صَبَّحَکَ الله صباح ای دبیرچون قلم از دست شدم دستگیر

Ey şair, sabahını uğurlu görsün aləm,Bu işdə bir dost kimi tutdu əlimdən qələm.

کاین نمط از چرخ فزونی کندبا قلمم بوقلمونی کند

Bu üslubum ki, çarxdan üstündür bir bu qədər,Qələmimin gücilə buqələmunluq edər.

زین همه الماس که بگداختمگزلکی از بهر ملک ساختم

Əritdiyim bu qədər almazdan, bir baxınız,Qayırdım şaha kiçik qələm bıçağı yalnız.

که‌آهن شمشیرم در سنگ بودکوره آهنگریم تنگ بود

Nə qədər ki, daşdaydı qılıncımın dəmiriDəmirçilik kürəmin xeyli dar idi yeri.

دولت اگر همدمی‌یی ساختیبخت بدین نیز نپرداختی

Dünyada dövlət mənim yarım olsaydı hərgah,Ömrü vurmazdım başa bıçaq qayırmaqla, ah.

در دلم آید که گنه کرده‌امکاین ورقی چند سیه کرده‌ام

Mənə elə gəlir ki, işləyərək bir günahBu bir neçə vərəqi qaralamışam, eyvah.

آنچه درین حجلهٔ خرگاهی استجلوه‌گری چند سحرگاهی است

Bu çadır içindəki, mə’nalı gözəllərinVarlığı məhsuludur bir neçə xoş səhərin,

زین برّه می‌خور چه خوری دودها‌؟آتش در زن به نمک‌سودها‌؟

Niyə tüstü udursan, ye bu quzu ətindən,Günəşdə qurudulmuş duzlu ətləri yax sən.

بیش رو آهستگیی پیشه کنگر کنی اندیشه به اندیشه کن

Çalış ki, çox get, fəqət asta elə hərəkət,Dalarkən düşüncəyə, sə’y et, dərindən fikr et.

هر سخنی کز ادبش دوری استدست بر او مال که دستوری است

Əgər ədəbdən kənar sözə rast gəlsən, buyur,Sənə izn verirəm, poz onu, ya da pozdur.

و آنچه نه از عِلم برآرد عَلَمگر منم آن حرف درو کش قلم

Bir söz ki, şəriətdən kənar olarsa, bişək,O söz mən özüm olsam o sözə bir qələm çək.

گر نه درو داد سخن دادمیشهر به شهرش نفرستادمی

Gər belə olmasaydı, can verib o sözlərə,Göndərməzdim ürəklə mən şəhərdən şəhərə.

این طرفم کرد سخن پای‌بستجمله اطراف مرا زیر‌دست

Mənə əlaltı ikən hər tərəf, nəticədə,Söz saxladı bu yerdə məni doğma Gəncədə.

گفت‌ِ زمانه نه زمینی‌، بجنبچون زَمَنان چند نشینی‌؟ بجنب

Zəmanə tərpən dedi, tez ol, yer ki deyilsən,Nə vaxtadək yer kimi əyləşəcəksən? Tərpən!

بکر معانیم که همتاش نیستجامه به‌اندازهٔ بالاش نیست

Məndəki fikir, mə’na tükənməz, xeyli çoxdur,Onun boyuna görə ancaq paltarı yoxdur.

نیم‌تنه‌ای تا سر زانوش هستاز سر‌ِ آن بر سر زانو نشست

Ancaq dizinə qədər bir nimtənəsi vardır,Onunçün də daima diz üstə bərqərardır.

بایدش از حله قد آراستنتا ادبش باشد برخاستن

Uzun paltarla gərək örtəsən ki, qaməti,Ayağa qalxan zaman olmasın xəcaləti.

از نظر هر کهن و تازه‌ایحاصل من چیست جز آوازه‌ای

Nizami arzu edir, söz mülkünü bəzəməkQərq oldu cavahirə təpədən dırnağadək.

گرمی هنگامه و زر هیچ نهزحمت بازار و دگر هیچ نه

Köhnənin və təzənin nəzərindən hər zamanMənim şöhrətdən özgə hasilim yoxdur, inan,

گنجه گره کرده گریبان منبی گرهی گنج عراق آن من

Qızğın bir mə’rəkə var, qızılsa yoxdur fəqət,Bazar zəhməti vardır, yox özgə bir mənfəət.

بانگ برآورد جهان کای غلامگنجه کدام است و نظامی کدام

Düyünləmişdir mənim yaxamı doğma Gəncə,Yoxsa İraq xəznəsi qismətim idi, məncə.

شکر که این نامه به عنوان رسیدپیشتر از عمر به پایان رسید

Dünya məni səslənib söylədi ki, ey qulam,Gəncəlisən, Gəncədə ömr edərək al ilham.

کرد نظامی ز پی زیورشغرقهٔ گوهر ز قدم تا سرش

Onun gövhər səpməyi o padşaha mübarəkOlsun ki, verəcəkdir ona bu gövhər bəzək.

باد مبارک گهر افشان اوبر ملکی کاین گهر است آن او

Çox şükür ki, bu əsər axır tamama yetdi,Ömür sona yetməmiş, o, başa çatdı, bitdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets