مغنی بیار آن ره باستانمرا یاریی ده در این داستان

Müğənni, çal yenə qədim havanı,Kömək et, bitirim mən bu dastanı!

زدستان گیتی مگر جان برمبر این داستان ره به پایان برم

Dünya dastanından bəlkə birtəhərCanımı qurtarım, bitsin bu əsər...

چنین آمد از فیلسوف این سخنکه چون شد به شه تازه روز کهن

Biri nəql edirdi filosoflardan:"Şaha xoş göründü bu qoca dövran.

به فیروزی بخت فرخنده فالدرآمد به بخشیدن ملک و مال

Mübarək bəxtindən gəlib hümmətə,Bol dövlət payladı el-cəmaətə.

ز بس بخشش او در آن مرز و بومبرافتاد درویشی از اهل روم

Bəxşişin hüdudu, həddi olmadı,Rumda bir nəfər də yoxsul qalmadı.

نهادند سر خسروان بردرشبه فرماندهی گشته فرمان برش

Şahlar baş əydilər ona cahanda,Durdular hamısı qultək fərmanda.

به فرخندگی شاه فیروز بختیکی روز برشد به فیروزه تخت

O xoşbəxt padişah bir səhər yenəÇıxaraq firuzə rəngli təxtinə,

سخن راند از انصاف و از دین و دادگهی درج می‌بست و گه می‌گشاد

Söhbətə başladı insafdan, dindən,Dürr, gövhər saçdı söz xəzinəsindən

چو لختی سخن گفت از آن در که بودبه خلوتگه خویش رغبت نمود

Padişah son qoydu şirin söhbətə,Meyl edib çəkildi yenə xəlvətə.

از آن فیلسوفان گزین کرد هفتکه بر خاطر کس خطائی نرفت

Kimsənin qəlbinə heç toxunmadanYeddi filosofu seçdi bu zaman:

ارسطو که بد مملکت را وزیربلیناس برنا و سقراط پیر

Ərəstu - tədbirli bir vəzir idi,Bəlinas - cavanmərd, Sokrat - pir idi.

فلاطون و والیس و فرفوریوسکه روح القدس کردشان دست‌بوس

Valislə Əflatun, bir də Fərfuryus -Heyrandı bunlara o rühulqüdüs.

همان هفتمین هرمس نیک رایکه بر هفتمین آسمان کرد جای

Yeddinci Hürmüzdü, bilir ki, hamıYeddinci göydədir onun məqamı.

چنین هفت پرگار بر گرد شاهدر آن دایره شه شده نقطه گاه

Yığışdı dövrəyə bu yeddi pərgar,Nöqtətək mərkəzdə şah tutdu qərar.

طرازنده بزمی چو تابنده هورهم از باده خالی هم از باد دور

Gözəl bir məclisdi, fikirlər parlaq,Quru təkəbbürdən, badədən uzaq.

دل شه در آن مجلس تنگباربه ابرو فراخی درآمد به کار

Bu məhrəm məclisdə alnıaçıq şahFikrindən onları eylədi agah.

به دانندگان راز بگشاد و گفتکه تا کی بود راز ما در نهفت

Dedi alimlərə sirri açaraq:"Sirrimiz nə qədər gizlin qalacaq?

بسی شب به مستی شد و بیخودیگذاریم یک روز در بخردی

Çox gecə keçirdik biz kef edərək,Gəlin, bir günü də elmə sərf edək!

یک امروز بینیم در ماه و مهرگشائیم سر بسته‌های سپهر

Bircə gün baxaraq Günəşə, Aya,Fələyin sirrini qoyaq ortaya.

بدانیم کاین خرگه گاو پشتچگونه درآمد به خاک درشت

Bilək ki, bu öküz belitək çadırBu möhkəm yer üstdə necə dayanır?

چنین بود تا بود بالا و زیربدانسان که بد گفت باید دلیر

Əvvəli necəymiş bu göyün, yerin,Bu haqda fikrini hamı söyləsin!

چنان واجب آمد به رای درستکه ترکیب اول چه بود از نخست

Ağıla, idraka bir vəzifədir,Bilsin ki, dünyada ilk tərkib nədir.

چه افزایش و کاهش نو بنوبنا بود پیشینه شد پیشرو

Bu yeni əskiltmə və artırmalarYoxluqdan nə cürə olmuş aşikar?

نخستین سبب را در این تاروپودبجوئیم از اجرام چرخ کبود

Əzəldən nə olmuş xilqətə bais?Bunu ulduzlardan tədqiq edək biz.

بدین زیرکی جمعی آموزگارنیارد به‌هم بعد از این روزگار

Belə elmi məclis yığılar az-az,Daha bir də belə məclis yığılmaz.

ندانیم کز مادر این راه رنجکرا پای خواهد فروشد به گنج

Görək bu yollarda kim yeyin gedər?Görək xəzinəni kim tez kəşf edər?

بگوئید هر یک به فرهنگ خویشکه این کار از آغاز چون بود پیش

Hərə öz fikrini atsın ortaya,Necə yaranmışdır, desin, bu dünya?

به تقدیر و حکم جهان آفریننخست آسمان کرده شد با زمین

Onda ki, hökm etmiş uca yaradan,Əvvəl yer yaranmış, yoxsa asiman?

بیا تا برون آوریم از نهفتکه اول بهار جهان چون شکفت

Qoy açsın bu sirri ağlın açarı:Necə çiçəklənmiş yerin baharı?

چگونه نهادش بنا گر بنا؟چه بانگ آمد از ساز اول غنا؟

Necə qoyulmuşdur bina əzəldən?Necə səslənmişdir ilk mahnı teldən?"

چو شاه این سخن را سرآغاز کردچنان گنج سربسته را باز کرد

Padişah beləcə dürrlər saçdı,Bağlı xəzinənin ağzını açdı.

ز تاریخ آن کارگاه کهنفروبست بر فیلسوفان سخن

Sonra da buyurdu: "Cəsarət edənDanışsın varlığın ilk tarixindən."

ولیکن نیوشنده را در جوابسخن واجب آمد به فکر صواب

Sarsıtdı onları şahın sualı,Dedilər: "Cavabı layiq olmalı."

چنان رفت رخصت به رای درستکارسطو کند پیشوائی نخست

Bir səslə dedilər qərar verərək:"İlk sözə Ərəstu başlasın gərək!"

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets