در سیر
در خانهٔ غم بقا نگیردچون برق بزاید و بمیرد
در منزل عالم سپنجیآسوده مباش تا نرنجی
آنکس که در این دهش مقام استآسوده دلی بر او حرام است
آن مرد کزین حصار جان بُردآن مُرد در این نه این در آن مُرد
دیوی است جهان، فرشته صورتدر بند هلاکِ تو ضرورت
در کاسهش نیست جز جگر چیزوز پهلوی تست آن جگر نیز
سرو تو در این چمن دریغ استکابش نمک و گیاش تیغ است
تا چند غم زمانه خوردن؟تازیدن و تازیانه خوردن؟
عالم خوشخور که عالم این استتو در غم عالمی، غم این است
آن مار بوَد نه مرد چالاککاو گنج رها کند خورَد خاک
خوشخور که گلِ جهان فروزیچون مار مباش خاکْ روزی
عمر است غرض به عمر در پیچچون عمر نماند، گو ممان هیچ
سیم ارچه صلاح خوب و زشتی استلنگر شکن هزار کشتی است
چون چَه مَسِتان، مدار در چنگبستان و بده چو آسیا سنگ
چون بستانی ببایدت دادکز داد و ستد جهان شد آباد
چون بارت نیست باج نبودبر ویرانی خراج نبود
زانان که جنیبه با تو راندندبنگر به جریده تا که ماندند
رفتند کیان و دینپرستانماندند جهان به زیردستان
این قوم کیان و آن کیانند؟بر جای کیان نگر کیانند!
همپایهٔ آن سران نگردیالا به طریق نیکمردی
نیکی کن و از بدی بیندیشنیک آید نیک را فرا پیش
بد با تو نکرد هر که بد کردکان بد به یقین به جای خود کرد
نیکی بکن و به چَه در اندازکز چه به تو روی برکند باز
هر نیک و بدی که در نوایی استدر گنبد عالمش صدایی است
با کوه کسی که راز گویدکوه آنچه شنید باز گوید
Atası görüncə dərdli oğlunu,Eşqin girdabında boğulduğunu,
Kəsdi umudunu ondan büsbütün;O qızdırma sapı düşmüşdü düyün...
Dedi: "Ey ciyərim, ciyər neştərim,Ey boyun zəncirim, ey taci-sərim,
Əlacsız dərdini duydum ürəkdən,Səndən də əl üzdüm, özümdən də mən.
Atan əldən düşdü, insafa gəl sən,Gəl tut məhəbbətlə onun əlindən,
Qalx, sarıl boynumdan, qurbanın olum,Üzüm göz yaşınla islansın, oğlum.
Səfər qüslüm olsun o göz yaşları,Səfər beşiyində dinc yatım, barı.
Ayrılıq dəmidir, halıma yan bir,Gözümə sürmə yox, mil çəkilmişdir.
Naz vaxtı deyildir, qucaqlaşaq gəl,Səndən tuşə alım səfərdən əvvəl.
Köçümü yığmışam dünyadan bu dəm,Başqa bir aləmə köçüb düşmüşəm.
Sənin fikrindən də deyiləm uzaq,Ölürəm, dərdinlə ölürəm, ancaq
Çox əziz olsan da gözüm kimi sən,Atanı bir daha görməyəcəksən.
Əlvida, səfərə hazıram artıq,Gedər-gəlməzədir bu son ayrılıq.
Əlvida, ayrılıq zamanı yetdi,Biz gecikib qaldıq, karvansa getdi".
Qurtardı atanın vida sözləri,Oğluyla görüşüb qayıtdı geri.
Pərişan atanın üzündə kədər,Ölümcül, evinə gəldi bir təhər.
Zəiflik üzündən o iki-üç günQüssəylə keçindi vücudu ölgün.
Birdən baş qaldırdı pusqudan əcəl,O öldü murada çatmazdan əvvəl.
Onun səma quşu çıxdı qəfəsdən,Sidqin budağında o tutdu məskən
Göylərdən törəyən göylərə yetdi,Torpaqdan olan da torpağa getdi.
Asudə odur ki, ay tək hər zamanBu yandan çıxaraq, batsın o yandan.
Bağlanıb qalmasın qüssə evinə,Şimşək tək parlayıb o sönsün yenə.
Beş günlük dünyanın mənzilində sənÇox rahatlanma ki, zillət çəkəsən.
Qoy bilsin bu kənddə mənzil tikənlərYoxdur bu aləmdə dinclikdən əsər.
Ölməz can qurtaran bu daş hasardanOnunçun ölmüşdür bu dünya, inan.
Mələk surətində bir divdir aləm.Səni məhv etməyə çalışır hər dəm
Dolmuşdur dünyanın kasası qandan,O qan da süzülür öz bağrımızdan.
Dünyada həmdəmin olsa da hər kəs,Ömründə şad olub sifəti gülməz,
Bu divlər yatağı yer deyil, inan,Sel yolu tutmuşdur, qalx bu yataqdan.
Dünyanın ağzı bir xurmaya oxşar,Əfsus, öpüşündə acı tikan var.
Sərvini bitirmə bu çəməndə sənSuyu duz, otu da qılıncdır, bilsən.
Bəsdir bu dünyadan yediyimiz qəm,Çoxmu qamçısını vuracaq aləm?
Aləmi şad keçir, bil, aləm budur,Çəkmə dünya qəmi, əsil qəm budur.
Əliuzun olsa bir oğru əgər,Girib xəzinədən gövhərlər çəkər.
Xəzinəni atıb, kim yesə torpaq,O, ağıllı deyil, ilandır, ancaq.
Yaşa ki, dünyaya işıq verəsən,Torpağa göz tikmə ilan kimi sən.
Ömürdən bərk yapış, ömürdür məqsəd,Ömürsüz dünya da boş qalır, əlbət.
Yaxşı-yaman gündə gümüş çox yarar,Min gəmi ləngəri onunla sınar.
Əlində saxlama, quyu tək, varı,Dəyirman daşı tək üyüd onları.
Aldığın hər şeyi payla dünyada,Belə abad olub bizim dünya da
Hərdən bir əl iyi qayırsan da sən,Ox da yon hazırla, dünyada bəzən.
Yüksüz bir adamdan alınarmı bac?Xaraba bir yerdən alınmaz xərac.
Boş-bikar oturma heç yerdə bir an,Bari əl-qolunu oynat yalandan.
Heç yerdə qəflətlə gəl tutma qərar,Hərdən bir bağırıb hay-küy də qopar.
Əli boş insanlar qəm çəkər, bişək,Beldən şikəst olsun gücsüz bir eşşək.
Səninlə cıdıra çıxanlara bax,Yarı yolda qalan bir sənsən ancaq.
O Kəyan şahları, o peyğəmbərlərDünyanı qullara qoyub getdilər.
Gör bu qövm kimdir, kim idi onlar,Gör kimin yerində kim tutdu qərar.
Yaxşılıq etməsən əgər insana,Böyüklük şərəfi verilməz sana.
Yaxşılıq eyləyib, qorx yamanlıqdan,Yaxşılıq gətirər yaxşılıq hər an.
Sənə pislik edən özündən küssün,Çünki öz canına qıymış o düşgün.
Quyuya salsan da yaxşılığı, bil,Yenə qayıdacaq, o itən deyil.
Hər yaxşı-yamana qoca dünyadaGələr fələklərdən bir əksi-səda.
Kim dağa sirrini söyləsə əgər,Dağ eşitdiyini geriyə verər.
Qalxıb ucalsan da sonsuz göylərə,Ağlı başında ol, düşün bir kərə.
Heç kəs bu fələkdən baş çıxarmamış,Heç kəs bu kitabı sona varmamış.
Araba, mancanaq daşını heç kəsFələk divarına söykəyə bilməz,
Çünki o torpaqdan, yerdən uzaqdır,Yerin tənəsindən pak duracaqdır.
Dünya karxanadır, xor baxma barı,Bu dibsiz quyuya düşdü çoxları.
Dərindir, çuxurdur dediyim quyu,Sən oyuncaq yeri zənn etmə bunu.
Bil ki, bu quyudan çəkilməsən sən,İpin buraxılsa daima əldən,
Bu sallaxanadan qurtulmaq olmaz,Bari bu hikməti dərk elə bir az.
Harda bir abadlıq görsən bərqərar,İlki də, sonu da xaraba olar.
Daim xaraba da olsa bir diyar,Bil ki, abadlıqdan onda nişan var.
İstər xarab olsun, istərsə abad,Daimi binövrə qoymamış ustad.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-leyli-ve-mecnun-31
Use ← → keys to move, R for a random poem
More by this author
Majnún's distracted state was not unknownWhere to the wretched kindness could be shown;
Layla and Majnun, chapter 38O'er Majnún's spirit, long in darkness cast,A fitful gleam of homeward feeling passed;
Layla and Majnun, chapter 39Selim again the maniac's haunts explored,Again supplied his frugal board,
Layla and Majnun, chapter 40Lailí meanwhile had read and seenWhat Majnún's thoughts had ever been;
Poems by other poets
(Əlif) Allah ismin əzbər eylədim(Bə) buyurdu lütf-i ehsan çağıdır
Eşq əhli bu afaqda rüsva gərək olsunEşq əhli bu afaqda rüsva gərək olsun,Məcnun kimi sərgəşteyi-səhra gərək olsun.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Qəzəl: Afaqı tutdu gün kimi yarın gözəlliyiAfaqı tutdu gün kimi yarın gözəlliyi,Məhv etdi mehr ü mahı nigarın gözəlliyi