بیا ساقی آن می نشان ده مرااز آن داروی بی‌هشان ده مرا

بدان داروی تلخ بی‌هش کنممگر خویشتن را فرامُش کنم

نظامی بس این صاحب‌آوازگیکهن گشتن و هم‌چنان تازگی

چو شیران سرپنجه بگشای چنگچو روبه میارای خود را به رنگ

شنیدم که روباه رنگین به روسخود آرای باشد به رنگ عروس

چو باران بوَد روز یا باد و گردبرون ناورَد موی خویش از نورد

به کنجی کند بی‌علف جای خویشنلیسد مگر دست با پای خویش

پی پوستی خون خود را خوردهمه کس تن، او پوست را پرورد

سرانجام کاید اجل سوی اووبال تن او شود موی او

بدان موینه قصد خونش کنندبه رسوایی از سر برونش کنند

بساطی چه باید بر آراستنکزو ناگزیر است برخاستن

هر آن جانور کاو خودآرای نیستطمع را بر آزار او رای نیست

برون آی از این پردهٔ هفت رنگکه زنگی بود آینه زیر زنگ

بس این جادویی‌ها برانگیختنچو جادو به کس درنیامیختن

نه گوگرد سرخی نه لعل سپید‌!که جوینده باشد ز تو ناامید

به مردم درآمیز اگر مردمیکه با آدمی خو‌گرست آدمی

اگر کان گنجی چو نایی به‌دستبسی گنج از اینگونه در خاک هست

چو دور افتد از میوه‌خور میوه‌دارچه خرما بوَد نخل‌بن را چه خار‌!

جوانی شد و زندگانی نماندجهان گو ممان چون جوانی نماند

جوانی بوَد خوبی آدمیچو خوبی رود کی بود خرمی‌؟

چو پی سست و پوسیده گشت استخواندگر قصه سخت‌رویی مخوان

غرور جوانی چو از سر نشستز گستاخ‌کاری فرو‌شوی دست

بهی چهرهٔ باغ چندان بوَدکه شمشاد با لاله خندان بود

چو باد خزانی درآید به باغزمانه دهد جای بلبل به زاغ

شود برگ ریزان ز شاخ بلنددل باغبانان شود دردمند

ریاحین ز بستان شود ناپدیددر باغ را کس نجوید کلید

بنال ای کهن‌بلبل سالخوردکه رخساره سرخ گل گشت زرد

دوتا شد سهی سرو آراستهکدیور شد از سایه برخاسته

چو تاریخ پنجه درآمد به سالدگرگونه شد بر شتابنده حال

سر از بار سنگین درآمد به سنگجمازه به تنگ آمد از راه تنگ

فرو‌ماند دستم ز می خواستنگران گشت پایم ز بر خاستن

تنم گونهٔ لاجوردی گرفتگلم سرخی انداخت زردی گرفت

هیون رونده ز ره مانده بازبه بالین‌گه آمد سرم را نیاز

همان بور چوگانیِ باد‌پایبه صد زخم چوگان نجنبد ز جای

طرب را به میخانه گم شد کلیدنشان پشیمانی آمد پدید

برآمد ز کوه ابرِ کافور‌بارمزاج زمین گشت کافور‌خوار

گهی دل به رفتن نیاید به گوشصراحی تهی گشت و ساقی خموش

سر از لهو پیچید و گوش از سماعکه نزدیک شد کوچ‌گه را وداع

به وقتی چنین، کنج بهتر ز کاخکه دوران کند دست یازی فراخ

تماشای پروانه چندان بودکه شمع شب‌افروز خندان بود

چو از شمع خالی کنی خانه رانبینی دگر نقش پروانه را

به روز جوانی و نوزادگیزدم لاف پیری و افتادگی

کنون گر به غم شادمانی کنمبه پیرانه‌سر چون جوانی کنم؟

چو پوسیده‌چوبی که در کنج باغفروزنده باشد به شب چون چراغ

شب‌افروز کرمی که تابد ز دورز بی‌نوریِ شب زند لاف نور

اگر دیدمی در خود افزایشیطلب کردمی جای آسایشی

به آسودگی عمر نو کردمیجهان را به شادی گرو کردمی

چو روز جوانی به پایان رسیدسپیده‌دم از مشرق آمد پدید

به تدبیرِ آنم که سر چون نهم ؟چگونه پی از کار بیرون نهم ؟

سری کاو سزاوار باشد به تاجسَرین‌گاه او مشک باید نه عاج

از آن پیش کاین هفت پرگار تیزکند خط عمر مرا ریز ریز

درآرم به هر زخمه‌ای دست خویشنگهدارم آوازهٔ هست خویش

به هر مهره‌ای حقه‌بازی کنمبه واماندِ خود چاره‌سازی کنم

چو رهوار گیلیم ازین پل گذشتبه گیلان ندارم سر بازگشت

در این ره چو من خوابَنیده بسیستنیارد کسی یاد که آنجا کسیست

به یادآور ای تازه کبک دریکه چون بر سر خاک من بگذری

گیا بینی از خاکم انگیختهسرین سوده پایین فرو‌ریخته

همه خاک فرش مرا برده بادنکرده ز من هیچ هم‌عهد یاد

نهی دست بر شوشه خاک منبه یاد آری از گوهر پاک من

فشانی تو بر من سرشکی ز دورفشانم من از آسمان بر تو نور

دعای تو بر هر چه دارد شتابمن آمین کنم تا شود مستجاب

درودم رسانی رسانم درودبیایی بیایم ز گنبد فرود

مرا زنده پندار چون خویشتنمن آیم به جان گر تو آیی به تن

مدان خالی از هم‌نشینی مراکه بینم تو را گر نبینی مرا

لب از خفته‌ای چند خامش مکنفرو‌خفتگان را فرامش مکن

چو آن‌جا رسی می درافکن به جامسوی خوابگاه نظامی خرام

نپنداری ای خضر پیروز‌پیکه از می مرا هست مقصود می

از آن می همه بی‌خودی خواستمبدان بی‌خودی مجلس آراستم

مرا ساقی از وعده ایزدیستصبوح از خرابی می‌ از بی‌خودیست

وگرنه به یزدان که تا بوده‌امبه می دامن لب نیالوده‌ام

گر از می شدم هرگز آلوده‌کامحلال خدایست بر من حرام

O gülgün şərabdan, saqi, ver nişan,Ver mənə sərxoşlar içən dərmandan.

O acı dərmanla məst olum bu gün,Özümü unudum bəlkə büsbütün.

Nizami, yetər bu şöhrət qazanmaq,Qocaldın, gəncliyi daha gəl burax!

Qızmış aslan kimi pəncə aç, artıqÖzünə tülkütək vermə yaraşıq...

Eşitdim, rəng sevən bir rus tülküsü,Özünə verərmiş bir gəlin süsü,

Qopunca toz, külək, yağış, burağan,Tükünü çıxarmaz o gün yuvadan.

Qucaqlar deşiyin bir bucağını,Acından yalar öz əl-ayağını.

Sorar öz qanını dəri altından,O dəri becərər, başqa kəslər can.

Elə ki, əcəli yetişər birdən,Dərisi canına kəsilər düşmən.

Dərinin eşqinə edərlər şikar,Bəslənmiş dərisi başından çıxar.

Dünyada bir büsat qurmaq nə mümkün,Bu yurddan çarəsiz köçərsən bir gün.

Özünə yaraşıq verməyən heyvan,Tamahkar kəslərdən görməz bir ziyan.

Yeddi rəng pərdədən qurtul birtəhər,Güzgü pas altında çirkin görünər.

Qurduğun cadular yetişər, burax,Kimsəyə cadutək tor atma nahaq.

Al kükürd deyilsən, ağ ləl deyilsən,Arayan ümidsiz qayıtsın səndən.

İnsansan, insana qatış hər zaman,İnsanla yaşayar hər zaman insan.

Əlçatmaz xəzinə olsan da, ancaqÇox belə xəzinə gizləmiş torpaq.

Ağacdan uzaqsa meyvə qoparan,Fərqi yox, o xurma versin, ya tikan.

Həyat yox, gəncliyi alınca xəzan,Gənclik qalmayınca qalmasın cahan.

Gənclikdir insana gözəllik verən,Gözəllik sönərsə, qəlb olurmu şən?

Sümüyün çürüyüb, süst olsa arxan,Mərdlikdən, hünərdən qurma bir dastan.

O gün ki, gəncliyin qüruru sönər,İş görməz daha bu cəsarət, hünər.

Bağ-bağça gözəldir, şəndir gülüstanSər ilə lalələr güldüyü zaman.

Elə ki, bağlara boz xəzan girər,Bülbül öz yerini qarğaya verər.

Bağbanlar qəlbini dərdü qəm yaxar,Uca budaqlardan düşər yarpaqlar.

Bostanlar pozular, reyhanlar qalmaz,Bağın açarını soruşan olmaz.

Durma, gəl naləyə, ey qoca bülbül,Al güllər saraldı, tutuldu könül.

Ucaboy sərvlər oldu ikiqat,Bağban da kölgədən çəkildi, heyhat.

Əlliyə çatınca dəyişir əhval,Dəyişir yaşayış, dəyişir hər hal.

Baş, ağır yüklərdən daşa vuruldu,Bu dar keçidlərdə dəvəm yoruldu,

Qollarım titrəyir qədəh tutarkən,Ayağım büdrəyir qalxıb durarkən.

Vücudum lacivərd rəng aldı artıq,Qırmızı güllərim saraldı artıq.

Yollarda qaldı bu yürüyən atım,Baş düşdü yastığa, söndü həyatım.

Çövkanlar atdığım yel ayaqlı atYüz çövkan vursan da tərpənməz, heyhat.

İtdi meyxanada şənlik açarı,Tövbələr çulğadı bu ruzigarı.

Dağlara buludlar ağ kafur saçdı,Ac torpaq ağzını kafurçün açdı.

Gah könül köçməyə tərpəniş edir,Gah başım yuxuya pərəstiş edir.

Qulağım eşitmir gəlin qəmzəsi,Qədəh boş, kəsildi saqinin səsi.

Qulaq eşitməkdən, baş kefdən qaldı,Köç vaxtı yaxındır, ömrüm azaldı.

Bu zaman bir bucaq xoşdur saraydan,Oyuncaq əlini uzadar dövran.

Gecə şam nə qədər şən-şən gülümsər,Pərvanə seyri də o qədər sürər.

Otaq boş qalınca işıqlı şamdanQalmaz pərvanədən daha bir nişan.

Uşaqlıq və gənclik dövrü çatınca,Özümü göstərdim düşgün bir qoca.

İndi bu dərd ilə göstərsəm şənlik,Qocaya uyarmı bu gənclik, mənlik?

Düşmüşəm bir çürük çöp kimi bağda,Gecələr şam kimi parlar bucaqda.

Atəşli böcəklər gecələr parlar,Qaranlıq gecədə nurdan dəm vurar.

Özümdə görsəydim qüvvət və dayaq,Tapardım sevimli sakit bir bucaq.

Yenidən rahət bir ömür sürərdim,Dünyanı şadlığa girov verərdim.

Yetişdi başa bu gənclik günləri,Məşriqdən ağardı daha dan yeri.

Dincəlmək fikriylə nə tədbir töküm,Azalsın bir qədər zəhmətim, yüküm?

Başına tac ilə kim vursa bəzək,Əmgəyi ağ deyil, müşk olsun gərək.

Yeddi göy pərgarı etmədən cövlan,Ömrümün xəttini parçalamadan

Vursun barmaqlarım mizrabıma dəm,Öz varlıq səsimi saxlayım möhkəm.

Hər incə sözə bir füsun bağlayım,Qoyduğum əsərə bir gün ağlayım.

Keçərsə körpüdən bu Gilan atım,İnanma Gilana bir də qayıdım,

Bu yerdə mən kimi yatanlar çoxdur,Onları xatirə salan ki, yoxdur.

Təzə kəklik, yad et məni ürəkdənMəzarım yanından ötüb keçərkən,

Üstümdə görərsən göyərmiş otlar,Başdaşım uçulmuş, çökmüşdür məzar.

Qəbrimin tozunu sovurmuş yellər,Dostlardan anan yox məni bir nəfər.

Qəbrim şüşəsinə əl qoyan zamanO pak gövhərimi heç olmasa an.

Uzaqdan sən mənə göz yaşı töksən,Mən sənə parlaq nur saçaram göydən.

Duadan bir dilək istəsən əgər,Mən amin deyərəm, qəbulə keçər.

Salam ver, hörmətlə məndən salam al,Gəl qəbrim üstünə, edim istiqbal.

Hər zaman diriyəm sənin kimi mən,Mən cana gələrəm sən cana gəlsən.

Bu yerdə sanma yar-yoldaşsız məni,Məni görməsən də, görürəm səni.

Bu ölənlər ilə, gəl, danış barı,Unutma, yada sal bu yatanları.

Qəbrimə gələrkən qədəhi doldur,Nizami yatdığı yerə qədəh vur.

Ey uğurlu Xızır, sanma ki, mənim,Bu meydən içilən meydir məqsədim.

O meydə özümü unudum - dedim,Özümü unudub məclis bəzədim.

Mey dalğınlıqdandır, səbuh xumardan,Mənə pak şərabı vəd etmiş Yəzdan.

O böyük Tanrıya aydındır bu iş,Ömrümdə dilimə şərab dəyməmiş.

Bu dilim, dodağım görmüş isə cam,Olsun Nizamiyə hər halal - həram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets