İran Şimal neftinin imtiyazını on milyon dollar istiqraz şərtilə Sinkler kompaniyasına vermişdir.

Bir yaxşı parlaman düzədib bəxtəvər İran
Hər müşkülə bir anidə surət çəkər İran.

Bir öylə parlaman ki, sevər sülh-səlamət
Açmaz gözü çeşmində əgər qopsa qiyamət
İranlıda əz bəski təbiidi bu halət
Xilqətdə yaranmış deyəsən kur-kər İran
Zatində qul olmağı sevir sərbəsər İran.

Bir əngəl ikən neft Cənub işləri hala
Bir öylə ölüm qıldı Şimalında müəyyə
Yazdıqlarımı kəndinə aldırmayır əsla
Yorğanı salıb başına xorna çəkər İran
Durmaz yuxudan olsa əgər min səhər İran.

Öldüsə vətən, neft işi yetdikdə təmamə
Əlminnətilləh ki, papaq düşdü nizama
Tehrandakılar bir kazirok verdi əvamə
Başsız papaq axtarmadadır dərbədər İran
Doğdu özünə axırı bir çanəvər İran.

Satmaqda görüb məmləkətin sülh-səlahın
Hər gün oxudar bir kişiyə əqd nikahın
İranlı təbiətdə qazanmış bu günahın
Hər gün özünə tapmadadır birçə ər İran
Bilçümlə xorasanlı imiş bəxtəvər İran.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Kəhran qalası

Qızıl Arslan Qətibəni Təbrizə köçürəndən sonra Həmədanda belə bir şayiə gəzirdi:Qızıl Arslanın Qətibəni Təbrizə köçürüb Təbriz saraylarında yerləşdirməsinə Həmədanda olan Azərbaycan qoşunu və qoşunun sərkərdələri Fəxrəddin və Seyid Əlaəddin müsbət nəzərlə baxmayır. Onlar Toğrulu Savə şəhərindən Həmədana çağırıb öz taxtına əyləşdirmək istəyirlər.

13 min
Eşqnamə

“O mənim rəhmətlik atamın sərkərdəsidir, onun öz ağasına nə qədər dərin bir sədaqət bəsləməsini bütün Azərbaycan xalqı bilir. Hüsaməddinin adı çəkilən zaman Araz üsyançıları təslimin qapısını axtarardı. O, bir ilin müddətində doqquz üsyan boğmuşdu. Mən Atabəy sarayını ancaq ona əmin ola bilərəm”.Qətibə bu kimi sözləri hər gün təkrar edirdi, lakin Qızıl Arslan onların heç birisinə əhəmiyyət vermirdi. O, heç bir zaman Hüsaməddini Qətibənin tələb etdiyi mərtəbəyə qaldırmaq istəmirdi. Çünki Hüsaməddini nə özü sevir, nə də Azərbaycan xalqı sevirdi.

26 min
Kür çayı kənarında

Qızıl Arslan Kür çayı kənarından Nizamiyə yazdığı məktubunda bunları qeyd edirdi:“Möhtərəm şairin Təbrizə gəlməsini bir neçə dəfə arzu etmişdim. Vəliəhd Gəncə səyahətinə getdiyi zamanda da ona bu barədə tapşırıq vermişdim, nədənsə şair bu təkliflərin hamısına cavab olaraq Gəncədən ayrılmaq istəmədiyini bildirmişdi. Nəhayət, mən şairin ziyarətinə gəlməyi qərara aldım. Vəliəhd sizin ziyarətinizdən unudulmaz xatirələrlə Təbrizə qayıtdı, ümid edirəm mənim bundan sonra görəcəyim işlər və həyata keçirdiyim islahat da möhtərəm şairdə tarixi xatirələr yaradacaqdır. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. Lakin Toğrulun buraxdığı xərabəlikləri islah etmək üçün çox zaman işləmək lazım gələcəkdir.

26 min
Ölüm

Azərbaycan qoşununun son dəstələri Həmədanı buraxıb gedən günü, Qızıl Arslanın qoca vəziri Şəmsəddin ibn Məhəmməd də vəzirlik işlərini Müzəffərə təhvil verib bitirmişdi.Ordu Təbriz darvazasından çıxıb şimala yola düşdüyü anda, Şəmsəddinin taxt-rəvanı da Bağdad darvazasından çıxıb cənuba doğru gedirdi, çünki o, Qızıl Arslanın əmrinə binaən Atabəy məmləkətinin xaricinə çıxmalı və həyatının son illərini Nəcəf şəhərində Əlinin türbəsi ətrafında keçirməli idi.

21 min

Poems by other poets · Satire