نظامی هان و هان تا زنده باشیچنان خواهم چنان که‌افکنده باشی

نبینی دُر که دریاپرور آمداز افتادن چگونه بر سر آمد‌؟

چو دانه گر بیفتی بر سر آییچو خوشه سر مکش کز پا درایی

مدارا کن که خوی چرخ تند استبه همّت رو که پای عمر کند است

هوا مسموم شد با گرد می‌سازدوا معدوم شد با درد می‌ساز

طبیب روزگار افسون‌فروش استچو زراقان ازان ده‌رنگ‌پوش است

گهی نیشی زند کاین نوش اعضا‌ستگه آرد ترشی‌یی کاین دفع‌ِ صفرا‌ست

علاج‌الرأس او انجیدن گوشدم‌الاخوین او خون سیاووش

بدین مرهم جراحت بست نتوانبدین دارو ز علت رست نتوان

چو طفل انگشت خود میمز در این مهدز خون خویش کن هم شیر و هم شهد

بگیر آیین خرسندی ز انجیرکه هم طفل‌ست و هم پستان و هم شیر

بر این رقعه که شطرنج زیان استکمینه بازی‌اش بین‌الرخان است

دریغ آن شد که در نقش خطرناکمقابل می‌شود رخ با رخ خاک

درین خیمه چه گردی بند بر پای‌؟گلو را زین طنابی چند بگشای

برون کش پای ازین پاچیلهٔ تنگکه کفش تنگ دارد پای را لنگ

قدم درنه که چون رفتی رسیدیهمان پندار کاین ده را ندیدی

اگر عیشی است صد تیمار با اوستو گر برگ گلی صد خار با اوست

به تلخی و به ترشی شد جوانیبه صفرا و به سودا زندگانی

به وقت زندگی رنجور حالیمکه با گرگان وحشی در جوالیم

به وقت مرگ با صد داغ حرمانز گرگان رفت باید سوی کرمان

ز گرگان تا به کرمان راه کم نیستز ما تا مرگ مویی نیز هم نیست

سری داریم و آن سر هم شکستهبه حسرت بر سر زانو نشسته

سری کاو هیبت جلاد بیندصواب آن شد که بر زانو نشیند

ولایت بین که ما را کوچگاه‌ستولایت نیست این زندان و چاه‌ست

ز گرمایی چو آتش تاب گیریمجگر در تری برفاب گیریم

چو مویی برف ریزد پر بریزیمهمه در موی دام و دد گریزیم

بدین پا تا کجا شاید رسیدنبدین پر تا کجا شاید پریدن

ستم‌کار‌ی کنیم آنگه به هر کارزهی مشتی ضعیفان ستمکار

کسی کاو بر پر موری ستم کردهم از ماری قفای آن ستم خورد

به چشم خویش دیدم در گذرگاهکه زد بر جان موری مرغکی راه

هنوز از صید منقار‌ش نپرداختکه مرغی دیگر آمد کار او ساخت

چو بد کردی مباش ایمن ز آفاتکه واجب شد طبیعت را مکافات

سپهر آیینه عدل‌ست و شایدکه هرچ آن از تو بیند وا نماید

منادی شد جهان را هر که بد کردنه با جان‌ِ کسی‌، با جان خود کرد

مگر نشنیدی از فراش این راهکه هر کاو چاه کند افتاد در چاه

سرای آفرینش سرسری نیستزمین و آسمان بی‌داوری نیست

هران سنگی که دریایی و کانی‌ستدر او دری و یاقوتی نهانی‌ست

چو عیسی هر که دارد توتیاییز هر بیخی کند دارو‌گیایی

چو ما را چشم عبرت‌بین تباه استکجا دانیم که‌این گل یا گیاه است‌؟

گرفتم خود که عطار‌ِ وجودیتو نیز آخر بسوزی‌، گرچه عودی

و گر خود علم جالینوس دانیچو مرگ آمد به جالینوس مانی

چو عاجز‌وار باید عاقبت مردچه افلاطون یونانی چه آن کرد

همان به کاین نصیحت یاد گیریمکه پیش از مرگ یک نوبت بمیریم

ز محنت رست هر کاو چشم دربستبدین تدبیر طوطی از قفس رست

اگر با این کهن‌گرگ‌ِ خشن‌پوستبه صد سوگند چون یوسف شوی دوست

لبادت را چنان بر گاو بنددکه چشمی گرید و چشمیت خندد

چه پنداری کز اینسان هفت‌خوانیبود موقوف خونی و استخوانی

بدین قاروره تا چند آب ریزی‌؟بدین غربال تا کی خاک بیزی‌؟

نخواهد مانَد آخر جاودانهدرین نُه مطبخ این یک چارخانه

چو وقت آید که وقت آید به آخِرنهانی‌ها کنند از پرده ظاهر

نه‌بینی گرد ازین دوران که بینیجز آن قالب که در قلبش نشینی

ازینجا توشه بَر‌، کانجا علف نیستدُر اینجا جو‌، که آنجا جز صدف نیست

درین مشکین صدف‌های نهانیبسا درها که بینی ارمغانی

نو آیین پرده‌ای بینی دلاویزنوای او نوازش‌های نو‌خیز

کهن‌کار‌ان سخن پاکیزه گفتندسخن بگذار‌، مروارید سفتند

سخن‌های کهن زالی مطراستو گر زال زر است انگار عنقا‌ست

درنگ روزگار و گونهٔ گَردکند رخسار مروارید را زرد

نگویم زر پیشین نو نیرزدچو دقیانوس گفتی جو نیرزد

گذشت از پانصد و هفتاد شش سالنزد بر خط خوبان کس چنین خال

چو دانستم که دارد هر دیاریز مهر من عروسی در کناری

طلسم خویش را از هم گسستمبه‌هر بیتی نشانی باز بستم

بدان تا هر‌که دارد دیدنم دوستببیند مغز جانم را در این پوست

اگر من جان محجوبم‌، تن اینستو گر یوسف شدم‌، پیراهن اینست

عروسی را که فرش گل نپوشداگر پوشد ز چشم از دل نپوشد

همه پوشیده‌ای با ماست ظاهرچو گفتی خضر خضر آنجاست حاضر

نظامی نیز کاین منظومه خوانیحضورش در سخن یابی عیانی

نهان کی باشد از تو جلوه‌سازیکه در هر بیت گوید با تو رازی

پس از صد سال اگر گویی کجا اوز هر بیتی ندا خیزد ‌که‌ ‌«ها او‌»

چو کرم قز شدم از کردهٔ خویشبریشم بخشم ار برگی کنم ریش

حرامم باد اگر آبی خورم خامحلالی بر نیارم پخته از کام

نخسبم شب که گنجی بر نسنجمدری بی‌قفل دارد کان‌ِ گنجم

زمین اصلی‌ام در بردن رنجکه از یک جو پدید آرم بسی گنج

ز دانه گر خورم مشتی به آغازدهم وقت درودن خرمنی باز

بران خاکی هزاران آفرین بیشکه مشتی جو خورد گنجی کند پیش

کسی کاو بر نظامی می‌برد رشکنفس بی‌آه بیند دیده بی‌اشک

بیا گو شب ببین کان کندنم رانه کان کندن ببین جان کندنم را

به‌هر دُر که‌ز دهن خواهم برآوردزنم پهلو به پهلو چند ناورد

به صد گرمی بسوزانم دماغیبه دست آرم به شب‌ها شب‌چراغی

فرستم تا ترازو‌دار‌ِ شاهانجوی چندم فرستد عذرخواهان

خدایا حرف‌گیر‌ان در کمینندحصاری ده که حرفم را نبینند

سخن بی‌حرف نیک و بد نباشدهمه کس نیک خواهد خود نباشد

ولی آن کز معانی با‌نصیب استبداند کاین سخن طرزی غریب است

اگر شیری‌، غریبان را میفکنغریبان را سگان باشند دشمن

بسا منکِر که آمد تیغ در مشتمرا زد تیغ و شمع خویش را کشت

بسا گویا که با من گشت خاموشدرازیش از زبان آمد سوی گوش

چو عیسی بر دو زانو پیش بنشستخری با چارپا آمد فرا‌دست

چه باک از طعنهٔ خاکی و آبی‌؟چو دارم دِرع زرین آفتابی

گر از من کوکبی شمعی برافروختکس از من آفتابی در نیاموخت

که گر در راه خود یک‌ ذره دیدمبه صد دستش علم بالا کشیدم

و گر سنگی دهن در کاس من زددُری شد چون که در الماس من زد

تحمل بین که بینم هندوی خویشچو ترکانش جنیبت می‌کشم پیش

گه آن بی‌پرده را موزون کنم سازگه این گنجشک را گویم زهی باز‌!

ز هر زاغی به جز چشمی نجویمبه هر زیفی جز احسنتی نگویم

به گوشی جام تلخی‌ها کنم نوشبه دیگر گوش دارم حلقه در گوش

نگهدارم به چندین اوستادیچراغی را درین طوفان بادی

ز هر کشور که برخیزد چراغیدهندش روغنی از هر ایاغی

ور اینجا عنبرین‌شمعی دهد نورز باد سردش افشانند کافور

به شکّر زهر می‌باید چشیدنپس‌ِ هر نکته دشنامی شنیدن

من از دامن چو دریا ریخته دُرگریبانم ز سنگ طعنه‌ها پر

کلوخ انداخته چون خشت در آبکلوخ اندازیی ناکرده دریاب‌!

دهان خلق شیرین از زبانمچو زهر قاتل از تلخی دهانم

چو گاوی در خراس افکنده پویانهمه ره دانه‌ریز و دانه‌جویان

چو برقی کاو نماید خنده خوشغریق آب و می‌سوزد در آتش

نه گنجی ای دل از ماران چه نالی‌؟که از ماران نباشد گنج خالی

چو طاوس بهشت آید پدیداربه‌جای حلقه دربانی کند مار

بدین طاووس ماران مهره باشندکه طاوسان و ماران خواجه‌تاشند

نگار‌ی اکدش‌ست این نقش‌ِ دمسازپدر هندو و مادر ترک طناز

مسی پوشیده زیر کیمیاییغلط گفتم که گنجی و اژدهایی

دری در ژرف دریایی نهادهچراغی بر چلیپایی نهاده

تو دُر بردار و دریا را رها کنچراغ از قبلهٔ ترسا جدا کن

مبین کاتشگهی را رهنمون استعبارت بین که طلق‌اندود خون است

عروسی بکر بین با تخت و با تاجسر و بن بسته در توحید و معراج

Nizami, nə qədər səndə can durur,Daim aşağı düş, istəyim budur!

Dənizdə bəslənən inciyə bir bax,Düşdüyüçün çıxar başlara ancaq.

Dən kimi düş yerə, başın ucalsın,Sünbül kimi olma-yel yerə salsın.

Bədxislət fələklə elə müdara,Hümmətlə get, ömür azdır aşkara.

Zəhərlisə hava, tozlara qatlaş,Dərmanın yoxdursa, dərd ilə uzlaş.

Ruzgarın təbibi əfsun satandır,Odur əynindəki yüz rəng kətandır.

Gah bir neştər vurar "dərmandır" deyə,Səfra üçün turşu düzər süfrəyə.

Qulağı çərtməkdir başın dərmanı,Dəmüləxəveyndir Səyavuş qanı.

Belə bir məlhəmlə bağlanmaz yara,Bu dərman kar etməz azarlılara.

Uşaqtək barmaq əm bu beşikdə sənSüd, bal hazırlayıb öz bədənindən.

Şad olmağı öyrən əncirdən ancaq,Həm uşaq, həm əmcək, həm də süddür, bax!

Dünya bir şahmatdır, unutma bunu,İkicə top ilə udar oyunu.

Qorxulu oyunda, heyf olsun sənə,Üzünü qoyarsan torpaq üzünə.

Bu çadır içində bağlı qalmısan,Nolar bu iplərdən boyun açasan?

Ayağını bu dar çəkmədən çıxar,Dar başmaq geyinən tez çolaq olar,

Yola düş, çatarsan bir gün mənzilə,Zənn et ki, bu kəndi görmədin belə.

Əgər bir eyşi var, yüz də dərdi var,Bir gülü dərəndə yüz tikan qopar.

Turş və acı keçdi gənclik günləri,Səfra, sevda dolu ömrün səhəri.

Yaşayış vaxtında xəstə haldayıq,Çünki vəhşi qurdla bir çuvaldayıq.

Yüz nisgil dağıyla bir gün ölürkənCanavardan qurda töhfə gedərsən.

Keçib getdiyimiz vilayətə bax,Vilayət deyil bu, zindandır ancaq,

İstidən od kimi qızışan zamanQəlb təsəlli alır qar soyuğundan.

Bircə tük qar yağdı, qaçaraq yenəBürünürük qalın heyvan tükünə.

Belə bir ayaqla qaçarlarmı heç?Belə bir qanadla uçarlarmı heç?

Zalımlıq edirik bu halda yenə,Əhsən biztək zəif zalım silkinə!

Qarışqaya belə zülm edən nəfərZülmünə ilandan bir əvəz görər.

Yol keçirdim, gördüm balaca bir quşQarışqa ovuyçun pusquya durmuş.

Ovunu boğazdan keçirməmişkənAyrı quş ovladı özünü birdən.

Bəla görəcəksən pislik etdinsə,Əvəz verəcəkdir dünya hər kəsə.

Ədalət aynası - böyük asimanSəndən gördüyünü əks edər hər an.

Bəlli bir şeydir ki, pislik edənlərÖz işindən özü çəkəcək zərər.

Eşitməmişsənmi bu məşhur sözü:"Hər kim quyu qazsa, düşəcək özü."

Sanma bu yer, bu göy boş bir saraydır,Onların mötəbər sahibi vardır.

Dənizdə, ya dağda görmədən xələl,Ya bir dürr gizlənmiş, ya qiymətli ləl.

İbrət gözlərimiz olarsa tələf,Nə bilək bu güldür, ya da bir ələf?

Ağıl tutiyası olan kimsələrİsatək hər kökdə bir dərman görər.

Tutaq, sən vücudun bir əttarısan.Axır yanacaqsan bir ud da olsan.

Səndə Calinusun elmi də olsa,Ölürkən dönərsən bir Calinusa.

Madam ki, mütləqa ölümdür son yol,İstər Əflatun ol, istərsə kürd ol.

Bu xoş nəsihəti yada salaq gəl,Bir dəfə ölək biz ölməzdən əvvəl.

İbrətlə göz yuman o tutiyə bax,Qəfəsdən "ölərək" qurtardı ancaq.

And içib Yusiftək, dost olsan da, bil,Sərt tüklü qurd səndən əl çəkən deyil.

Ləbbadəni elə öküzə bağlar,Bir gözün güləndə, o biri ağlar.

Sən necə bilirsən, bu tilsimli yolSəndə can qoyarmı? Yox, yox, əmin ol!

Nə qədər su töküb bir şüşədən sənXəlbirlə torpağı ələyəcəksən?

Bu doqquz mətbəxdə dörd ünsür axır,Həmişəlik belə qalmayacaqdır.

Bir vaxt olacaq ki, yetəcək son gün,Gizlinlər zahirə çıxacaq bütün.

Görməzsən tozunu bu zəmanənin,Yalnız öz tozunu görərsən yəqin.

Götür öz ruzunu bu dünyadan sən,Orda ələf yoxdur, sədəf görərsən.

Bu qara sədəfə diqqət verirkənÇox məna dürrünə rast gələcəksən.

Burda ürək açan min pərdə vardır,Nəvası tərtəzə, xoş mahnılardır.

Köhnələr söz dedi, nöqsansız, təmiz,Mirvari deşdilər nadir, ləkəsiz.

Zəmanə keçdikcə toz qonar yəqinSaraldar üzünü hər mirvarinin.

Köhnə söz - bəzənmiş qoca qarıdır,Yeni söz təravət, qüvvət barıdır.

Demirəm ki, köhnə zərin dəyəriYeni zərinkindən qalır çox geri.

Deyirəm ki, dövran dəyişəndə bəsDəqyanus pulu bir arpaya dəyməz.

Beş yüz yetmiş altı keçdi hicrətdən,Belə xal görmədim gözəllərdə mən.

Bildim hər məkanda məni sevən var,Hər kəs qucağında bir gəlin saxlar.

Öz can tilsimimi mən də doğradım,Ondan hər beytimə nişan bağladım.

Dedim: "Məni görmək istəsə hər kim,Beytimdə görünər ona surətim.

Mən məhv olub getsəm, örnəyimdir bu,Yusif kimi itsəm, köynəyimdir bu.

Örtsə də gözəlin torpaq üzünüÜrəklərdən silməz onun sözünü.

Bütün örtülmüşlər bizə zahirdir,Xızr adını çəkdin, Xızr hazırdır.

Şeri oxunanda bu NizamininÖzü də hər sözdə görünər yəqin.

Gizlənib özünü verməzmi nişanSənə hər beytində bir sirr danışan?

Yüz il sonra sorsan bəs o hardadır?Hər beyti səslənər: "Burda, burdadır!"

İpəkqurdu kimi sənətimlə mənAləmi bəzərəm can şirəsindən.

Ağzımdan bişməmiş bir söz çıxarsam,Əmdiyim halal süd qoy olsun haram.

Bir xəznə tapmasam, gecə yatmaram,Açıqdır xəznəmin qapısı tamam.

Münbit torpaq kimi bəsləyib hər anBir xəznə verərəm bircə arpadan.

Əvvəl bir dən yesəm, biçin zamanıDənlə dolduraram böyük xırmanı.

O torpağa əhsən və afərinlər -Bir ovuc dən yeyib, bir xəznə verər!

Etsə Nizamiyə paxıllıq hər kəs,Nəmsiz bir göz görsün, ahsız bir nəfəs,

Gecə gəl, gör necə qazıram mədən,Mədən yox, bəlkə də can qazıram mən.

Ağzımdan dürr kimi çıxan hər sözçünDürrünü verərəm şirin ömrümün.

Ələ gətirməkçün bir şəbçırağı,Yaxıb yandıraram beyni, dodağı.

Şah xəznədarına mən göndərəntəkƏvəz, arpa versin üzr istəyərək.

Tanrım, pusquda çox iradçılar var,Hasar çək, sözümü görməsin onlar.

Söz yaxşı da olar, yaman da, bir bax,Kim yaxşı istəməz, mümkünmü ancaq?

Hər kəs söz mülkündən pay almış bilər,Qəribə səpkili olmuş bu sözlər.

Qəribi incitmə, bir şirsən əgər,İtlər qəriblərə düşmən kəsilər.

Sudan və palçıqdan yaranan kəslərQorxuda bilərmi günəşi məgər?

Qılıncıyla gəldi çox məni danan,Şamını söndürdü məni vurarkən.

Dilləri bir qarış çox inkarçılarAciz qalıb verdi susmağa qərar.

Kim İsatək ədəb dizi çökdürüb,Əvəzində qazanc bir eşşək görüb.

Bir şam yandırsa da hər ulduz məndən.Günəşliyi yoxdur məndən öyrənən.

Hər zərrə yolumun üstünə gəldi,Nurumdan pay alıb yüz qat yüksəldi.

Çox daş öz ağzını kasama vurdu,Almasıma dəycək bir dürr olurdu.

Dağlar kimi məndən suları alanÜzümə səpərsə, içərəm, inan.

Buludtək bəhrimdən bəzənir əğyar,Məndən oğurlayıb, mənə satırlar.

Məndə səbrə bax ki, qulumu görcək,Ona kölə kimi çəkirəm yedək.

Naşının sazını köklərəm bəzən,"Tərlansan" deyirəm bir sərçəyə mən.

Qəşəng göz görürəm qarğada ancaq,Pis şeyə də sözüm əhsən olacaq.

Bir qulağım mənim eşidir pis söz,O biri deyir ki, itaət et, döz.

Varlıq çırağımı güclü küləkdənBelə ustalıqla qoruyuram mən.

Hansı bir ölkədə yansa bir çıraq,Hər bir qanacaqlı tökər ona yağ.

Burda ənbər iyli nur saçsa bir şam,Kafur üfürərlər ona, bil, müdam.

Şəkər əvəzinə dadılır zəhər,Hər sözün ardınca gəlir söyüşlər.

Ətəyimdən tökdüm dürrü dəniztək,Tənə daşlarından sinəm oldu təng.

Dürr alandan sonra zəngin dənizdənOna daş atandır mənə tən edən.

Xalqın ağzı olmuş dilimdən şirin,Mənim ağzım olmuş bir zəhər təkin.

Dəyirman işlədən bir öküzəm mən,Axtardığım dəndir, üyütdüyüm dən.

Mən bir şimşəyəm ki, gülüb buludda,Su içində ikən məhv olar odda

Ilandan dad etmə, ey xəznə ürək!İlansız olarmı xəznə, de görək?

Tovuzlar behiştdən çıxanda kənar,Qapıçı olarlar orda ilanlar.

Ilanla tovuzun bir ağası var.Odur hər ikisi xallı olurlar.

Atası bir hindli, anası türkkən,İki irqdən doğmuş ikdişə bax sən.

Bir misdir örtülmüş kimiya ilə,Yox, yox, bir xəznədir, əjdaha ilə.

Bir gövhər atmışam dənizə, uzaq.Qoymuşam xaç üstə bir yanar çıraq.

Sən o dürrü qaldır, dəryanı tərk et,Xaçı yalqız burax, çırağı al, get!

Çox da odpərəstlik bunda əyandır,Bu sözlər mütləqa yoğrulmuş qandır.

Bakir gəlinə bax, üzdə duvağı,Tövhidlə bağlanmış başı, ayağı.

Nə səhvim vardırsa, əfv et, ilahi,Özün bağışlarsan hər bir günahı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets