Page 1 of 3

Culfadakı yoldaşların vəziyyəti Təbrizdəki yoldaşları həddindən artıq düşündürürdü. Onları heç vəchlə çar )andarmının əlindən qurtara bilməyəcəkdik. Təbrizdən Culfaya gedib-gəlmək də asan deyildi. Culfaya getmək üçün çar konsulxanası və yaxud hərbi idarə— lərdən vəsiqələr almaq lazım idi. Buna görə də konsula vəsiqə üçün müraciət etməyi qərara aldım.

İki gündən sonra çar konsulunun bizə göndərdiyi vəsiqədə yazılırdı:

cƏbülhəsənbəy cavahirfüruş və onun şəriki Ağa Əsəd Tütünçüoğlu öz ticarət işlərinə baş çəkməkdən ötrü Culfaya gedirlər. Əbülhəsənbəy və ağa Əsəd çar konsulxanası himayəsində olduqları üçün hərbi idarələrin onlara hər barədə kömək göstərmələri rica olunurə.

Mən Culfaya getmək üçün bu vəsiqələri alan kimi daha Təbrizdə dayanmadım. Heç bir kəsə bildirmədən getməyə hazırlaşdım, çünki casuslar Təbrizdən kənara çıxan və Təbrizə girən müsafirlərin hamısını təqib edir, nə üçün gəlib, nə üçün getdiklərini öyrənirdilər. Konsulxanadan əlimizdə vəsiqə olduğuna baxmayaraq, yenə də ehtiyatlı hərəkət etməli idik, çünki necə ki, konsulxana, elə də hərbi dairələr vəsiqə verdikləri adamları da yoxlayırdılar. Bunun üçün də Nina:

– Sən bu cür işlərə qarışma, özün bilirsən ki, təhlükə bizim ətrafımızda gəzir, hərgah biz özümüz də təhlükəyə yaxın getməyə çalışsaq, onda axırımız necə olar? – dedikdə mən:

– Bu səfərdə təhlükə bizi yaxalasa belə, yenə də bir nəfər qazanırıq, – dedim. – Mən tutulsam da, iki nəfər yoldaşı qurtara- «ağam.

Nina cavab vermədi, çünki o, belə hadisələrlə məni qorxutmaq istəməzdi.

AL!

Culfaya getmək üçün danışdığım maşın səhər saat altıda yola düşəcəkdi. Nina ilə vidalaşıb maşın duran karvansaraya qədər faytonla getdim. Sərnişinlər oraya yığılmışdı, mən, bir də konsulun mənə tapşırdığı naməlum rus qızı yubanmışdıq. Mən gəldikdən sonra sərnişinlər artıq rus qızını gözləmək istəmir, hamısı bir ağızdan maşın sahibinə müraciət edərək deyirdi:

– Sürün gedək, bu qədər adam bir rus matuşkasının məəttəlidir. Heç dəxli var?

Bu sözlərə maşın sahibi cavab vermirdi, o, papirosunu çəkir və maşını təmizləyirdi. Mən də durub içində öz vəziyyətimə gülürdüm: bir dəfə də olsa mən bu yolu qadınsız getməmişdim. İndi düşünürdüm ki, bu qəribə sərgüzəştimi bir nəfər tanışa nağıl etsəm, yaxud bir kitab və yainki bir səyahətnamə şəklində yazsam, mənə güləcəklər və bu sərgüzəştlərimin uydurma olduğunu üzümə söyləyəcəklər.

Eyni zamandə məni bu təsadüflər o qədər də düşündürmürdü, çünki 1909-cu illərdən başlayaraq, Culfa-Təbriz arasında o qədər qadın gedib-gəlirdi ki, hər bir müsafir bu cür qadınlara dəfələrlə təsadüf edə bilərdi.

Lakin konsulun mənə tapşırdığı və «gözün üstündə olsun? – deyə təkrar etdiyi bu rus qızı nə Nina, nə də miss Hannaya bənzəməzdi., Bu qız mənim üzərimə təyin olunmuş bir casus ola bilərdi. Bunun üçün də bu son tanış olacağım qadın məni o qədər də maraqlandırmırdı.

Danışıqlar və narazılıqlar davam edirdi:

– Belə də biabırçılıq olar?1

– Bir matuşkadan ötrü yolumuzdan qaldıq...

– Ana, əslinə baxsan bizi adam hesab eləmirlər.

– Görünür ki, maşın sahibinin adamıdır.

– Gəlsin görək sir-sifəti necədir?

– Necə olacaq? Yüzlərcəsi necə, bu da onların birisi!

Maşın sahibi danışıqların məzmununu az da olsa anlayırmış, buna görə də gülərək, mənə tərəf döndü:

– Bilsələr ki, nə cürə qızdır, heç də yubanmağından narazı qalmazlar. Lakin onu da demək lazımdır ki, bu ağaların özlərindən şey alanda bir şahıdan keçməzlər. Amma deyirlər ki, «sür gedəkə.. Mən gərək bunların xatiri üçün on beş tümən puldan əl çəkim, – dedikdə mən:

– Əhəmiyyət verməyin! Görünür ki, yubanan müsafir o qədər də adi bir müsafir deyil, onu cənab konsul da mənə tapşırmışdır. Nə olar, bir az gözləmək lazımdır, – deyib yenə də fikrə getdim.

İndi də belə düşünürdüm:

«Mənim tanışlarımdan əvvəla Mərənd poçt-teleqraf rəisi Müqimüddövlə, ikincisi Culfa poçt-teleqraf şöbəsi rəisi Şükrulla xan, Mirzə Hüseyn (Dəxil), Mirzə Mahmud xan (Qərə) və sairələri məni üçüncü bir qızla görəndə heç şübhə yoxdur ki, mənim bir qadın düşkünü olduğumu zənn edəcək və işimin Culfadan Təbrizə, Təbrizdən Culfaya qadın müsafirlərini istiqbal və müşayiət eləmək olduğunu deyib güləcəklərə.

Hər halda mən özüm də müsafir qızı səbirsizliklə gözləyirdim, çünki özümə əmanət tapşırılan bu qızı heç vaxt görməmişdim.

Rus qızı gəldi. Onun çamadanını bir nəfər rus soldatı götürmüşdü. İndiyə qədər qızı gözləmək istəməyən müsafirlərin hər biri qızı öz yanında oturtmağa çalışırdı, çünki rus qızı həm gənc, həm də gözəl idi.

Maşın sahibi qızı tacirlər oturan sıra yerlərdə oturtmadı. Maşının girəcəyində olan iki adamlıq yerin birisini qıza verdi və sonra da mənə müraciətlə:

– Zənn edirəm ki, bu yer çox rahatdır, siz də xanım qızla bərabər oturunuz, – dedi.

Mən keçib oturdum. İranlı libasında deyildim, tacirlər məni müsəlman hesab etmirdi. Buna görə də mən qızın yanında oturduqda onlar cürbəcür ədəbsiz və cəmiyyətə layiq olmayan sözlər danışırdı.

Maşın hərəkət etdi, hələ Acı körpüsünə çatmamış Əmir kanvarsarasının qarşısında yerləşən soldatlar bizim vəsiqələrimizi yoxladılar. Biz Acı körpüsünü keçib şose yolu idarəsinə çatana qədər iki yerdə vəsiqələrimizi gözdən keçirdilər. Mən yanımda oturan rus qızının vəsiqəsini ikinci göstərişdə öyrəndim. Qızın vəsiqəsi Təbriz çar konsulxanası tərəfindən verilmişdi, qızın adı və familiyası isə: Kseniya Pavlovna Bereinyova idi.

Danışmırdıq, ancaq üç nəfər tacir ağzına gələni danışırdı. Onlar qızı və məni rus bildikləri üçün ədəb dairəsindən kənar bir çox söhbətlər aralığa atırdılar. Qadınların şəxsiyyətinə və şəhvətə dair sözləri isə bəzən farsca danışır və gülüşürdülər.

Ara-sıra eşitdirmək üçün ikinci Nikolayı tərifləyir və onun rəiyyətpərvər bir padşah olduğundan dəm vururdular. Maşında gedənlərin hamısı bir-birini çar agenti hesab edirdi. Siyasi və iqtisadi söhbətlərin hamısı ağızdan ölçülüb, biçilib çıxarılırdı. Şose yolu idarəsi qarşısında vəsiqələrə bir daha baxdılar. Rus qızı vəsiqəsini göstərib redikülünə qoyduqda gülərək:

– Vəsiqələrə o qədər çox baxırlar ki, adam az qalır onları başına və yainki döşünə taxsın, – dedikdə mən:

– Qaydası belədir, – dedim. – Madam ki, olduğumuz yer düşmən məmləkətlərə yaxındır, o zaman hərbi dairələrin gəlib-gedənlərə diqqət verməsi lazımdır.

Sofiyan kəndinə qədər heç bir söz danışmadıq. Qıza göz qoymuşdum, o, danışmaq istəyirdi, hövsələsi darıxırdı, bu uzun yolu getmək üçün məşğuliyyət axtarırdı, bu da ki, mümkün deyildi, danışmaq üçün özünə və başqalarına zərər verməyən müəyyən mövzu axtarmaq lazım idi.

Qız artıq sakit dura bilmirdi. O da görünür ki, məni danışdırmaq və kim olduğumu öyrənmək istəyirdi, Bir kərə:

– Saatınız neçədir? – dedi. Mən də:

– Saat səkkizin tamamına beş dəqiqə qalmışdır, – dedim, məsələ bununla bitdi.

Bir saat daha yol getdik. Nəhayət, o, geniş söhbət üçün başqa bir mövzu tapdı, soruşdu:

– Siz Təbrizdən həmişəlikmi gedirsiniz?

– Xeyr, – dedim, – həmişəlik getmirəm, bir neçə gündən sonra yenə də qayıdacağam. – Uzunmu çəkəcəkdir?

– İşimin düzəlməsinə baxır. İşim düzələrsə, üç gündən sonra qayıda bilərəm. Hər halda peyğəmbərlik etmək yaxşı deyil,

– Tacirsinizmi?

– Adlı-sanlı tacir deyiləm. Az bir ticarətim vardır, baş dolandırmaq və möhtac olmamaq üçün.

– Ticarətiniz nədir?

– Ticarətim cavahir, daş-qaş satmaqdır. İndisə bu mümkün deyil, çünki Avropa ilə əlaqəmiz yoxdur. Yaxşı daşları Fransadan, İtaliya və Hollandiyadan alırdıq. Müharibə olduğu üçün də bu yerlərlə əlaqə saxlamaq mümkün deyil, hələlik Culfada müxtəsər bir alacaölm var, onun üçün gedirəm.

Qız bir az düşündükdən sonra:

– Dünyada yaşamaq üçün cavahirfüruş olmaq, insanların birindən o birisinə fərq qoymağı öyrənmək lazımdır, – dedi. – Təəssüf olsun ki, bu da hər kəs, xüsusən uşaqlıqdan gəncliyə təzə-təzə ayaq qoyan adamlar üçün heç də mümkün deyildir.

Mən qızın qəlbində müəyyən şəkil verə bilmədiyi bir sirrin olduğunu dərhal hiss etdim. Cavahir mövzusunun üzərində dayanmaq istədim və kədərli bir halda:

– Ah, gənc xanım, - dedim, - bir daşın qəlbində gizlənən brilyantı zərrəbin vasitəsilə görmək çox asandır, lakin insanın qəlbindəkiləri öyrənmək üçün hazırkı elmlər və fənlər kifayət deyildir. Həm də insan bir daş deyil ki, qiymətli daşlarla müqayisə edilsin. Biz insanlar bir-birimizi öyrənə-öyrənə qocalırıq, yalnız biz deyil, filosoflar belə təbiətin bu mürəkkəb məhsulunu öyrənmək işində savadsız bir məktəb tələbəsi kimi durub gözlərini döyür. Hazırda şəxsən mənim özüm həyatda bədbinliyə düşməmək üçün bir vasitə axtarıram. Hələlik başqasını öyrənməkdən qabaq özümü öyrənirəm. Mənə belə gəlir ki, mən nəyəmsə, başqası da az və ya çox bir fərqlə ondan ibarətdir. Doğrudur, insanlar bir-birinə oxşamırlar, onlar bizim nəzərimizdə xasiyyət cəhətincə də fərqli görünürlər, lakin onların xasiyyətində ümumilik çoxdur. Yalnız adamlar deyil, kainatda gördüyümüz şeylərin hamısı belədir. Onların növü və cinsi zahirdə fərqli görünür, onlar zahiri görünüşləri etibarı ilə o qədər çoxdur ki, saymaqla bitmir, hətta bizim düşüncəmiz də bəzən onları əhatə etməkdən aciz qalır. Təbiətin yaratdıqları hər bir şey qarmaqarışıqdır. Səthi bir nəzərlə baxanda təbiətin yaratdıqlarında ahəng və intizam da yoxdur, lakin təbiətin bu qədər qarmaqarışıq hadisələrini bir elm əsasında tərtibə saldıqda və onları təbəqələrə ayırdıqda görürük ki, bu qədər qarmaqarışıq şeylərdə ümumi və təbii bir münasibət vardır. Gözəl qız, insanlar da belədir, onlarda da bir-birinə ümumi və təbii bir münasibət vardır. Buna görə də mən əvvəlcə özümü öyrənməyi qərara almışam. İnsanlara qarşı munasibətimi, dünyaya baxışımı, özümün nə kimi bir qabiliyyətə malik olduğumu öyrənirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XLV

Dünyada elə bir insan yoxdur ki, onun həyatında müəyyən bir roman olmasın. Xüsusən davam etdiyi hər gündə minlərcə roman materialları yaradan dünya müharibəsi zamanı, insanları romanda təsvir edilməyəcək dəhşətlər bürümüşdü.Leylanın romanının tiplərindən biri Hindistan şahzadəsi Bahadır xandır.

1 min
Böyük quruluşda

(Səkkiz pərdəli dram əsəri)*Əsərdə iştirak edənlər

1 min
Birinci pərdə

Səhnə. Kaspi dənizinin kənarıdır. Ay çıxır, pərdə açılmadan uzaqdan avtomobil motorunun səsi eşidilir. Pərdə qalxarkən bir maşın görünür.*Şofer** — *(Kabinədən düşərək qapını açır)* Möhtərəm vətəndaşlar, təəssüf edirəm ki, sizi burada buraxmalı olacağam. Zəhmət çəkib maşından düşün.

7 min
İkinci pərdə

Qoca mühəndis Mirzə Əhmədin mənzilidir. Onun qızı mühəndis Dilbər əlində portfel gəlir, üst libaslarını çıxarıb şkafdan asır, pəncərənin qarşısına gəlib dışarı baxır.*Dilbər** — İntizar çəkənlər xəyalpərəst olurmuş, çox doğru və yerində deyiblər. Dünən axşamdan bəri xəyalımdan nələr gəlib keçmədi? Bilmirəm onun başında nə hadisə var. *(Fikrə gedir)* Ah, heç bilmirəm nə üçün onun gəlməsilə maraqlanıram?! Kim bilir bəlkə də o öz Firəngizi ilə bərabər gəlir. *(Portfelindən telegram çıxarıb baxır).* Şübhəsiz ki, o tək gəlmir, telegramda yazır ki, «gəlirik» *(Başını tutub otağı dolaşır).* Ah, nə qədər acı təsəvvürlər. Altı ildir bu təsəvvürlər bir ilan kimi mənim qəlbimə sarılmış. *(Pəncərənin qarşısına gedir və öz-özünə danışır):* Yox, bu yaramaz, mən qısqanırmışam. Qoy onlar xoşbəxt yaşasınlar.

15 min

Poems by other poets