آیا تو کجا و ما کجاییمتو زانِ که‌ای و ما تراییم

ماییم و نوای بی‌نواییبسم‌الله اگر حریف مایی

افلاس‌خرانِ جان‌فروشیمخز پاره‌کن و پلاس پوشیم

از بندگی زمانه آزادغم شاد به ما و ما به غم شاد

تشنه جگر و غریق آبیمشب‌کور و ندیم آفتابیم

گمراه و سخن ز رهنماییدر ده نه و لاف کدخدایی

ده رانده و دهخدای نامیمچون ماه به نیمهٔ تمامیم

بی‌مهره و دیده‌، حُقه بازیمبی‌پا و رکیب رخش تازیم

جز در غم تو قدم نداریمغم‌دار توییم و غم نداریم

در عالم اگرچه سست خیزیمدر کوچ‌گَهِ رحیل تیزیم

گویی که بمیر در غمم زارهستم ز غم تو اندرین کار

آخر بزنم به وقت حالیبر طبل رحیل خود دوالی

گرگ از دمه گر هراس داردبا خود نمد و پلاس دارد

شب‌خوش مکنم که نیست دلکشبی‌تو شب ما و آنگهی خوش

نا آمده رفتن این چه ساز است؟ناکِشته درودن این چه راز است؟

با جان منت قدم نسازدیعنی که دو جان بهم نسازد

تا جان نرود ز خانه بیروننایی تو از این بهانه بیرون

جانی به هزار بار نامهمعزول کنش ز کار‌نامه

جانی به از این بیار در دهپایی به از این به کار در نه

هر جان که نه از لب تو آیدآید به لب و مرا نشاید

وان جان که لب تواَش خزانه‌ستگنجینهٔ عمر جاودانه‌ست

بسیار کسان ترا غلام‌انداما نه چو من مطیع نام‌اند

تا هست ز هستی تو یادمآسوده و تن‌درست و شادم

وانگه که ز دل نیارمت یادباشم به دلی که دشمنت باد

زین پس تو و من، من و تو زین پسیک دل به میان ما دو تن بس

وان دل دل تو چنین صواب استیعنی دل من دلی خراب است

صبحی تو و با تو زیست نتوانالا به یکی دل و دو صد جان

در خود کشمت که رشته یکتاستتا این دو عدد شود یکی راست

چون سکهٔ ما یگانه گرددنقش دویی از میانه گردد

بادام که سکه نغز داردیک تن بود و دو مغز دارد

من با توام آنچه مانده بر جایکفشی است برون فتاده از پای

آنچ آن من است با تو نور استدورم من از آنچه از تو دور است

تن کیست که اندرین مقامشبر سکهٔ تو زنند نامش

سر نزلِ غم تو را نشایدزیرِ عَلمِ تو را نشاید

جانی‌ست جریده در میان چستوان نیز نه با من است با تست

تو سگدل و پاسبانْت سگ‌رویمن خاک ره سگان آن کوی

سگبانی تو همی‌گزینمدر جنب سگان از آن نشینم

یعنی ددگان مرا به دنبالهستند سگان تیز چنگال

تو با زر و با درم همه سالخالت درم و زر است خلخال

تا خال درم‌وش تو دیدمخلخال ترا درم خریدم

ابر از پی نوبهار بگریستمجنون ز پی تو زار بگریست

چرخ از رخ مه جمال گیردمجنون به رخ تو فال گیرد

هندوی سیاه پاسبان استمجنون به بر تو همچنان است

بلبل ز هوای گل به گَرد استمجنون ز فراق تو به درد است

خلق از پی لعل می‌کند کانمجنون ز پی تو می‌کند جان

یارب چه خوش اتّفاق باشد!گر با منت اشتیاق باشد

مهتاب‌شبی چو روز روشنتنها من و تو میان گلشن

من با تو نشسته گوش در گوشبا من تو کشیده نوش در نوش

در بر کشمت چو رود در چنگپنهان کنمت چو لعل در سنگ

گردم ز خمار نرگست مستمستانه کشم به سنبلت دست

بر هم شکنم شکنج گیسوتتا گوش کشم کمان ابروت

با نارِ برت نشست گیرمسیب زنخت به دست گیرم

گه نار ترا چو سیب سایمگه سیب تو را چو نار خایم

گه زلف برافکنم به دوشتگه حلقه برون کنم ز گوشت

گاه از قصبت صحیفه شویمگه با رطبت بدیهه گویم

گه گِرد گُلت بنفشه کارمگاهی ز بنفشه گل برآرم

گه در بر خود کنم نشستتگه نامهٔ غم دهم به دستت

یار اکنون شو، که عمر یار استکار است به وقت و وقت کار است

چشمه منما چو آفتابممفریب ز دور چون سرابم

از تشنگی جمالت ای جانجو جو شده‌ام چو خالت ای جان

یک جو ندهی دلم در این کارخوناب دلم دهی به خروار

غم خوردنِ بی‌تو می‌توانممی خوردن با تو نیز دانم

در بزم تو می‌ خجسته فال استیعنی به بهشت، می حلال است

این گفت و گرفت راه صحراخون در دل و در دماغ صفرا

وان سرو رونده زان چمن‌گاهشد روی‌گرفته سوی خرگاه

"Canan, hardayıq biz, de hardasan sən?Biz ki, səninkiyik, sən kiminkisən?

Yoxsulluq mülkünün yolçusuyuq biz,Buyurun, dost olaq, layıq görsəniz.

Bizik can sataraq yoxsulluq alan,Xəzləri dağıdıb palasda qalan.

Zamanın qeydindən azadıq, azad,Qəm bizimlə şaddır, biz qəm ilə şad.

Ciyərimiz susuz, suya qərq olanŞəbkoruq, günəşə yoldaşıq, inan.

Azdıq yolumuzu, qismətdir bu da,Kənddən qovulsaq da, bizik kəndxuda.

Möhrəsiz və gözsüz oyun çıxardar,Ayaqsız, miniksiz çapmağımız var.

Bir sənin qəminlə yüklənirik biz,Qəm ki, səninkidir, yoxdur qəmimiz.

Olsaq da aləmdə süst tərpənənlər,Buradan keçməkdə bizdədir hünər.

Deyirsən, qəmindən xar olub ölüm,Hələ qəm yeməklə məşğulam, gülüm!

Çox çəkməz, sevgilim, vaxtı gələndə,Öz köçmək təblimi çalaram mən də.

Sən, ey hər işində əyyar olan yar,Aşiqin olmuşdur səndən də əyyar.

Əyyar boğazını sıxırsa əgər,Özünü düşməndən əvvəl öldürər,

Bir kəs ki, özünün qanından qorxmaz,Öldürər nə yaxşı, nə pisə baxmaz.

Sürüdən qorxarsa əgər canavar,O üstündə keçə, palas da saxlar.

Gəlməmiş getməyin, de, nə adətdir?Əkməmiş biçməyin nə qiyamətdir?

Mənə: "Gecən xeyir" söyləmə, canan,Sənsiz xoş keçərmi gecəmiz bir an?

Uyuşmaz qədəmin canımla mənim,İki can saxlaya bilməz bədənim.

Əlinlə canımı almadıqca sən,Qurtara bilməzsən bu bəhanədən.

Min minnət yükünü çəkir bu bədən,Sənsə azad eylə onu bu işdən.

Bundan daha yaxşı bir can ver mana,Uğurlu bir işə ayaq bassana!

Sənin dodağından gəlməyən bir canCanımda yerləşməz, çıxar dodaqdan.

Dodağın olarsa can xəzinəsi,Kəsilməz dünyadan o canın səsi.

Bilirəm, qarşında çox qulların var,Heç biri mən kimi baş əyməz, ey yar.

Sənin varlığınla mən də azadam,Daima xoşbəxtəm, daima şadam.

Camalın düşərsə könlümdən uzaq,Könlüm viran olar gözündən iraq.

Bu gündən mən sənəm, sən isə mənsən,Bir könül yurdudur bu iki bədən.

O da sənin könlün qoy olsun, dilbər,Yoxdur öz könlümdə həyatdan əsər.

Bir könlüm, yüz canım olmasa əgər,Səninlə yaşamaq olmaz, ey səhər.

Sap birdir, səni öz sapıma düzsəm,Bir can olmalıyıq ikimiz hər dəm.

Bil ki, vahid olsa bizim sikkəmiz,İkilik nəqşini qaralarıq biz.

Gözəl sikkəli hər badamın bil ki,Bədəni bir olur, məğzisə iki.

Mən sənəm, başqa şey nə varsa, canan,Bir başmaq tayıdır düşmüş ayaqdan.

Səndən işıq alır bütün varlığım,Yoxdur səndən özgə bəxtiyarlığım.

Söylə, bu məqamda nəçidir bədən?Adını sikkənə nəqş eyləyəsən.

Sənə qurbanlığa baş layıq deyil,Bayrağın altına sığınmaz o, bil.

Arada tərpənən quru bir candır,O da mənim deyil, sənə mehmandır.

Sən məndən azadsan, ey pərizadə,Sərvdən daha çox ol sən azadə.

Mən bir kimsəsizəm, hər xidmətinəKəmər bağlamışam gül kimi yenə

Məhləyin küləyi əsdikcə səhər,Can verib, könlümün pasını silər.

Mumya arasında əzgin bir bədənDincəldiyi kimi, dincəlirəm mən.

İtüzlü olsa da gözətçin müdam,Sən olan küçənin yol torpağıyam.

İt saxlamağını çox bəyənirəm,Odur ki, onlara olmuşam həmdəm;

Yəni yanımdakı bu yırtıcılarİtdir, hamısının it dırnağı var.

Mən yoxsul olsam da, varlısan, ey yar,Mən tamam xaliyəm, sənin xalın var.

Sən qızıl içində olursan hər dəm,Xalxalın qızıldır, xalın da dirəm.

Dirəmə bənzəyən xalını görcək,Aldım xalxalını dirəmlə, gerçək.

Bir növbahar üçün bulut ağladı,Məcnun da ağlayıb qara bağladı.

Hindli qaraulda dayanıb, gəzər,Məcnun da yanında hinduya bənzər.

Çərx gözəllik alar ayın üzündən,Məcnun da fal açar üzünlə bəzən

Bülbül gül eşqiylə dolanar bağı,Məcnun da olmuşdur hicran dustağı.

El, oba ləl üçün mədənə gedir,Məcnun da səninçin cana qəsd edir.

Sən meyil göstərsən mənə, ey nigar,Bir allah bilir ki, bu çox xoş olar.

Aydınlıq gecədə səninlə qoşaDuraydıq gülşəndə, verib baş-başa.

Səninlə yanaşı əyləşəydim mən,Qədəh qaldıraydıq qədəh üstündən

Basaydım bağrıma saz kimi səni,Olaydı qucağım ləlin mədəni.

Nərgiz gözlərindən olaydım xumar.Məst olub saçını hörəydim, ey yar.

Kaman qaşlarını qulağa qədərƏlimlə çəkəydim, ey nazlı dilbər.

Döşündəki nara sığınaydım mən,Əlimlə tutaydım alma çənəndən.

Gah bir alma kimi əzib narını,Gah da dişləyəydim alma barını.

Dağıdıb döşünə saçlarını mənO qulaq sırğanı çəkəydim, bəzən.

Gah varaqlanaydı əynində paltar,Bədihə deyəydim xurmana, ey yar.

Bənəfşə düzəydim gül üzünə mən,Gah da gül dərəydim o bənəfşədən.

Gah səni qoynumda yerləşdirəydim,Gah qəm məktubunu sənə verəydim.

İlahi, qalmazdı möhnətdən əsər,Həqiqət olsaydı bu düşüncələr.

Qulağa xoş gəlir çaldığım hava,Lakin ortalıqda tel qırılmasa.

Başımı qovğaya salma bu qədər,İnan ki, varlığım məhv olub gedər.

Sən olduğun yerə çağırma məni,Xoşdur bu seçdiyim sövda məskəni.

Burda nə düşmən var, nə də əğyar var,Bizim işimizə qarışmaz onlar.

Burda əyləşsək də, qalsaq da əgər,Bizə irad tutmaz bunu bir nəfər.

Yanımda iki-üç dilsiz heyvan var,Yaxşını, yamanı unutmuş onlar.

Quyunun dibində tək olsaq da biz,Yalnızlıq özü də gözəldir, şəksiz.

Əlindən tutanın olmasa bir az,Ayağından tutub çəkən də olmaz.

Burda olmasa da bir dostun sənin,Arxanca sallanıb gəlməz düşmənin.

Nə var can qorxusu olan o yerdə?O yaman üzlərə sən baxma bir də.

Burdadır abadlıq, şadlıq hasarı.Sən də gəl bu yerdə bir şadlan barı.

Nə qədər ki, sağam, yaxın gəl, ey yar,Hər vaxtın işi var, işin vaxtı var.

Çeşməni gün kimi göstərmə, aman,Sərab tək aldatma məni uzaqdan.

Hüsnündən su içmək istərkən ürək,Oldum parça-parça sənin xalın tək.

Xızırın çeşməsi səndədir, dilbər,O həyat suyundan mənə də göndər.

Təsəlli vermədən arpa boyda sən,Mənə xalvar-xalvar qan içdirirsən.

Sənsiz qəm yesəm də, ey nazlı sənəm,Səninlə şərab da içə bilərəm.

Yəqin, yadındadır, bir məsəl də var:Dovşan yügürdüyü qədər də yatar.

Nə olar, sevgilim, şərab gətirsən.Yenə mi qanlı su içməliyəm mən?

Şərab məclisində nuş olur cana,Halaldır behiştdə şərab insana.

Saqi, dəryanı da əlindən içsəmOndan bir udum da qoymaram bu dəm.

İçsəm sağlığına, getmərəm huşdan,O zəhər olsa da, nuş olar, inan.

Qoy sərxoşun olsun aşiqin indi,Sən də qədəh qaldır sərxoşlar kimi.

Şərabı içməzlər xumar olmadan,Səhər şərabı da içilməz pünhan.

Bağ tacı axtaran o sultan belə,Gəzir xəzinəni şəbçiraq ilə.

Qaranlıq gecədə xəzinə gəzənƏziyyət çəksə də, oğrudur, bilsək.

Çıraqsız bir evi soruşsan: nədir?O bir bağ da olsa həbsxanədir.

Sənin qəm nərdində uduzdu könlümBir əl də atıram, qurbanın olum.

Xoşdur, sərxoş olub, ey nazlı dilbər,Qıvrım saçlarını öpsəydim əgər

Ya sərxoş halımda tutub telindənYavaşca məclisə gətirəydim mən

Bir nalə çəkəydim hər addım başı,Bir təpik vuraydı mənə hər naşı

Yarəb, o dünyanı yaxan gözəlləMənə belə bir gün sən qismət eylə!"

Məcnun bu sözləri deyərək əlan,Çöllərə üz qoydu ürəyində qan

Pərişan ürəyi qəmlərlə doluQayıtdı çadıra o sərv boylu

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets