ای جهان دیده بودِ خویش از توهیچ بودی نبوده پیش از تو

در بدایت بدایت همه چیزدر نهایت نهایت همه چیز

ای برآرنده سپهر بلندانجم افروز و انجمن پیوند

آفرینندهٔ خزاین جودمبدع و آفریدگار وجود

سازمند از تو گشته کار همهای همه و آفریدگار همه

هستی و نیست مثل و مانندتعاقلان جز چنین ندانندت

روشنی پیش اهل بینا‌یینه به صورت به صورت‌آرایی

به حیات‌ست زنده موجوداتزنده لیک از وجود توست حیات

ای جهان را ز هیچ سازندههم نوا‌بخش و هم نوازنده

نام تو که‌ابتدای هر نام‌ستاول آغاز و آخر انجام‌ست

اول الاولین به پیش شمارو آخرالاخرین به آخر کار

هست بود‌ِ همه درست به توبازگشت همه به توست‌، به تو

بسته بر حضرت تو راه خیالبر درت نانشسته گرد زوال

تو نزادی و دیگران زادندتو خدایی و دیگران بادند

به یک اندیشه راه بنماییبه یکی نکته کار بگشایی

وانکه نااهل‌ِ سجده شد سر اوقفل بر قفل بسته شد در او

تو دهی صبح را شب افروزیروز را مرغ و مرغ را روزی

تو سپردی به آفتاب و به ماهدو سرا پرده سپید و سیاه

روز و شب سالکانِ راه تواندسفته‌گوشانِ بارگاه تواند

جز به حکم تو نیک و بد نکنندهیچ کاری به حکم خود نکنند

تو بر افروختی درون دماغخردی تابناک‌تر ز چراغ

با همه زیرکی که در خرد‌ستبی‌خودست از تو و به جای خودست

چون خرد در ره تو پی گرددگرد این کار وهم کی گردد

جان که او جوهر‌ست و در تن ماستکس نداند که جای او به کجاست

تو که جوهر نیی نداری جایچون رسد در تو وهم شیفته‌رای؟

ره نمایی و رهنمایت نههمه جایی و هیچ جایت نه

ما که جزیی ز سبع گردون‌یمبا تو بیرون هفت بیرونیم

عقل کلی که از تو یافته راههم ز هیبت نکرده در تو نگاه

ای ز روز سپید تا شب داجبه مدد‌های فیض تو محتاج

حال‌گردان تویی به هر سانینیست کس جز تو حال گردانی

تا نخواهی تو‌، نیک و بد نبوَدهستی کس به ذات خود نبود

تو دهی و تو آری از دل سنگآتش لعل و لعلِ آتش‌رنگ

گیتی و آسمانِ گیتی‌گَردبر درِ تو زنند بردابرد

هر کسی نقش‌بند پرده توستهمه هیچ‌ند کرده کرده توست

بد و نیک از ستاره چون آید؟که خود از نیک و بد زبون آید

گر ستاره سعادتی دادیکیقباد از منجمی زادی

کیست از مردم ستاره‌شناسکه به گنجینه ره برد به قیاس

تو دهی بی‌میانجی آنرا گنجکه نداند ستاره هفت از پنج

هر چه هست از دقیقه‌های نجومبا یکایک نهفته‌های علوم

خواندم و سرّ هر ورق جستمچون تو‌را یافتم ورق شستم

همه را روی در خدا دیدمدر خدا بر همه تورا دیدم

ای به تو زنده هر کجا جانی‌ستوز تنور تو هر که‌را نانی‌ست

بر در خویش سر‌فراز‌م کنوز در خلق بی‌نیاز‌م کن

نان من بی‌میانجی دگرانتو ده ای رزق‌بخش جانوران

چون به عهد جوانی از بر توبر در کس نرفتم از در تو

همه را بر درم فرستادیمن نمی‌خواستم تو می‌دادی

چون که بر درگه تو گشتم پیرز آنچه ترسیدنی‌ست دستم گیر

چه سخن کاین سخن خطاست همهتو مرایی جهان مراست همه

من سرگشته را ز کار جهانتو توانی رهاند‌، باز رهان

در که نالم‌؟ که دستگیر توییدر پذیرم که درپذیر تویی

راز پوشیده گرچه هست بسیبر تو پوشیده نیست راز کسی

غرضی کز تو نیست پنهانیتو بر آور که هم تو می‌دانی

از تو نیز ار بدین غرض نرسمبا تو هم بی غرض بود نفسم

غرض آن به که از تو می‌جویمسخن آن به که با تو می‌گویم

راز گویم به خلق خوار شومبا تو گویم بزرگوار شوم

ای نظامی پناه‌پرور توبه در کس مرانش از در تو

سر‌بلند‌ی ده از خداوندیهمّتش را به تاج خرسندی

تا به‌وقتی که عرض‌ِ کار بوَدگرچه درویش‌، تاجدار بود

Ey bu kainatın açan gözünü,Yoxdur səndən qabaq duyan özünü,

Hər bir başlanğıcın ibtidasısan,Sonların sonusan, intəhasısan.

Ey uca fələyi qurub qaldıran,Ulduzlardan gözəl bir məclis quran,

Səxa xəznəsini icad eyləyən,Varlığı yaradan, abad eyləyən,

Hər şeysən, ruh verdin sən bu cahana,Səninlə işimiz düşər səhmana.

Varsan, yoxdur sənin mislin dünyada,Özgə şey gətirməz aqillər yada.

Ağıl sahibləri önündə hər anSurət bəzəməklə olursan əyan.

Bütün varlıqları yaşadır həyat,Həyat da səninlə açır qol-qanad.

Sən ey bu varlığı yoxdan xəlq edən,Nəva bəxş eyləyən, çalan, səslədən,

Adın - əvvəlidir hər bir şöhrətin,Sonudur hər işin, hər nəhayətin.

Sayın əvvəlisən sən bu gedişdə,Sonların sonusan hər axır işdə.

Səndən yaradılış kamala yetir,Sənə qovuşmağa, zavala yetir.

Sənə yetişməyə acizdir xəyal,Qapına qonmamış nə toz, nə zaval.

Doğulan sən deyil, aciz bəndədir,Heçdir özgələri, qüdrət səndədir.

Xəyala yol verən, işıq saçansan,Bir işarə ilə min yol açansan.

Sənə baş əymədi kim qafil oldu,Dərhal qapısına qıfıl vuruldu.

Sübhün çırağını yalnız sən verdin,Səhərə quş verdin, quşa dən verdin.

Bu qara pərdəni, ağ pərdəni sənTapşırdın Günəşə, Aya əzəldən.

Yolunu izləyən: gecə və gündüzSarayında qoşa qulundur, sözsüz.

İşləməzlər, sənin bilməsə layıq,Nə Günəş, nə də Ay yaxşı, yamanlıq.

Yandırdın beyində ağıldan çıraq,Elə bir çıraq ki, günəşdən parlaq.

Günəştək parlayan bu ağlın özüGörə bilməz səni, kor olar gözü.

Bir yerdə ki ağıl ayaqdan düşə,Xəyal nə iş görər, çox da əlləşə,

Can ki, cövhərdəndir, tənimizdədir,Biz onu görmürük, o ki bizdədir.

Sən ki nə cövhərsən, nə də yerin var,Xəyalmı dərk üçün səni qalxışar?

Biz deyil, sən bizə yol göstərənsən,Heç yanda yox yerin, hər yanda sənsən!

Biz yeddi fələkdən çüzük bu darda,Yeddi bayırdan da qaldıq kənarda.

Əqli-küll əmrində yol tapdı sənə,Cürəti olmadı baxa üzünə.

Gündüzdən qaranlıq gecələrədək -Hər şey rəhmətinə möhtacdır gerçək.

Sənsən dəyişdirən hər vəziyyəti,Kimsənin bu işə çatmaz qüdrəti.

Sənsiz yaxşı yoxdur, olmaz yaman da,Sənsiz yaşayarmı bir şey cahanda?

Ləlin atəşini, od rəngli ləliAlıb daşa verdi qüdrətin əli.

Bu dünya, dünyanı hərlədən fələkHay çəkər qapında hər zaman qultək.

Pərdənin nəqşini hamı əks edər,Əsil iş sənindir, bunlar bəhs edər.

Ulduz nə yaxşılıq, nə qan eyləyər,Onları da işin heyran eyləyər.

Əgər eyləsəydi ulduz ömrü şad,Onda hər münəccim olub Keyqubad,

Səadət içində sürərdi dövran.Kim var ulduzları tanıyanlardan

Qiyasla xəznənə yol tapıb vara?Verdin öz əlinlə nemət onlara,

O adamlara ki, beşcə ÜlkəriYeddidən ayıra bilməz hünəri.

İzlədim yolunu səyyarələrin,Nə ki elmlər var, gizli və dərin

Oxudum, xəbərdar oldum da, vardım,Varlıqlar sirrini yer-yer axtardım.

Səni tapan kimi yumdum kitabı,Hamının sənədir gördüm xitabı.

Sənsən, hər varlığın içində sənsən,Bütün canlılara həyat verənsən.

Yetişir sayəndə çörəyə insan,Sən ucalt başımı, böyük Yaradan!

Məni bir gün belə sən ac eyləmə,Özgə qapısına möhtac eyləmə.

Ruzidən ödəyən sənsən xilqəti,Ancaq özün yetir mənə neməti.

Ağlım şey kəsəli mən səhv etmədim,Sənin dərgahından kənar getmədim.

Qapıma yolladın nemətimi sən,İstəməmiş verdin qismətimi sən.

Qocalmışam sənin öz astananda,Yetiş imdadıma qorxunc zamanda.

Bu sözlər xətadır, bu nədir, aman,Sən mənimsən, demək, mənimdir cahan.

Sərgərdan qoymuşdur bu dünya məni,Sən xilas edənsən, qurtar bəndəni.

Kimin qapısında töküm göz yaşı,Hamının sayəndə ucalır başı.

Nə qədər örtülü sirlər vardır,Səndən gizli deyil, bu, aşikardır.

İnsanın məqsədi məlumdur sənə,Yetir arzusunu sən də yerinə.

Çatdırmasan məni bu arzuma sən,Səndən də qərəzsiz yaşayaram mən.

Səndə axtardığım istək yaxşıdır,Sənə könül açıb demək yaxşıdır.

Sirri desəm yada, eylər xar məni,Səninlə danışmaq ucaldar məni.

Sən, ey Nizamini bəsləyən Allah,Qovma ki, qapına gətirmiş pənah.

Ucaltsın başını ilahi qüdrət,Şadlıq tacı geysin ondakı himmət.

İşləri nizama düşsün, var olsun,O, dərvişdirsə də, tacidar olsun.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets