Töhfətül-məcalis kitabında yazılıb ki, ziyarətə getmək insanın özü ilə deyil, qismət ilədir. Yə’ni kimə qismətdir, imam onu çağıracaq, kimə qismət deyil, canı çıxsa da ziyarətə çata bilməyəcəkdir.

Kitab sahibindən təvəqqe edirik ki, bizi bağışlasın, bir az səhvi var. Ziyarətə getməyin bir üsulu vardır ki, ibarət olsun «açığnan» getməkdən.

Bunu mən yaxın vaxtlarda bilmişəm, əhvalat bu qərarilədir:

«Qurtqapan» kəndində bir allah bəndəsi var, adı Məşədi Abdulladır. Həmin Məşədi Abdulla bir kasıb adamdır, sənəti də kərpic kəsməkdir. Qışda mənə bir neçə min kərpic lazım oldu, Məşədi Abdullaynan danışdıq ki, bayramdan on gün gedəndən sonra gəlsin bizim həyətdə kərpic kəssin. Sonra eşitdim ki, Məşədi Abdulla gedib Məşhəd ziyarətinə. Bu günlərdə dedilər ki, Məşədi Abdulla ziyarətdən qayıdıb. Adam göndərdim ki, ustanı çağırsınlar gəlib kərpici kəssin. Göndərilən adam cavab gətirdi ki, Məşədi Abdulla genə gedib Məşhədə ziyarətə. Mən inanmadım, çünki bu rəhmətliyin oğlu axı ziyarətdən təzə gəlmişdi. Mən özüm getdim ki, görüm nə işdir və Məşədi Abdullanın qardaşı Məşədi Rəmazana rast gəldim və işin həqiqətini öyrəndim.

Mə’lum oldu ki, Məşədi Abdulla bu dəfə məhz açığnan ziyarətə gedib. Səbəb də bu olub ki, ziyarətdən qayıdıb gələndən sonra, Məşədi kəmə’tiqad müəllim Mirzə Cəlilə rast gəlib. Mirzə başlayıb Məşədi Abdullanı məzəmmət eyləməyə ki, sən nə eyləyirdin məşədi ola-ola ziyarətə getməyi və kasıb adam ola-ola, evladının və əyalının ruzusunu İran tamojnalarına səpirdin»? Qoçum Məşədi Abdulla bu məzəmmətin qabağında müəllim Mirzə Cəlilə cavab verib ki; sən ki, belə deyirsən, mən də açığnan genə gedəcəyəm ziyarətə.

Dedi də, üç gündən sonra getdi də.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Tarixi ziyafət

Bu gün Gəncədə verilən ziyafət tarixi bir ziyafət idi. Bu gün Fəxrəddin Azərbaycan ordusu ilə bərabər Cənubi Azərbaycana yola düşəcək idi. Bu ziyafətin ikinci əhəmiyyəti Bağdaddan Fəxrəddinin anasının görüşünə gələn Dürrətülbağdadın ziyafətdə iştirak etməsində idi.Ziyafətdə Dürrətülbağdadın tərbiyə etdiyi Süsən və Fənhasın tərbiyəxanasında İbrahim Müvəssil tərəfindən yazılmış musiqi dərslərini keçmiş Dilşad xanım iştirak edəcəkdilər.

7 min
Bağdad və Həmədan üzərinə

Ziyafətdən on gün keçirdi. Aranın hər tərəfindən Gəncə altına yığılmış ordu hərəkət edəcəkdi. Əlli mindən ibarət olan ordu iki hissəyə bölünüb birisi Naxçıvan, o birisi də Xudafərin körpüsü vasitəsilə Araz çayını keçib Təbrizə gedəcəkdi.Seyid Əlaəddin iyirmi beş min nəfərlə Naxçıvana gedib, oradan yığılan atlıları özü ilə bərabər götürmək üçün iki gün əvvəl Arandan hərəkət etmişdi. Fəxrəddin isə iyirmi beş min nəfərlə Qarabağ qoşununu götürüb Qaradağ-Əhər yolu ilə Təbrizə girəcəkdi.

17 min
Qətibənin sürgün edilməsi

Qızıl Arslan ciddi işlərə başladığı zaman Qətibə birinci olaraq etiraza başladı, Toğrul isə heç bir söz danışmırdı, çünki başında olanların hamısı saraydan və Həmədandan uzaqlaşdırılmışdı.Qızıl Arslanın verdiyi əmr üzərində Fəxrəddin paytaxtın müdafiə qoşununa rəis təyin olundu. Qətibə bununla Fəxrəddinin Həmədanda həmişəlik oturacağını görürkən acıqlandı və Qızıl Arslana belə bir məktub göndərdi:

5 min
Hüsaməddinin həbsxanadan qaçması

– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.

17 min

Poems by other poets · Satire