Sharafnama, chapter 56
What is a masnavi?
Masnavi: a long poem in self-rhyming couplets, usually an epic or a tale.
بیا ساقی آن رنگ داده عبیرکه رنگش ز خون داد دهقان پیر
Saqi, ver o müşkin şərabdan bir an,Qandan rəng vermişdir o meyə dehqan.
بده تا مگر درآید به چنگدهد رنگ و آبش مرا آب و رنگ
Mənə ver, əlimə düşəndə çünki,Mənə də rəng verir şərabın rəngi.
سپاه سحر چون علم برکشیدجهان حرف شب را قلم درکشید
Səhərin ordusu ələm çəkincə,Gecənin hərfinə qələm çəkincə
دماغ زمین از تف آفتاببه سرسام سودا درآمد ز خواب
Dünyanı parladan Günəş nurundan,Sövda qucağında ayıldı cahan.
برآورد مرغ سحرگه غریوچو سرسامی از نور و صرعی ز دیو
Bağırdı dan quşu kəskin ötərək,Sərsəm nur, dəli div, şeytan görəntək.
شه از خواب سربرزد آشوبناکدل پاک را کرد از اندیشه پاک
Şah qalxdı yuxudan azacıq küskün,Könlünün qəmini sildi büsbütün.
به طاعتگه آمد نیایش نمودزبان را به شکر آزمایش نمود
İbadət evində düşdü səcdəyə,Şükr etdi, yalvardı: “Ey Tanrı!” deyə.
ز یاری ده خود دران داوریگهی یارگی خواست گه یاوری
Uca pənahından dilək istədi,Ondan gah qüdrət, gah kömək istədi.
چو لختی بغلطید بر روی خاککمر بست و زد دامن درع چاک
Üzünü torpağa sürtdü bir qədər,Zirehi çirmədi, bağladı kəmər.
نهادند اورنگ بر پشت پیلکشیدند شمشیر گردش دو میل
Taxtı fil üstündə oldu bərqərar,Parladı fərsəxlər boyu qılınclar.
سپه را به آیین پیشینه روزبرآراست سالار گیتی فروز
Keçən günlər kimi yenə İskəndərOrdunu bəzədi, düzüldü əsgər.
بر آن پهن صحرای دریا شکوهحصاری زد از موج لشگر چو کوه
O geniş çöllərdə böyük tacidarOrdudan dağ kimi çəkdi bir hasar.
چپ و راست پیرامن آن حصارز پولاد بستند ره بر غبار
Bərkitdi hasarın sağ-sol qolunu,Poladla tozun da kəsdi yolunu.
ز دیگر طرف روسی سرفرازبرآراست لشگر به آیین و ساز
Qürurla ruslar da o biri yandanOrdunu sazladı, bəzəndi meydan.
جرسهای روسی خروشان شدهدماغ از تف خشم جوشان شده
Rusların canları kinlə gurlayır,İntiqam odundan beyin qaynayır.
ز عکس سرتیغ و برق سنانسر از راه میرفت و دست از عنان
Nizənin, qılıncın şimşəklərindənBaşdan ağıl çıxır, əllərdən yüyən.
ترنگ کمان رفته در مغز کوهفشافش کنان تیر بر هر گروه
Dağların beynini süpürmüş yaylar,Ordular üstündə oxlar vıyıldar.
ز پولاد بر لخت گردنشکنبرون ریخته مغزها از دهن
Baş, boyun qoparan polad toppuzdanBeyinlər tökülür qanlı ağızdan.
ز بیداد کوپال پیل افکنانفلک جامه در خم نیل افکنان
Fil yıxan mızraqlar dolunca kinə,Donunu çərx atdı Nilin küpünə.
نهیب بلارک به پرهای مورز بال عقابان تهی کرده زور
O çibin qanadlı incə qılınclarQartal qanadını qüvvətdən salar.
سر نیزه از طاسک سرنگونبه پرچم فرو ریخته طاس خون
Çevrilmiş tas kimi iti süngülərQotazın üstünə bir tas qan tökər,
سم باد پایان ز خون چون عقیقشده تا نمد زین به خون در غریق
Atların dırnağı əqiqdi qandan,Yəhəraltılar da qandan al-əlvan.
سنان در سنان کوکب افروختهسپر در سپر کوکبه دوخته
Nizələr qalxana ulduzlar düzər,Qalxandan qalxana düşər kölgələr.
ز بس خشت آهن که شد بر هلاکلحد بسته بر کشتگان خشت خاک
Dəmir, kərpiç qırmış o qədər insan,Yer üzü kəsilmiş bir məzarıstan.
سر افشانی تیغ گردن گذاربرآورده از جوی خون لاله زار
Baş üzən, leş, cəmdək yeyən qılınclarÇölləri qan ilə etmiş laləzar.
چو سوزن سنان سینه را دوختهز مقراضه مقراضی آموخته
Nizələr döşləri tikmiş iynətək,Oxlardan öyrənmiş qayçı işlətmək.
ز هر قبضهٔ خنجری در شتاببرآورده چون اژدها سر ز خواب
Hər qılınc əjdaha kimi başınıQınından çıxarıb, çatır qaşını.
ز بس کشتگان گرد به گرد راهچو بازار محشر شده حربگاه
Yollarda o qədər tökülmüşdü can,Məhşər bazarına dönmüşdü meydan.
نماینده روسی به هر سو ستیزبرآورده از رومیان رستخیز
Ruslar hər tərəfdə göstərir hiddət,Rumların başına açır qiyamət.
برآمیخته لشگر روم و روسبه سرخی سپیدی چو روی عروس
Soxulmuş rum ilə rus bir-birinə,Bənzər ağ, qırmızı donlu gəlinə.
سکندر دران حرب چون شیر مستیکی حربهٔ پهلوانی به دست
İskəndər meydanda qızmış aslandı.O əlisilahlı bir pəhləvandı.
چگونه بوَد پیل پولاد پوش؟ز شیر ژیان چون برآید خروش؟
Meydanda bağırır necə bir aslan,Zirehli fil necə oxuyur meydan.
بدان پیل و آن شیر میماند شاهکه بر پیل و بر شیر بر بست راه
Şah haman fil ilə aslana bənzər,Filin də, şirin də yolunu kəsər.
به هر تیغداری که او باز خوردسرش را به تیغی ز تن باز کرد
Hər qılınc tutana vurunca nərə,Başını qılıncla salırdı yerə.
سیهپوش چترش چو عباسیانزده سنگ بر طاسِ برطاسیان
Əbbasi çətritək örtərək qara,Burtasın tasını vurdu daşlara.
به نیروی بازوی و زخم رکابچپ و راست افکند سر بیحساب
Üzəngi və qılınc gücüylə hər an,Saysız baş qopardı sağdan və soldan.
هم او پای بر جای و هم لشگرشکه تا کی برآید ز کوه اخترش
Nə özü tərpənir yerdən, nə əsgər,Vuruşur taleyi gülənə qədər.
سطرلاب فرزانه در آفتاببه طالع گرفتن چو مه در شتاب
Bəlinas parlayan üstürlab iləÇalışır xoş tale keçirsin ələ.
چو طالع به پیروزی آمد پدیدجهان کرد شمشیر شه را کلید
Olunca uğurlu iqbal aşikar,Şah qılıncı oldu dünyaya açar.
به شه گفت برزن که یاری تراستدرین دستبرد استواری تراست
Dedi: “Dur, taleyin sənədir kömək,Bu qanlı meydanda sənindi dilək!”
بجنبید خسرو چو دریای نیلسر دشمن افکند در پای پیل
Nil kimi axdı şah öz sol-sağına,Başları fırlatdı fil ayağına.
