Hacı Səməd xana məktub
Mən:
– Konsulun Hacı Səməd xanla əlaqəsi yaxşılaşmışdır, – dedim.
– Bu da onu göstərir ki, sərdar Rəşidin Təbriz hakimi təyin edilməsi təxirə düşmüşdür.
Nina məndən soruşdu:
– Bunu haradan bilirsən? Bir vəsiqə vardırmı?
– Bu gün də konsul Nizamüddövlə bağına getmişdi. Onun Səməd xanı tez-tez ziyarət etməsi, səhhətini soruşması, keçmiş sıxı əlaqəni təzədən bərpa etmək istəməsinə işarə deyildirmi?
– Yox, məsələ başqa cürdür. İngilislər hələlik Fərmanfərmanı Təbrizə hakim təyin eləmək iddiasındani əl çəkməmişdi. İran hökuməti də sərdar Rəşidin əleyhinədir. Onlar ingilislərin sərdar Rəşid əleyhinə olduğundan da istifadə edir. İşlər düzələnə qədər çar konsulunun əmrlərini yerinə yetirmək üçün adam lazımdır. Səməd xan isə öz siyasi xəstəliyindən durmaq istəmir, çünki o öz aqibətini görür. O bilir ki, Tehran səfirləri onun yerinə adam axtarır. Buna görə də konsul onu ayağa qaldırmağa və işləri idarə etməyə dəvət edir və buraxılan şayiələrin əsilsiz olduğunu söyləyir.
Nina bunu deyərək bir iş qovluğu çıxardı və:
– Bunları oxu! – dedi.
Aprel ayının axırlarında Dilman şəhərində yerləşən 7-ci nişançı alayının soldatı Tinçenko yerli qadınlardan birisinə təcavüz etmək istərkən, qadının əri və onun qohumları soldatı döymüş və yaralamışdır.
Xoy konsulu Çerkov bu məsələni böyütmüş və bunu İran işlərinə müdaxilə aləti qayırmaq üçün hadisənin rus ordusuna silahlı bir hücum şəklində qələmə vermişdir.
Bu hadisə rəsmi məktub və teleqramlarla Tehran və Peterburqdan başlayaraq Tiflisə və sair konsulxanalara da bildirilmişdir. Xoy və Dilman şəhərində yerləşən rus ordusunun baş komandanını Vorontsov-Daşkov bir teleqram göndərərək soldatı döymüş, dörd iranlinin xalqın gözü qarşısında güllələmək lazım olduğunu bildirmişdir.
Bu teleqramdan sonra Vorontsov-Daşkov Peterburqa xariciyyə naziri Sazonova aşağıdakı teleqramı göndərir:
“Qafqaz canişinindən xariciyyə nazirinə 3614 nömrəli teleqram:
Vəzirlər şurası sədrinə teleqram edirəm:
Bu il aprel ayının axırında, Dilman şəhəri əhalisi tərəfindən 7-ci nişançı alayının qarovulda duran Timçenko adlı nəfəri ölümcül yaralanmışdır. Konsul Çerkovun apardığı tədqiqat nəticəsində dörd nəfər iranlının hərbi səhra məhkəməsinə verilməsi lazım görülmüşdür. İranda silahlı rus qüvvələrinin baş komandanı general Voroponov da bunu məsləhət görməkdədir. Bunların cinayət məhəllində mühakimə olunmaları camaat arasında lazımi təsir bağışlaya bilər. Bunun üçün də general Voroponova məndən icazə istəmişdir.
Qraf Vorontsov-Daşkovə.
Xariciyyə naziri Sazonov yuxarıdakı teleqrama verdiyi cavabında, yenə də keçmişdə olduğu kimi, iranlıların yerli hakimləri tərəfindən edam edilməsini məsləhət görür:
e€Xariciyyə nazirindən Qafqaz canişini Vorontsov-Daşkova 1362 nömrəli teleqram:
3614 nömrəli teleqramınız alınmışdır. Mən elə güman edirəm ki, izim səhra məhkəməmizin İranda yenidən bərpa edilərək işə aaşlaması tövsiyə edilməyəcək tədbirdir. Xüsusən biz bu günlər indilislərlə müzakirə aparmaqdayıq. Yerli İran hakimləri bizə tabedir. özümüz bilavasitə iştirak etmədən müqəssirləri məhkəməyə verə ölərik. Konsulların nəzarəti altında onlar cəzalarına çatar, beləliklə lə, bu barədə dedi-qoduya yer qalmaz.
Mən sizə yazdıqlarımı vəzirlər şurası sədrinə də məlumat vermişəm.
Sazonov).
Konsulun Hacı Səməd xanın görüşünə getməsi, onu işə tərğib ləməsi hiylələri, tamamilə teleqramda göstərilən tapşırıqları öz axtında və Hacı Səməd xanın əli ilə yerinə yetirmək məqsədini dayırdı, Konsul məqsədinə nail oldu. Səməd xan xəstəlikdən qalxdı. irinci kərə divanxanasına gəldiyi gün, çar konsulu Orlov ona xari- «iyyə naziri Sazonovun məsləhətlərini təqdim etdi və güllələnməsi lazım görülən dörd nəfər dilmanlının edam vərəqəsini imza olunmaq üçün qarşısına qoydu.
Bu gün onun özü məni bağa çağırmışdı. Bu məsələlər gözümün qarşısında icra olunurdu. Hacı Səməd xan 11-ci il məhərrəm ayının doqquzunda taxdığı eynəyini yenə də qabından çıxarıb gözlərinə taxdı və dörd nəfər bədbəxt iranlının edam hökmünü imza elədi.
Biz Nina ilə etdiyimiz söhbətlərdən və bu vəsiqələri oxuduqdan, Hacı Səməd xanın yeni cinayətlərinin şahidi olduqdan sonra belə bir qərara gəldik: Hacı Səməd xanın bu müvəqqəti hərəkətinə zərbə vurmaq: onu başlandığı bu yeni cinayətdən saqındırmaq üçün ona imzasız sarsıdıcı bir məktub yazmaq lazımdır.
Hacı Səməd xan ətrafında gedən gizlin və diplomatik xəbərləri toplamaq və onun iş başından götürülməsinə aid bütün qərarları yığmaq və hamısını yazıb Hacı Səməd xana göndərmək faydasız deyildi.
Heç şübhə yoxdur ki, Səməd xan belə bir məktubu alar-almaz yenə də öz siyasi xəstəliyinə başlayaraq evinə qapanacaq idi.
Teleqramların surəti Ninada idi, buna görə də məktubu Nina özü düzəldəcəkdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-haci-semed-xana-mektub
Use ← → keys to move, R for a random poem
More by this author
Mübarizə tarixində üstün bir ad daşıyan,Üsyan doğan bir məmləkət, inqilabçı Gürcüstan!
BorjomÖzümün əski xatıratımdan,Yeni bir şən səhifə açdım mən.
BaharGünəş sallanaraq qardan öpəndə,Bağlar gül açanda, bülbül güləndə,
AyAldanmış əməllər kimi sən, ey sarı məş’əl!Mümkünsə çəkil get, günəşin fövqinə yüksəl!