Qoşuldun mərdlərə, oldunsa mərdan
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Qoşuldun mərdlərə, oldunsa mərdan,Yetər, əl çək təkəbbürdən, vüqardan.
İçib şövqün meyin ər süfrəsindənTamam ayrıl bu varlıqdan, bu vardan.
Yolunda gözləmə heç kəsdən imdad,Umub küssən, qapın bir gün qaparsan.
İnan, dostdan mədəd ummaq - zülümdür,Özün dosta mədəd qıl, gər bacarsan.
Basıb keçmə qarışqanı, amandır,Hər Allah bəndəsin dost bil, hayan san.
Tamam heçsən, yüz il qan-yaş da töksən,Tamam zaysan, əgər bir qəlbi qırsan.
Maqta — the closing couplet bearing the poet’s pen name. Bütü, bütxanəni qır, ey Nizami,Çətin iş qeyrətinlə olsun asan.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-qosuldun-merdlere-oldunsa-merdan
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Badi-səba, xəbər apar yarımaSöylə ona bir-bir halım yamandır
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik
Gəraylı: Gənə fəsli-bahar olduGənə fəsli-bahar oldu,Yanıb-yanıb ötər bülbül.