Page 3 of 4 · 50%

Miss Hanna daim qapı vurulduğu zaman pəncərəyə yanaşaraq kimin gəldiyini yoxlayırdı. Buna görə də mən pilləkənlərdən qalxarkən pəncərəyə baxırdım. Lakin orada heç kəsi görmədim.

Miss Hannanı nahar süfrəsini döşəyən gördüm. Lakin salamımı səmimi dost salamı kimi qəbul etmədi, əlimi ona uzatdım, üzümə baxmadan:

– Bağışlayın, əlim təmiz deyildir, – deyə əl verməkdən boyun qaçırdı.

Mən onun dəfələrlə küsdüyünü görmüşdüm, lakin o küsdüyü zamanlarda da məni yoxlamaq üçün ara-sıra gözünün ucu ilə baxardı. Bu dəfə isə heç bir dəfə də baxmadı. Çıxılmaz vəziyyətdə idim, onun özü də bu vəziyyətdə idi: nə edəcəyini bilmirdi. Heç lazım olmadığı halda qabın birisini götürüb, o birisini qoyurdu, gah bir qabı içəri otağa aparır, yenə də geri gətirib süfrəyə qoyurdu.

Çöhrəsini diqqətlə nəzərdən keçirdikdə onda bir yorğunluq hiss edirdim. Ondakı bu yorğunluq fikir və düşüncə yorğunluğu idi. Sanki onun çöhrəsi uzun illər daşımış olduğu arzuların qəti bir ümidsizliklə nəticələndiyini bildirirdi. Onun küskün baxışlarını yoxladıqda yalnız məndən deyil, tamamilə həyatdan küsdüyünü görmək olurdu.

Bizi onunla olan yeddiillik tanışlığımızın solğun və küsdürücü günlərini nəzərə aldıqda mən özümü bir gəncin həyatına sui-qəsd hazırlayan cani kimi düşünür və qızın üzünə baxmaqdan utanırdım. Doğrudan da, mənim bu yazıq qıza qarşı aldığım vəziyyət bir insana qarşı qeydsizlikdən başqa bir şey deyildi.

Mən düşünür və öz-özümə sual verirdim: mən bir hakim olsaydım, sevgisi üzündən aldanan və gənc həyatının qiymətli illərini ümidsizlik içərisində keçirən bir qız özünə qarşı qayğısızlıq göstərən bir kişidən mənə şikayət etsəydi, onun şikayəti haqqında necə hökm çıxarardım? Özüm özümə belə cavab verirdim: “İllər uzunu bir gəncin ilk sevgilərini ümidsizliklə nəticələndirən, onun gənc arzularını qıran və bir qadına qarşı bu qədər laqeyd hərəkət edən bir adamı bir qatil kimi cəzalandırardımp.

Məni kim cəzalandıracaqdı?1 Olsa-olsa bir vicdan əzabı! Bir ruh əziyyəti! Daimi bir məchulluq, daha doğrusu, daimi bir xatirənin acıliqlarıl.. eMən nə üçün yeddi ildən bəri qıza özümün başqa birisinə bağlı olduğumu bildirmədim?1 Nə üçün onunla bir aktyorun oynadığı mənfi rolu oynadım?1 Nə üçün onun mənə olan sevgisinin dərinləşməsinə imkan verdim?1 Nə üçün özümə daimi sevgisini elan edən, məni özünə həmişəlik həyat yoldaşı etməyə çalışan səmimi bir gənci ikiüzlü adamlar kimi qarşıladım, onu öz mənfəətimiz üçün istifadə etdim? Məgər bu qız olmasaydı inqilab hərəkatı irəli getməyəcəkdimi?1

Bu səhv də onunla görüşdüyümüz günlərdən başlamışdı. Mən indi-indi anlayırdım ki, hər bir kişi nə qədər vüqarlı, təmkinli, bilikli və təcrübəli olsa belə, yenə də gözəl və gənc bir qadınla yan-yana oturduğu zaman özünü unudur, dediyi sözlərin aqibətini düşünmür.

Kişilər bu xəstəliyə tutulmuş ikən, qadınların da kişiləri cəlb etmək üçün öz gözəlliklərindən sui-istifadə etdikləri unudulmamalıdır. Bunun nəticəsindədir ki, həm kişilər, həm də qadınlar həyatda səhv buraxmağa məcbur olurlar, daha açığı, həyatda aldanırlar.

Nəüüçün o, tanımadığı bir gəncə çox sürətlə bağlandı? Onun Livarcan yaylasındakı birinci göz yaşları nə üçün idi? Bu nəyə lazımdı? Nə üçün də mən gələcəyi və özümün başqa bir adama bağlandığımı nəzərə almadan ona: (Sənin iradən xaricində heç bir şey etməyəcəyəmə – dedim?

Bir səs eşitdim, bu səs məni sanki ağır bir yükün altından çıxardı, bu səs məni sanki bir uçurumun qarşısından qapdı, əzici düşüncələrin əlindən qurtardı. Bu:

– Durub süfrəyə əyləşin! – deyən miss Hama idi.

Şübhəsiz ki, o mənim çıxılmaz vəziyyətdə olduğumu hiss etmişdi, buna görə də vəziyyəti yüngülləşdirmək istəyirdi.

Başımı qaldırıb baxdıqda qızın ayaq üstündə durub məni gözlədiyini gördüm. Ayağa qalxdım və heç bir söz demədən süfrə başına keçdim.

Qız mehriban və əziz bir qonağa xidmət edən kimi mənə xidmət etdi. O, yenə də məni yedirməyə çalışırdı. Mən, doğrudan da, qızın bizə olan xidmətlərini və şəxsən mənə bəslədiyi sevgini xatırlayaraq utandığımdan necə yediyim və süfrə başında necə oturduğumu hiss etmirdim.

Şübhəsizdir ki, bu sükut uzun çəkməyəcəkdi. Qızın tənqid və bəlkə də, təhqiredici sözlərini eşidəcəkdim. Hər halda qızın acığını yatırmaq üçün də düşünürdüm. Qızı tamamilə atmaq və onun gözünə görünməmək yaramazdı, onunla olan əlaqəni bir dostluq əlaqəsi şəklində olaraq saxlamaq lazım idi.

Mən başım aşağıda düşünür və çəngəl-bıçaqla qurdalanırkən bir daha qızın səsini eşitdim:

– Kişilər xəsis və qorxaq olmamalıdır!

Qızın bu sözü yenə də fikrimi darmadağın etdi, çünki mən xəsis və qorxaq deyildim. Amerikalı qızın həyat və məişətini təmin etmək üçün hər cür vasitələrlə ona yardım etmişdim. İkincisi də, qız mənim qorxaq olmadığımı çox gözəl bilirdi. Buna görə də qıza sual verdim:

– Sözünüzün mənasını anlamadım.

O, qaşlarını dartıb, mənim üzümə baxdı və:

– Bu vəziyyət sənin bir kəlməni demək üçün xəsislik etdiyindən doğdu. Sən bir kəlməni demək istəmədin, onu mənə deməkdən qorxdun.

– Hansı kəlməni?

– O qızın varlığını.

– Bunu sizə deməyə lüzum var idimi?

– Sənin üçün lüzum yox idi, lakin mənim üçün lazım idi. İndi deyin görüm o kimdir?1

– Məgər sən onu tanımırsanmı?

– Son günlər tanıdığım qədər tanımırdım. O kimdir?

Mən Ninanı müəyyən bir çərçivə içərisində amerikalı qıza tanış verdim və sözümün axırında:

– Həmin qız səni çar )andarmının əlindən və sürgünlərdən qurtaran qızdır, – dedim. – O qız çar konsulxanasından sənin həbs edilməyinə dair xəbəri mənə gətirən qızdır, indi tanıdınmı?

Miss Hamna bir qədər danışmadı və bir azdan sonra başını qaldırib mənə sual verdi:

– Mənim başıma gətirdiyin oyunları onun başınadamı gətirirsən?

– Hərgah bizim bu dostluq əlaqəmiz bir oyun hesab olunursa, bəli, onunla olan dostluğun şəkli də səninlə olan dostluğumuzun şəklindədir.

– Mən bunu doğru hesab edə bilərəmmi?

– Bəli, buna əmin ola bilərsən!

Miss Hannanın vəziyyəti qismən dəyişdi. Rənginin dəyişməsi, çöhrəsinin şad bir şəkil alması onun bu sözlərdən razı qaldığını ifadə edirdi. Aramızda sülh əmələ gələn kimi idi, onun özü də bunu iqrar edərək dedi:

– Səni görmədən çox şeylər düşünürəm, sənə öz narazılığımı demək üçün cürbəcür cümlələr yaradıram. Dərdlərimi, qəmlərimi təsvir etmək üçün müxtəlif şivələr ixtira edirəm: lakin səni görən kimi bunların hamısı unudulur: – Qız bu sözləri deyərək bir az dayandı, sonra da yavaşdan: – Kim bilir, bəlkə də, bütün bu düşüncələr səni görmədiyim üçün doğulurmuş, - dedi.

Ona sual verdim:

– Təzə xəbər vardırmı?

– Vardır! – dedi.

– Rusiyanın baş naziri Əhməd şaha ayda 30 min tümən təqaüd təxsis edibdir. Bunu xariciyyə naziri Sazonov Tehran səfiri Etterə göndərdiyi 1916-cı il 14 yanvar tarixli teleqramında qeyd edir.

İranın istiqlalına xatimə vermək üçün Rusiyanın hərbi dairələri yanvarın 10-da Türkiyənin İran səfirini həbsə almışdır. Bu hadisə heç bir məmləkətdə görünməyən bir hadisədir. Bununla da çar hökuməti aləmə bildirmək istəyirdi ki, artıq İran bir hökumət olaraq meydanda yoxdur. Amerika konsulxanasından alınan xəbərlərə görə Amerikanın İngiltərə-Rusiya-Fransa mənfəətinə olaraq hərəkət etməsi məlum olmuşdur.

– Təbriz konsulxanalarından nə xəbər vardır?

– Vəliəhdin çar pulu ilə yaşadığı məlumdur.

– Bu gecə vəliəhd «şahzadə» xanım Osipovanın ad günü ziyafətini təşkil etmişdir. Amerika konsulxanası işçiləri də ziyafətə çağırılmışdırmı?

– Bəli, çağırılmışdır.

– Sən də gedəcəksənmi?

– Gedəcəyəm.

– Orada görüşərik...

– Sənin Ninan da orada iştirak edəcəkdirmi?

– Bəli, edəcəkdir. Rica edirəm ki, sən orada Nina ilə yaxından tanış olasan və həmin tanışlığı həmişəlik dostluq şəklinə salasınız.

– Hərgah o, qısqanc bir qız deyilsə, nə eybi var?

– Sən onunla tanış olduqdan sonra, onun nə qədər mehriban və namuslu bir adam olduğunu görəcəksən. O səni sevəcək, öz doğma bacısı kimi qəbul edəcəkdir.

Amerikalı qız mənim sözlərimdən sevindi və əlavə olaraq soruşdu:

– O qız sənin evindəmi yaşayır?

– Xeyr! Onun özünün evi və xidmətçisi vardır. Onun 11 yaşında Məcid adlı bir oğlu da vardır.

Miss Hama təəccüblə soruşdu:

– Onun öz oğludurmu?

– Oğlu deyil, lakin doğma oğlundan da artıq istəyir.

Mən Məcidin, onun anası Zeynəb bacının və Cavad ağanın əhvalatını əvvəlindən axırına qədər miss Hannaya söhbət etdikdən sonra o, Ninanı bir daha xatırlayaraq:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets