Page 2 of 3 · 33%

– Mən çox fəxr edirəm ki, İranda bizim Əbülhəsənbəy kimi mədəni, namuslu, səmimi və dinçi dostumuz vardır, – dedi.

Xüsusən general-konsul salonun təntənəsini, xidmət edənlərin təmizliyini gördüyü zaman mənim əlimi bir daha sıxaraq:

– Mən sizi çoxdan tanıyırdım, sizin mədəni bir zat olduğunuzu Nina Nikitinaya etdiyiniz hörmətlərlə ölçmüşdüm, lakin bu gün gördüyüm qədər tərəqqipərvər bir zat olduğunuzu bilmirdim.

Konsul bu son sözlərini təkrar olaraq Hacı Səməd xana və yanındakı mütərcimlərinə də dedi:

– Mən bir çox ziyalı iranlılarla tanışam. Şərq aristokratiyasının mədəni səviyyəsini çox gözəl bilirəm. Lakin cənab Əbülhəsənbəy bunların heç birisinə bənzəməz, çünki mənim tanış olduğum bir çox iranİılar vardır ki, tərəqqi və mədəniyyəti dinsizlikdə axtarır. Əbülhəsənbəyə gəldikdə, o öz rəftarında, səliqəsində tərəqqi və mədəniyyətin ancaq dini əsaslar üzərində qurulmasına qail olduğunu göstərmişdir. Biz çalışıb, Əbülhəsənbəy kimi adamları İran ziyalı və İran aristokratları üçün nümunə göstərməliyik. Biz xalqa deməliyik ki, tərəqqi və mədəniyyət yalnız dini əsaslar üzərində inkişaf edə bilər.

Onlar bu cür söhbətlərlə salonu dolaşdılar, sonra da salonun artırmasında qoyulan dəyirmi mizin yanında düzülmüş kürsülərdə oturdular. Rəşidülmülk də gəlib bunların yanında oturdu. Mizin üzərində hər cürə siqarlar və papiroslar qoyulmuşdu. Hələlik məclisə qəlyan verilməmişdi. Hacı Səməd xan özündən icazə gözlənildiyini hiss edərək:

– Ağalara qəlyan gətirin! – deyə bir ev sahibi kimi əmr verdi.

Ortalığa gələn qəlyanların zərifliyi Hacı Səməd xanı məftun etdi. Onun yanına öz təsviri çəkilmiş zərif qəlyan qoyulduqda, əvvəlcə təsvirin ətrafında yazılan cümlələri oxudu:

«Təsviri-binəzri-valiyi-vilayəti Azərbaycan,

Əmir-noyan, Şücaüddövlə Hacı Səməd xanə.

Məclisə salonun müxtəlif qapılarından bir anda əlli qəlyan gətirildi. Artıq qəlyanların səsindən heç kəs bir-birini eşitmirdi. Ətir səpilmiş salonun təmiz havası birdən-birə dəyişdi. Əlli nəfər qəlyan çəkən nə qədər qüvvəti varsa tənbəkinin tüstüsünü içərisinə çəkib öz ağzının qoxusu və üfunəti ilə bərabər salona buraxırdı. Məclisə çay verildiyi zaman Hacı Səməd xan, Rəşidülmülk və konsul üçün də çay gətirilib dəyirmi mizin üzərinə qoyuldu.

Bir az sonra çay və qəlyan dayandırıldı, çünki Təbrizin adətinə görə mərsiyə başlandığı zaman çay və qəlyan sərf etmək adət deyildi. Lakin bir çoxları qəlyanın qəmişini çox çətinliklə ağzından buraxırdı. Nəhayət, Hacı Səməd xan bir kərə:

– Axundlar başlasınlar, – dedikdə sanki qurbağalar quruldayan gölə daş atıldı, sakitlik oldu.

Ən qabaqca Hacı Səməd xanın arzusuna görə Məmmədəli şahın mərsiyəxanı Sultanüzzakirin qalxıb kürsünün üstündə oturdu və heç bir müqəddimə başlamadan xalqı ağlatmağa çalışdı, çünki Təbrizdə, Qafqaz şəhərlərində olduğu kimi mərsiyəxan minbərdə bir saat, iki saat yox, ən çoxu 10-15 dəqiqə oturmalıdır. O, müxtəsərcə salam oxuduqdan sonra sözünü belə başladı:

– Zəmani ki, həzrət Seyidüşşühədanın əvan və ənsarını dərə- «əyi-şəhadətə yetirdilər, həzrət öz atı Zülcənahıl minib meydana təşrif gətirdi və üzünü Kufə və Şamın qoşununa tutub buyurdu: «Aya, bizə cəddim rəsulillah xatirinə bir kömək edən vardırmı? Həzrət Seyidüşşühədanın bu səsinə səs verən olmadı, ancaq xeymələrdə bu səsi həzrətin altı aylıq oğlu, cənab Ələsgər eşitdi, südəmərağa beşikdən əllərini çıxarıb ağladı və zəban-halilə ərz elədi ki, «Baba, ya əba-əbdülla, mənəm sənin köməyinlə Ya Hüseyn, sənin nökərin Soltanüzzakirin arzu edir ki, sən Yezidin qoşunundan kömək istəyib cavabsız qaldığın zaman imperator həzrətlərinin düşmənə qan ağladan rəşid kazakları Kərbəlada olaydı, imperatorun qoşunları bir səslə deyəydilər ki, €Ya əba-əbdulla, ata-anamız sənə fəda olsun, bizik sənin köməyinlp

Camaatın başında başlıq qalmamışdı, ağlayanlar bir əli ilə başına vurur, gözləri ilə də çar konsuluna baxırdı. Konsul da özünün bu

uyğunsuz hərəkətlərə qarşı təəccübünü bildirməmək üçün dəsmalı

üzünə tutub durmuşdu. Rəşidülmülk və Hacı Səməd xan isə doğrudan da, ağlayırdılar.

Məclisdə ürəyi keçənlər və özünü döyənlər, inildəyənlər də var idi. Artıq konsul mövhumat çuxurlarında çapalayan bu xalqda çarın müstəmləkə siyasətinə etiraz edəcək dərrakə olmadığına ürəkdən inanırdı.

Sultanüzzakirindən sonra dörd nəfər daha kürsüyə çıxdı, lakin Sultanüzzakirin qədər camaatı ağlada bilmədi.

Konsula və Səməd xana görünmək və bir qəlyanla bir stəkan çay içmək üçün başına-gözünə döyüb tərləyən müsəlmanlar, məclisdən çıxıb Təbrizin qaranlıq küçələri ilə uzaq məhəllələrə getməyə başladılar.

Biz də konsul və Hacı Səməd xanla bərabər durub başqa bir havasi təmiz olan otağa keçdik. Onlardan ötrü şam yeməyi hazırlanmışdı. Nina konsulun və Hacı Səməd xanın görüşünə gəldi. O da rolda idi, onun təziyə münasibəti ilə hər bir libası qara idi. O, Təbrizin adətincə əvvəlcə Hacı Səməd xanın əlindən öpdü və konsulun əlini sıxıb oturdu. Sonra da onların hər ikisinə müraciətlə:

– Hərgah İmam Hüseyn təziyəsi olmasaydı, şübhəsiz ki, siz cənablar tənəzzül edib, bizim evimizə gəlməyəcəkdiniz, – dedikdə Hacı Səməd xan da cavabında:

– Maşallah, bərəkallah, qızım! – deyərək əli ilə onun saçlarını sığalladı.

Konsul öz növbəsində:

– Mən, - dedi, – arzu edərdim ki, bütün qızlar Nina xanım kimi xoşbəxt bir qız olaydı!

Onlar bu mövzu üzərində çox dayandılar, nəhayət, konsul getmək lazım olduğunu saata baxmaqla işarə etdi. Nina xanım da cavabında:

– Rica edirəm, saatınıza tez-tez baxmayasınız. Sizdən və həzrət əşrəfdən ötrü öz əlimlə şam yeməyi hazırlamışam. Hərgah cənab general icazə versəydi, böyük xanım və kiçik xanımlar da gəlib başımızı uca edərdi. Bir yerdə duz-çörək kəsərdik, – dedikdə konsul:

– Etirazım yoxdur, maşını göndərin gəlsinlər. Lakin telefonla da xəbər veriniz ki, maşın gedənə qədər hazırlansınlar.

Yenə söhbət başlandı. Konsulun ailəsi gəlincəyə qədər yenə də çay və qəlyan gətirdilər. Söhbət arasında Hacı Səməd xan mənə sual verdi:

– Cənab ağa bu təziyəni hər ilmi saxlayır?

– Keçən illər qarışıqlıq olduğu üçün saxlaya bilmədik, indi isə həzrət əşrəfin və cənab generalın dövlətindən əmin-amanlıqdır. Bir də budur ki, Nina xanım çox ağır bir surətdə xəstələnmişdi, diri!məyinə ümid yox idi, onun səhhət tapması üçün on gün Həzrət Seyidüşşühəda təziyəsi saxlamaq və iyirmi nəfərin də xərcini verib İmam Hüseyn ziyarətinə göndərməyi nəzir etmişik.

Hacı Səməd xan qalxıb alnımdan öpdü və mənim dediklərimi bir daha konsula anlatmağa başladı:

– Ağanın iyirmi nəfəri Kərbəlaya göndərmək üçün nəzri də var imiş! – dedikdə konsul mənim əlimi sıxaraq:

– Çox gözəl təsadüfdür, – dedi. – Bu il biz də qırx-əlli nəfər müstəhəqq adamlardan seçib Kərbəla ziyarətinə göndərmək istəyirik. Bu işə birlikdə başlasaq daha müvəffəqiyyətli olar, – dedi.

Bu sözlərə əlavə olaraq Hacı Səməd xan da danışdı:

– Qırx nəfər də mənim nəzrim vardır. Cənab Rəşidülmülkü də buna məcbur edərik, o da otuz-qırx nəfər göndərə bilər, imam yoludur, heç olmasa bu il yüz iyirmi nəfər ziyarətə göndərmək lazımdır.

Mən yavaş-yavaş məqsədə yaxınlaşdığımızı hiss edərək sevindim və əlavə olaraq onlara öz təşəkkürümü izhar etməklə:

– Çox yaxşı olardı ki, Kərbəlaya göndəriləcək müstəhəqq adamların siyahısını düzəltmək işini həzrət əşrəf xəbərdar bir adama tapşıraydılar, çünki mən burada çox az adamı tanıyıram, təbrizli olduğuma baxmayaraq, təbrizliləri tanımaqda çox acizəm.

Konsul məni çox dərin bir diqqətlə dinləyirdi. O mənim sözlərimi öz məqsədinə uyğun gördüyündən, gözlərindən razılıq yağırdı, buna görə də o öz lakeyinə (Səməd xana) müraciət edərək:

– Ağanın bütün fikirləri həzrət əşrəfin müqəddəs fikirlərinə uyğundur. Yaxşı olardı ki, cənab ağa, həzrət əşrəfin başqa təşəbbüslərində də iştirak edəydi, – dedikdə Hacı Səməd xan bir az o tərəf-bu tərəfə dönərək mütərəddid bir vəziyyət aldı və nəhayət:

– Bəndə ağanın tədbirli və zəkalı bir zat olduğunu bilməmiş deyiləm. Lakin cənab ağaya zəhmət vermək istəmirdim, hərgah cənab

genaral bunu məsləhət görür və ağanın özü də bu müqəddəs vəzi-

fədə iştirak etməyi arzu edirsə, buna bəndə qəlbən və ruhən razılıq

verə bilərəm.

Mən sevindiyimdən nə edəcəyimi və nə deyəcəyimi bilmirdim,

çünki onlar mənə öz sirlərini açmaq istəyirdilər. Buna görə də razı

bir baxışla onlara baxaraq:

– Bəndə cənab generalın və həzrət əşrəfin mənə həvalə edəcək-

ləri vəzifələri böyük bir xoşbəxtlik kimi qəbul edərəm. Cənab generalın və həzrət əşrəfin İran xalqının səadəti üçün çalışdığını hamıdan artıq mən bilirəm.

Bu söhbətlərim Hacı Səməd xanın qəlbinin qapılarını açdı, məqsədini söyləməyə məcbur etdi. Əlini bığlarına aparıb sığalladı, sonra da:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XIX. Yeni hökumətin «birinci iclası»

İyul ayının otuz birində Hacı Zeynalabdin Tağıyevin qapısında fövqəladəlik vardı. Hacının möhtərəm qonağı Leyla xanımın ziyarətinə gələn ağ yaxalı, qara vizitqalı menşevik sağ eser nümayəndələri Leyla xanımı görmək üçün hacının qapısında toplanmışdılar.Sadovski şəhadət barmağı ilə qapının zənkini basdı. Zənk, sifətinə yabançı əl toxunan utancaq qız kimi səsləndi. O dəqiqədə qapı açıldı, uzunsaqqal qapıçı əli ilə: «buyurun» işarəsi verərək əllərində gül dəstələri tutan Mərkəzi Kaspi diktaturasının nümayəndələrini içəri buraxdı.

14 min
XX. İngilislər gəlir

Bu gün hacının evindəki iclas çox uzun çəkdi. «Müsavat» partiyasının Bakıdakı rəhbərləri ingilislərə qarşı nə kimi əlaqə bəsləyəcəklərini müzakirə edirdilər. Bu barədə bir qərara gələ bilmədilər.«Müsavat»çıların bəziləri ingilisləri qarşılamaq, onları qəbul etmək üçün Bakı ruhanilərini Mərdəkandan çağırmağı qət etdilər. Digər bir qrup isə çəbhədə vəziyyəti düzəltmək üçün, daxildə üsyan etməyi məsləhət görürdü. Bu fikir ümumi səslə rədd edildi. Çünki «müsavat» partiyasının silahlı qüvvələri şəhərdən kənarda olduğundan və camaat «müsavat» partiyasına rəğbət bəsləmədiyindən şəhərdə silahlı üsyan düzəltmək mümkün deyildi.

23 min
XXI. Esterin romanı

Doktor Araratyan ingilisləri istiqbal etdikdən sonra düz evinə qayıtdı. Ona nəştər vursaydın qanı çıxmazdı. Çünki ingilislərin Bakıya dəyərli bir qüvvə gətirməməsi üzündən bir çoxları onu hələ körpüdə ikən məzəmmət etməyə başlamışdı.Araratyan bir kərə Həmədana, ikinci dəfə Ənzəliyə gedərək ingilisləri Bakıya gətirmək üçün apardığı müzakirənin müvəffəqiyyətsizliyi ilə daşnaq və onlarla əməkdaşlıq edən menşeviklərin nifrətinə səbəb olmuş və tənqid edilmişdi. Buna görə də, doktor Araratyan üçüncü dəfə İrana getməyi və ingilis generalı Denster-Vil ilə danışmağı qət etmişdi. O, pilləkənləri yuxarı çıxaraq, zəngi basdı. Xidmətçi qapını açan kimi doktor bir dəstə kağız pul verərək xidmətçiyə dedi:

33 min
XXII. Generalın yanında

Doktor Araratyan qızı Esterlə bərabər Ənzəlidə quruya çıxarkən, 39-cu ingilis briqadasının kiçik bir hissəsi də Bakıya göndərilmək üçün gəmilərə otururdu.Araratyan yeni toplar və yeni zirehli avtomobillərin Bakıya göndərildiyini gördükdən sonra cibindən yazılı bir kağız çıxarıb çırdı. Bu kağız Araratyanın generala deyəcəyi sözlərin müxtəsər konspekti idi. Araratyan Bakıya göndərilən hərbi ləvazimatı gördükdə, öz-özünə:

20 min

Poems by other poets