سوی روسی آورد یک ترکتازچو تند اژدهایی دهن کرده باز
Ağzını açaraq odlu əjdaha,Ruslara şah basqın etdi bir daha.
برآورد پیروزی شاه دستبه قنطال روسی درآمد شکست
Padşaha üz verdi səadət, zəfər,Əzdilər Qıntalı, üstün gəldilər.
چو بشکست بشکستنی خردشانبه یک حمله از جای خود بردشان
Bu son şanlı zəfər gəlincə ələ,Düşməni oynatdı bir həmlə ilə.
هزیمت در افتاد بدخواه راجهان داد شاهی جهانشاه را
Qaçmağa başladı basılan yağı,Dünya İskəndərə verdi şahlığı.
شه پیل پیکر به خم کمنددرآورد قنطال را زیر بند
Filbədən əl atdı uzun kəməndə,Qıntalın başını keçirdi bəndə.
ز روسی بسی خون و خوی ریختندگرفتند و کشتند و آویختند
Ruslardan kin ilə tökdülər çox qan,Çox oldu tutulan, ölən, asılan.
ز بس روسیان سرانداختهبقم کشتی کیش پرداخته
Çox can, baş itirən qırmızı ruslarQırmızı rəngini itirdi naçar.
ز شیران برطاس و روسی دیارگرفتار شد تیغزن ده هزار
Ruslardan, Burtasın aslanlarındanƏsir düşdü yüz min qılınc oynadan.
دگر کشته شد زیر شمشیر و تیرز کشتن بود فتنه را ناگزیر
Qalanlar yem oldu ac qılınclara,Fitnəyə ölümdən başqa yox çara.
قدر مایه رستند بی برگ و سازگریزان سوی روس رفتند باز
Soyulmuş, talanmış azca bir miqdarSalamat qurtarıb geri qaçdılar.
نه چندان غنیمت به خسرو رسیدکه اندازهای آید آنرا پدید
O qədər qənimət aldı İskəndər,Olmadı sayını bilən bir nəfər.
ز سیم و زر و قندز و لعل و درشتر با شتر خانهها گشت پر
Hədsiz qızıl, gümüş, xəz, inci, gövhər,Tövlələr dolusu canlı dəvələr.
چو بر دشمنان شاه شد کامگارشد از فرخی کار او چون نگار
İskəndər düşmənə çalınca zəfər,İşləri oldu şux lövhədən dilbər.
فرود آمد از خنگ ختلی خرامکه دید آنچه مقصود بودش تمام
Endi öz atından “zəfərdir” deyə,Bildi ki, qovuşmuş bütün diləyə.
به شکر خدا روی بر خاک سودکه فتح از خدا آمد او خاک بود
Üz sürtdü torpağa, dedi: “Ey rəhbər!Mən qara torpağam, səndəndir zəfər! ”
چو کرد آفرین داور خویش راهمان گنجها داد درویش را
Dedi: “Haqq vermiş bu böyük zəfəri”,Yoxsula payladı xəzinələri.
جهان را ز دشمن تهی دید جایبه آرامش و رامش آورد رای
Dünya boşalınca kinli düşməndən,Dincəlmək fikrinə düşdü hökmüran.
Kitabxana.az · https://kitabxana.az/en/works/nizami-serefname-56
Use ← → keys to move, R for a random poem
More by this author
So saying, seated in that palmy grove,To Lailí thus he breathed his lay of love.
Layla and Majnun, chapter 42Through many a town and bower had spreadThe maniac's tale— all anxious read
Layla and Majnun, chapter 43How beautifully blueThe firmament! how bright
Layla and Majnun, chapter 44In summer all is bright and gay;In autumn verdure fades away,
Poems by other poets
Nə saatda gəldim dünya evinə,Şum sitarə bəxti bağlu olmuşam.
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
İrvanən və şərurəBir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Qurban mən olumGözəllər yola çıxandaYoluna qurban mən olum.