İcmali-kar, şəhri-cəmadi-əvvəl

Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Kür çayı kənarında

Qızıl Arslan Kür çayı kənarından Nizamiyə yazdığı məktubunda bunları qeyd edirdi:“Möhtərəm şairin Təbrizə gəlməsini bir neçə dəfə arzu etmişdim. Vəliəhd Gəncə səyahətinə getdiyi zamanda da ona bu barədə tapşırıq vermişdim, nədənsə şair bu təkliflərin hamısına cavab olaraq Gəncədən ayrılmaq istəmədiyini bildirmişdi. Nəhayət, mən şairin ziyarətinə gəlməyi qərara aldım. Vəliəhd sizin ziyarətinizdən unudulmaz xatirələrlə Təbrizə qayıtdı, ümid edirəm mənim bundan sonra görəcəyim işlər və həyata keçirdiyim islahat da möhtərəm şairdə tarixi xatirələr yaradacaqdır. Şükür olsun ki, hazırda ixtiyar əlimizə keçmişdir. Lakin Toğrulun buraxdığı xərabəlikləri islah etmək üçün çox zaman işləmək lazım gələcəkdir.

26 min
Ölüm

Azərbaycan qoşununun son dəstələri Həmədanı buraxıb gedən günü, Qızıl Arslanın qoca vəziri Şəmsəddin ibn Məhəmməd də vəzirlik işlərini Müzəffərə təhvil verib bitirmişdi.Ordu Təbriz darvazasından çıxıb şimala yola düşdüyü anda, Şəmsəddinin taxt-rəvanı da Bağdad darvazasından çıxıb cənuba doğru gedirdi, çünki o, Qızıl Arslanın əmrinə binaən Atabəy məmləkətinin xaricinə çıxmalı və həyatının son illərini Nəcəf şəhərində Əlinin türbəsi ətrafında keçirməli idi.

21 min
Sevgi və zəhər

Atabəy Məhəmmədin mələkəsi Qətibənin Təbrizə gəlmək xəbəri Azərbaycan hökuməti dairələrində o qədər də səmimi qarşılanmadı. Lakin Əbubəkr rəsmi olaraq Qızıl Arslan sarayında lazımi hazırlıq görülməsinə əmr vermişdi. İstiqbal mərasimi isə düzəldilməmişdi. Qətibə bunu heç bir vaxt xəyalına gətirmirdi, o, özünün Təbriz altında əyan və ruhanilər tərəfindən qarşılanacağına inanırdı. Lakin o, Vasmınc şəhərinə yetişdiyi zaman özünün arzularından bir əsər qalmadığını gördü. Bir nəfər də olsa istiqbala çıxan yox idi. Buna görə də onun qafiləsi Vasmıncda bir gün qalmaq və mələkənin şəhərə yaxınlaşdığını vəliəhdə xəbər vermək qərarına gəlmişdi. Bir gün əvəzinə Vasmıncda iki gün oturdular, lakin istiqbala çıxan olmadı. Nəhayət, onlar şəhərə gecə vaxtında girmək üçün Vasmınc şəhərindən çox təxirlə çıxdılar və gecədən çox keçmiş şəhərə girdilər.Qətibənin qafiləsini Qızıl Arslanın sarayının qarşısına qədər küçə dilənçiləri ilə bazar qarovulçuları müşayiət etdi.

31 min
Son müharibə

Qətibə Təbrizdə müvəffəqiyyət qazana bilmədi, zəhər hadisəsində öz-özünü tamamilə ifşa etdi. Eyni zamanda o, Təbrizdən Həmədana qayıda da bilmədi. Çünki, Qızıl Arslanın qətl edildiyi xəbəri qonşu məmləkətlərə yayıldıqdan sonra, Bağdad və İraq ordusu iranlılarla birləşərək Azərbaycana hücum etməyə başlamışdı. Buna görə də Qətibə Təbrizdən heç bir kəsə xəbər vermədən Rey tərəflərinə qaçdı.Azərbaycanın vəziyyəti qorxulu idi. Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlilər, iraq və iranlıların işğalı altında idi.

35 min

Poems by other poets · Satire