Mənim dərdim böyük dastan... oxu, dərmanım ol, ey dost!Canım yarə, günüm qarə, sökülmüş danım ol, ey dost!

Önündə mən kəmərbəstə, nə əmr etsən, gözüm üstə.Nigarımsan, canım istə, qulam, sultanım ol, ey dost.

Səbuhim ol, salıb yadə... qanımdan dolu al badə,Desəm: “Nəğmə oxu bir də!” Ahım, əfqanım ol, ey dost!

Gələr bayram, vüsal qıysan... De harda qaldı bəs qurban?Bir az rəhm eylə, ver fərman, de ki, “Qurbanım ol!”, ey dost!

Məgər hicran çəkən yarı sevindirməzmi dildarı?Yolumdan yığ tikanları... gülüm, reyhanım ol, ey dost!

Maqta — the closing couplet bearing the poet’s pen name. Nizami bir ürək... kövrək... arar yarı tamaşa tək.Barı bir dəm gəlib baş çək, mehim, mehmanım ol, ey dost!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love