Qalmadı
Ağların «Pasledni novosti» qəzətəsi deyir ki: iyunun beşinə qədər Fransa Rusiyanı bilaşərt təsdiq edəcəkdir.
Bu dağılmış məmləkətlərdə həyamız qalmadı
Əhd-peyman saxlayan bir aşinamız qalmadı.
Tək qoyub meydanda qaçdı bizləri bidərdlər
İşçinin hakimliyin təsdiq edir namərdlər
Ərşə çıxsın imdi ağlardan min ahi-sərdlər
Dərd bidərmanə düşdük bir şəfamız qalmadı
Bu dağılmış məmləkətlərdə həyamız qalmadı.
Yeddi-səkkiz il təmam aldanmışıq əfsadına
Düşməriz imdisə biar oğlunun bir yadına
Ağların bu ac günündə çatmayır imdadına
Gündə bir cür rəngə düşdük, macəramız qalmadı
Bu dağılmış məmləkətlərdə həyamız qalmadı.
İstəyir təsdiq edə Şuranı Mil’ran laəlac
Böylə olduqda keçən alətlərə yox ehtiyac
Bir sürü ağlar oruc tutsun, tamamən qalsın ac.
Naümidiz ayrı bir yerdən ricamız qalmadı
Bu dağılmış məmləkətlərdə həyamız qalmadı.
Var-yoxu satdıq, inandıq bu sədaqətsizlərə
Bir adam bildik, sığındıq, böylə qeyrətsizlərə
Bir ufaq xərcə satılmışdıq bu himmətsizlərə
Qovdu hər namərd, cayi-ilticamız qalmadı
Heç tərəfdə, doğrusu ari-həyamız qalmadı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-qalmadi
Use ← → keys to move, R for a random poem
More by this author
(Beş pərdə, səkkiz şəkildən ibarət dram əsəri)*Əsərdə iştirak edənlər
Birinci pərdəBirinci şəkilSəhnə Kür çayının kənarında bir meşədir. Astiaq padşahın bacısı şahzadə Maralın şikarkahıdır. Silahlı nökərlər meşədə gəzənləri qovub çıxarırlar. Fəramərz Maral ilə görüşmək üçün meşəyə gəlir.*
İkinci pərdəİkinci şəkilAstiaq şahın sarayıdır. Şahın vəziri Sərtac salonda dolanır.*
Üçüncü pərdəBeşinci şəkilSuraxanı atəşgədəsidir. Astiaqın bacısı Maral ilə Cənub şahzadəsi Şəhriyarın nişan mərasimidir.*
Poems by other poets · Satire
Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Bizi aldatma, xacə, hər sözünəBizi aldatma, xacə, hər sözünə,Bizə yox, get nəsihət et özünə!
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
Ey könülTa keçəl-küçəllər oldu imdi yarın, ey könül!Qarə oldu yar əlində ruzigarın, ey könül!