Xərab oldu könül mülkü, nigarım, eylə bir şəfqət,Apardı gənci biganə, gözətçi eyləməz qeyrət.

İtibdir karivan gözdən, bu çöldə qalmışam tənha,Nə köhlən var, nə də öncül, qədəm atmağa yox qüdrət.

Yatıb qaldım bu torpağın önündə sübhədək, yarəb,Əcəb yoldur ki, bir töhfə bizimçün olmayır qismət.

Maqta — the closing couplet bearing the poet’s pen name. Nizami, tapmısan artıq bu dünyadə gözəl günlər,Köçüb getmək gərək burdan, qazan sən yol üçün sərvət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets