Aprel günəşi məndə bir düşüncə yaratdı,O düşüncə fikrimi işıq aləmə atdı.Mən günəşin nurundan zərrin qanad alınca,Qanadlanıb uçaram bir yenilik dalınca.

Quşlar nəğməyə başlar, ruzikarlar tar çalar,Şadlığından qönçələr köynəyini parçalar.Bağçalar qurtarınca qışın əsirliyindən,Körpə otlar qol açar beşiyinin içindən.

Halələrdən rəng alır çiçəklərin çöhrəsi,Hər quşun dodağında böyük bayram nəğməsi,Bu nəğmədir şe’rimə ilham verən, can verən,Bu nəğmədir həyatın damarına qan verən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring