dBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq.

Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir.

Sən bir neçə gün əvvəl dörd nəfər Dilman şəhəri əkinçilərinin edam hökmünü imza etdin. Ancaq sən onu bilməlisən ki, onlar sənin kimi namussuz və şərəfsiz adamlar deyildi. Onlar öz arvadlarının namusuna təcavüz edən çar soldatını döyməkdən qorxmadı. Sənin isə bir əkinçi qədər cəsarətin olmadı, çünki sən öz səadətini namussuzluq, şərəfsizlik, qorxaqlıq üzərində qurmağa çalışırsan.

Sən hər nə həyasızlıq edirsən et, lakin gecdir, bu vəzifədə uzun nüddət yaşaya bilməyəcəksən!

Dünyanın şəkli dəyişir. Dünya müharibəsi yaxındır. Yaxın zananlarda sənin kimilərin bir tülkücə qiyməti qalmayacaqdır!

Sən əlini qanlara boyadıqca, İranın kəndlisinin qanını tökdükcə, əz məhvini də yaxınlaşdırırsan.

Hazırda sənin çar diplomatları üçün heç bir əhəmiyyətin qalmanışdır. Onlar səndən lazımi istifadəni etdilər, indicə onlara başqası azımdır. Sənin yerinə namizəd olan sərdar Rəşid gözünün önündə əzir, səndən hökumət möhrünü almaq üçün əllərini uzatmağa nazırlanır. Hərgah məsələnin təxiri səni bu qədər təskin edirsə, o la yanlışdır: sənin öz yerində müvəqqəti olaraq qalmağına səbəb ngiltərə ilə Rusiya arasında aparılan müzakirələrin bitməməsidir.

Hərgah bir saat bundan əvvəl ingilislər sərdar Rəşidin təyininə ica versəydi, sən bir saatın içərisində Təbrizdən kənara atılacaq din, çünki sənin zöhrəvi xəstəliklərdən çürüməkdə olan vücudunu, mali Qafqaz mədən sularına göndərmək məsələsi çoxdan bəri həll dilmişdir. Sənin «müalicəni təxirə salmaq fikrindəyəm? deyə konula verdiyin məktubun da müsbətnəticəsi olmayacaqdır, çünki Ruiya hökumətinin özü və eyni zamanda İran hökuməti də sənin zərbaycanda qalmağına razı deyildir.

İndi də öz müqəddəratından əmin olmaq üçün məktubda göstəriyimiz vəsiqələri diqqətlə oxu:

Tehran səfirindən xariciyyə nazirinə, 40 nömrəli depeş.

İran baş naziri Vüsuqüddövlə məndən rica edir ki, balaca şahın z hökumətini qurmaq üçün ona yardım göstərək.

Mən bunu öhdəmə götürdüm, eyni zamanda ona dedim ki, İran ökuməti də bizimlə ixtilaflı olan məsələləri həll etsin. Məsələn, rinci növbədə Urmi gölündə gəmi işlətmək imtiyazı bizə verilsin.

Səməd xan məsələsinə gəldikdə, Vüsuqüddövlə onun Azərbayndan rədd edilməsini, yerinə İranın adəti üzrə vəliəhdin göndəməsi və şahzadə Fərmanfərmanın ona müavin təyin edilməsin klif edir. Mən bu təklifə cavabla Azərbaycan hökumətinə sərdar əşidin təyin edilməsini tələb elədim. Vüsuqüddövlə «Azərbaycan- , hərc-mərclik beş verərə – deyə bunu rədd elədi.

Korostovtsevə.

€Cənabə Səməd xan! Bu sizin Azərbaycandan çıxarılacağınız haqqında birinci vəsiqə. İndi də ikinci vəsiqəyə diqqət edin, çünki bu sizin üçün daha maraqlıdır.

«Tehran səfirindən xariciyyə nəzarətinə

171 nömrəli teleqram

Təbrizə teleqram edirəm.

Şücaüddövləni İran hökumətinin göstərişlərini yerinə yetirmək üçün məcbur etmişəm. Heç maneəyə təsadüf etmirəm.

Onun məzuniyyətə və müalicəyə getməsi üçün də etirazım yoxdur. Yerinə isə sərdar Rəşid, yainki Urmi hakimi təyin edilməlidir..

Korostovtsevə,.

İndi də müvəqqəti olaraq hökumət başında qalmağına səbəb olacaq vəsiqələri oxu! İngiltərə xariciyyə naziri ser Eduard Qrey Rusiyanın London səfiri Bekendorfa verdiyi 129 nömrəli müxtirəsinin xülasəsində belə yazır:

Biz Şücaüddövlənin idarə etdiyi ölkədəki tərzi hərəkəti tənqidə layiq bilsək də, bu tənqid onun dəyişməsini və Rusiya nüfuz məntəqəsinə keçən bir ölkənin idarəçisinin iş başından götürülməsi lüzumunu ortalığa sürmür. Cənab Sazonovun sərdar Rəşidi Təbriz genera!-qubernatorluğuna təyin etmək təklifinə gəldikdə, şübhəsiz ki, Rusiya hökuməti onun Ərdəbil qubernatoru olduğu zamandakı fəaliyyətsizliyini bilməmiş deyildir, xüsusən onun İran xalqı arasında heç bir nüfuzu da yoxdur.

İran hökuməti heç bir vaxt belə simanın Azərbaycan generalqubernatoru təyin olunmasına razılıq verməyəcəkdir!

Təbrizi İranın ənənəsinə görə indiyə qədər vəliəhdlər idarə etmişdir. Hər halda keçmişi naməlum olan sərdar Rəşidi, biz aktiv bir surətdə müdafiə edə bilmərik.

Həşəmətli şahzadə Fərmanfərmanın təyin olunması çox yaxşıdır. Onun nüfuzu və şöhrəti vardır, özü də Rusiya tərəfdarlığı ilə məşhurdur. Hərgah cənab Sazonov buna razıdırsa, mən Tehrandakı ingilis səfirinə bu barədə sizin səfirin tərəfini müdafiə eləmək üçün vəkalət göndərimə.

Cənab Səməd xan, yuxarıdakı vəsiqəni sizə göstərməklə bərabər, bunu da sizə bildirmək istəyirik ki, Rusiya hökuməti sərdar Rəşidi iş başına gətirmək üçün öz sözündə möhkəm durmuşdur. Rusiya Azərbaycan hökumətini sərdar Rəşidə verməyə müvəffəq olacaqdır. Çünki İranda sənin həyasızlığını davam etdirməyə yalnız sərdar Rəşid layiqdir. Sən hazırlan! Hazırda sənin Rusiya hökuməti yanında heç bir qiymətin qalmamışdır, lakin buna baxmayaraq, qeyd etməlidir ki, sən çar hökumətinə böyük xidmətlərdə bulundun, Azərbaycan sənin vasitənlə işğal olundu. Konsulxanadan nami altında açılan onlarca çar müəssisələrini Azərbaycanda sənin əlinlə təşkil etdilər. Sən yerlilərdən çar mənfəətinə işləmək üçün minlərcə casuslar yaratdın, çar istilaçıları İran kəndlisinin irzini, namusunu sənin vasitənlə ayaq altına aldılar. Sən çar hökumətinin əmrilə vətənin yüzlərcə rəhbərlikedici qüvvələrini qurşuna düzdürdün, dara çəkdin, həbsxanada boğdurub küçələrə atdın, aş yedirib zəhərlətdin. Təəssüf ki yaşamaq qabiliyyətinə malik deyilsən. Bir az yaşaya bilsəydin İran xalqı bütün cinayətlərin cəzasını sənə artıqlığınca verəcəkdi.

İran inqilab komitəsi».

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXIV. Leylanın romanı

1. Bağdad, mart 1917-ci il.Şərq ölkələrinin tükənməz sərvətini Dəclə çayı kimi xəlifələrin xəzinəsinə axıdan, ticarət və siyasətin əsas qərargahı kəsilən Bağdad şəhəri, martın ortalarında sanki yeni bir dövrə girməyə hazırlaşırdı.

12 min
XXXV. İngilislər Bağdadda

Bu gün Xanəgeyn şəhəri ingilis və çar bayraqları ilə bəzənmişdi. İngilislərin Bağdadı işğal etməsi münasibətilə bayram elan edilmişdi. Bağdadın işğalı Almaniyanın cahangirlik planındakı Berlin-Bağdad məsələsini nəticəsiz qoyur və Almaniyanın İngiltərə müstəmləkələrinə yaxınlaşmaq yolunu kəsirdi.Gömrükxana bağında yerləşən Biçeraxov qərargahı nəfərləri də bugünkü bayramda iştirak edirdi. Bağ bəzənilmişdi. Limu, narınc və portağal ağaclarından yüzlərcə əlvan fənərlər asılmışdı. Bağın hər tərəfində ikinci Nikolay və onun xalası oğlu beşinci Keorkinin rəsmi asılmışdı.

8 min
XXXVI. Savlayev Nurəddin

Baratov ordusunun xəstəxanası Kirmanşahdan köçürülürdü. Leylanın vəziyyəti məlum deyildi, onun xəstəliyi qismən yaxşılaşsa da, yenə bir tərəfə köçürülməsi onun həyatı üçün olduqca qorxulu idi. Eyni zamanda xəstəxanada qalmaq da mümkün deyildi. Çünki xəstəxana çox pis vəziyyətdə idi. Qışın soyuq günlərində belə soba yandırılmırdı, palataların çoxunda soba da yox idi. Xəstə saldatları arabalara yığıb birdəfəlik məhv etmək üçün yola çıxarırdılar.Savlayev Nurəddin xəstəxanaya gəldiyi vaxt xəstələrin bəzisi köçürülmüş, qalanlar isə soyuq otaqlarda ac və əlacsız uzanıb ölümü gözləyirdilər.

11 min
XXXVII. İngilis missiyası

Leyla və Savlayev hələ səhər çayını içib bitirməmişdilər ki, Biçeraxov ərkani-hərbindən miralay Savlayevin adına göndərilən telefonoqramı gətirdilər.«Telefonoqram № 245.

8 min

Poems by other poets