Amerika Fransadan borclarını tələb edir. İngilislər də bu haldan sevinirlər.

Kəndini iflasdan qeyrətlə «azad» etdiyin
Qonşunu küldürməsinmi bunca bir ad etdiyin?

Öylə zənn etmə ki, mən külməkdəyəm iflasına
İngilis xalqı təmamən müntəzirdir yasına
Hər nə isə əncümən bir möhrə saldı tasına
Kəndini bərbad qıldı nemsi bərbad etdiyin
Qonşunu küldürməsinmi bunca bir ad etdiyin

Bir düşün kimdəndir ibraz etdiyin son bir zəfər
Öz küçünlə yoxsa bildin məhv edilmiş nemslər?
İndi ki, məğrursan, dinlə deyim tək bir xəbər
Özkənin zövgilədir kəndini damad etdiyin
Qonşunu küldürməsinmi bunca bir ad etdiyin

Az qalıbdır borclular dartsın ayağından tuman
Sən Lehistanə yenə imdad edirsən son zaman
Yüz franqa vermədikdə ölkədə bir loqmə nan
Gülməyə layıq deyilmi Fasda bidad etdiyin?
Qonşunu küldürməsinmi bunca bir ad etdiyin.

Ver görək hər nə varınsa mərhəmətsizdir fələk
Bir sümük qapdıqda belə olmayır rahat yemək.
Borclusan ver! Biçarələrdən nə şikvə eyləmək?
Pul yoxunsa əldə kər, biçadı fəryad etdiyin
Qonşunu küldürməsinmi bunca bir ad etdiyin.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İntibahnamələr

İntibahnamələrin xalq tərəfindən nə cürə qarşılandığı hər kəsi maraqlandırırdı. Yoldaşlardan bir neçəsinin fikrincə, Səmədxanın bu qədər təzyiqini görən və çar kazaklarının ayağı altında əzilən xalq bir daha inqilab adını çəkən intibahnamələrin ətrafına dolanmaq istəməyəcəkdi.Biz bu fikrin nə qədər doğru olub-olmamasını yoxlamaq üçün şəhərə çıxdıq. İntibahnamələrin daşdan tikilmiş mağazalar ətrafında yapışdırıldığını bildiyimiz üçün yolumuzu o tərəflərdən saldıq.

17 min
Nizamüddövlə bağında

Səhər saat 11-də Hacı Səmədxanın faytonu qapımızda dayandı. Faytonla gələn Hacı Səmədxanın əmisi oğlu Mahmud xan, bir də onun silahlı nökəri idi.Mahmud xan içəri girməyə icazə istədi və Hacı Səmədxanın yazdığı məktubu verdi.

16 min
Şümşad xanım

Bir tərəfdən Mahmud xan Nina ətrafında hərlənir, sərdar Rəşid və İraida ilə əlaqəyə girir, o biri tərəfdən də Rəfizadə və Şümşad xanım amerikalı qızın ətrafında dolaşırdı.Nina məsələsi aydın idi: mən Mahmud xan ilə qarşı-qarşıya gəlmək məcburiyyətində idim. Bu barədə mən nə Səmədxanın, nə çar konsulunun mənə qarşı dostluq əlaqəsinə arxalana bilməzdim, çünki bunların hər ikisi üçün Mahmud xan məndən daha əhəmiyyətli və daha yüksək adam idi.

26 min
Mahmud xan

Mahmud xan gündüzlər sərdar Rəşid və İraida ilə Ninanı əldə etmək planlarını birlikdə müzakirə etməkdə, gecələr isə qaraçı məhləsindəki fahişəxanada oturub amerikalı qızın yolunu gözləməkdə idi.Mahmud xanın məni Təbrizdən rədd etmək planları və tamamilə də olmasa, mənim üçün qismən aydın idi. O mənim haqqımda nə konsula, nə də Hacı Səməd xana bir söz deyə bilməyəcəkdi, çünki onların heç birisi buna razılıq verməzdi. Onun yeganə çarəsi məni məhv etməkdi.

7 min

Poems by other poets · Satire