Şeyx Əbdüləzəl gəlir
Page 1 of 3
İran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.
Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.
Düzələcək dəstənin başına iyirmi nəfər İstanbulda oxumuş və Dardanel hərb səhnəsindən yenicə Tehrana qayıtmış İran zabitlərinin təyin olunması şayiələri, rus və ingilis səfirlərini daha da rahatsız edirdi.
Soltanabadda alman səfirinin iclas çağırması, Rusiya-İngiltərə əleyhinə böyük paralar sərf edərək, bir çoxlarını öz ətrafında səfərbər etməsi şayiələri doğrulaşmağa başlamışdı.
Amerika konsulxanasından alınan xəbərlərə görə, Rusiyanın Tehran səfiri Etter Petroqrada, xariciyyə naziri Sazonova vurduğu 691 nömrəli teleqramında da bu məsələləri qeyd etmiş və eyni zamanda Qəzvindəki rus qoşununun geri çəkilməsi üçün İran baş nazirinin ciddi tələbat verdiyini bildirmişdi.
Almanların İranı öz ittifaqlarına çəkmək təşəbbüsləri, İranın bitərəfliyini pozmaq və onu hərb səhnəsinə çevirmək üçün ingilislərin əlində mühüm bir bəhanə təşkil edirdi.
Bu məsələ aralığa çıxandan bir gün sonra İngiltərə xariciyyə naziri Qerey Petroqraddakı ingilis səfarətxanasına, Bıyugenə vurduğu 2466 nömrəli teleqramında deyirdi:
«İranın vəziyyətinə dair əldə edilən məlumat olduqca həyəcanlidir. Bizim və Rusiyanın ciddi hərəkət etməsi məcburidir.
Biz gərək Rusiyadan Şimali İrana güclü qoşun dəstələri göndərilməsini tələb edək. Siz də cənab Sazonova inandırıcı bir surətdə deməlisiniz ki, biz hər nə olursa-olsun Bağdada hücum etməliyik. Bu məntəqənin bizim tərəfimizdən işğal edilməsi, İranda ümumi iş üçün müsbət bir təbəddülat yarada bilər.
Beləliklə, Rusiyanın Şimali İrandan, bizim isə cənubdan hərəkətə başlamağımız vəziyyəti yüngülləşdirər, lakin mütləq təxirsiz hərəkətə başlamaq lazımdırə.
Şimaldan ruslar İrana, cənubdan isə ingilislər Bağdada hücuma hazırlaşdıqları zaman, cLaurensə məktəbini qızıl nişanla bitirmiş Şeyx Əbdüləzəl Müəyyəd dəxi öz əlaltıları ilə bərabər Samiriyyədən Kazimeyi qəsəbəsinə, oradan da Bağdada hərəkət edib İrana gəlməyə hazırlanırdı.
Qəsri-Şirindən şifrəli teleqram almışdıq, Şeyx Əbdüləzəl iyirmi nəfərlik dəstəsi ilə Xanəkin şəhərindən hərəkət edərək, Qəsri-Şirinə varid olmuşdu. Şeyx Əbdüləzəl Müəyyəd təpənin üstündə qoyulan sərhəd dirəyini keçdiyi zaman Təbrizdən istiqbala gedən heyət onu qarşılamış və onun ayağının altında iyirmi qoyun qurban kəsmişdi.
Şeyx Əbdüləzəl Qəsri-Şirin hakiminin evində bir gün qalmış və bu müddətdə bütün sərhəd boyunda olan İran kəndliləri onun ziyarətinə gəlmişdi. Şeyx hələ Qəsri-Şirindən hərəkət etməmiş Sərpul, Harunabad, Mahdəşt və Kirmanşahdan şeyxi istiqbal etmək üçün nümayəndə dəstələri gəlirdi. Şeyx Əbdüləzəl Müəyyədin adamları Qəsri-Şirindən Kirmanşaha qədər bütün nəzir və hədiyyə gətirənlərin hamısını geri qaytararaq:
– Cənab Şeyx Sahibüləmrin xəzinəsindən xərcləyir, Sahibüləmr gecə yuxuda öz xəzinəsindən bir qızıl götürüb şeyxin kisəsinə salmışdır. İndi neçə aylardır ki, şeyx gecə yatıb səhər yerindən qalxanda görür ki, kisəsi qızılla doludur, – deyirdilər.
Təbrizə gələn xəbərlərə görə, şeyx yalnız nəzir almamaqla kifayətlənməyərək, qabağına gələn fəqirlərə də öz kisəsindəki qızıllardan nəzir verirdi. Şeyx hələ gəlib Təbrizə çıxmamışdı. Dünən onun teleqramını Sonqur şəhərindən almışdılar. Lakin Təbrizdə yenə də təzə bir hərəkat başlanmışdı.
Dükanını bağlayan, işini buraxan, evini sahibsiz qoyan, uşağını dalına bağlayan və qucağına götürən qadınlar, kişilər, tacirlər, hamballar belə Həzrət Sahib meydanına yüyürürdü.
Ərzaq satan dükanlar, çayçı, aşpaz və çörəkçi dükanları, hətta qüsl edən müsəlmanlara hər dəqiqə lazım olan hamamlar belə qapalı idi.
Həzrət Sahib məscidinin həyətinə girmək üstündə Təbriz camaatı bir-birinin başını yarırdı. Məscidlər, məscidin həyəti və Sahibüləmr meydanı camaatla dolmuşdu.
Məsələdən xəbəri olmayanlar imam zühur etdiyini bir-birinə söyləyir, bir-birinin əlini sıxır və təbrik edirdi. Bir-birinin malını oğurlayanlar, bir-birinə yalan deyənlər, bir-birinin ayağından çəkənlər halallaşır, bir-birindən üzr istəyir, barışır və razılıq alırdı.
«İmam zühur etdi və dünyanın şəkli dəyişirə, – deyə bir çoxları oğurluq malları da sahiblərinə qaytarırdı. Lakin bütün bu hərəkət ancaq aşağı təbəqənin, avamın arasında idi, bunlar ciblərindəki və evlərindəki şeylərini, nəqd pullarını ehsan verir və fəqirlərə paylayırdılar, çünki «imamın zühurundan sonra hər bir şey Təbrizdə salavata satılacaqdı, çörəyi, qəndi, çayı, əti, yağı və sair şeyləri bir neçə salavat çevirməklə almaq mümkün olacaqdı. Bu şayiələr aralıqda gəzirdi. Lakin şey sahibləri hələlik mallarının salavata satıldığını xəyallarına belə gətirmirdi, onlar dükanların və anbarların qapısına qıfıl vurub, qabağında da əli silahlı qarovul qoymuşdular. O qıfıllar elə möhkəm qifillar idi ki, İmami-zamanın özü deyil, heç on bir babası da gəlsəydi, aça bilməzdi.
Mən Sahibüləmr meydanına getdim. Məni ingilislərin fırıldaqları deyil, Sahibüləmr məscidinin qarşısına toplaşanların söhbətləri daha artıq maraqlandırırdı.
– Məşədi ağa, insan ki var, çayizəlxətadır. Əlli beş tümənin şüğlzimməliyi boynumdadır. İstəyirsən bu saat gedək əlli beş tüməninə evimdən şey götür. İstəmirsənsə, dəstamazımı alım, həzrət Sahibüləmrin hüzurunda beş salavat çevirib savabını ölənlərinə verim.
– Necə yəni beş salavat! Hələ heç bir zad yoxdur, şəhərə bahalıq salmağa başlamısan kıl
– Sənin sözünə görə, yəni salavatın birisi on tümən bir qrandan əskiyəmi satılacaqdır? Eybi nədir, günün məzənnəsinə görə salavatını al!
– Önü nə sən bilirsən, nə də mən... Bu, həzrətin özündən asılıdır, salavatı neçəyə qiymət edərsə, o qiymətə də hesab edərik.
– Kəblə Səfərəli, bax, sənə də bir cüt başmaq şüğlzimməliyim vardır. Nə istəyirsən verim, təki həzrətin yanına üzüqara gəlməyim.
– Kəblə Qulaməli, bir fitənin nə qiyməti vardır ki, məni bədbəxt eləyirsən? Sənin hamamından bir fitə oğurlamışam, kasıblıq idi. Bir qələtdir eləmişəm, günahımdan keçi İmamın hüzuruna günahkar çıxmayım.
– Ağa Cəfər, bir süpürgənin əvəzinə gəl iki süpürgə verim.
Bu cür söhbətləri hər tərəfdən eşitmək olurdu, amma tacirlərdən, varlılardan və mülkədarlardan heç bir səs eşidilmirdi. Heç bir səs demirdi ki: «Ey filankəs, məni bağışla, arvadına evlənmək üçün qardaşını öldürmüşəmə. Heç bir nəfər demirdi ki: «Məni halal elə, hiyleyi-şəri düzəldib kəndini almışam, evinə sahiblənmişəm, pul müamiləsinə var-yoxunu Əlindəh çıxarmışam...) və s...
Söhbətlər çox uzun çəkdi, axırda məlum oldu ki, imam zühur etməmişdir, ancaq imamın Şeyx Əbdüləzəlin kisəsinə qoyduğu qızıldan birisini gətiriblər, pulu ziyarət etmək üçün camaat Sahibüləmr məscidinə yığılmış imiş. İmamın zühur etməməsi xəbərindən öz günahını boynuna alanlar qazanmadı.
Əlli beş tümən sahibi öz pulunun əvəzinə on salavat çevirmək istəyənin yaxasındant tutub:
– Ver bura mənim əlli beş tümənimi, oğru qırışmal, sənin özün nəsən ki, salavatın nə olsun?
Kəblə Səfərəli də başmaq oğurlaynın ayağından başmaqlarını çıxardıqda:
– Çıxar başmaqlarını, haramzadə köpək oğlu, sənin kimi oğrularin üzünə imam zühur etməz! - deyirdi.
Hamamçı da öz fitəsinin əvəzinə fitə oğurlayanın qurşağını belindən açırdı. Ağa Cəfər də süpürgə oğrusundan çığırda-çığırda iki qranını çıxarırdı.
Bu cür vuruşmaları Sahibüləmr meydanının hər tərəfində görmək olurdu.
Axşam saat 9-a qədər bu vuruşmalar davam etdi. Camaatı məs- «idin qabağından dağıtmaq mümkün deyildi. Kisəsini bərəkətləndirmək üçün yüzlərlə adam şeyxin göndərdiyi qızılı kisəsinə salıb çıxarmışdı, lakin bu csəadəbə bir çoxlarına qismət olmamlışdı.
İngilislərin və çar konsulunun düzəltdiyi bu macəra hələlik müvəffəqiyyətlə irəliləməkdə idi.
Axşam saat 11-də Məşədi Kazım ağa gəldi, basabasda başmağınin bir tayı ilə bərabər börkünü itirmişdi. Mən ona:
– Məşədi Kazım ağa, söhbətlə görəknə gördün? - dedikdə o gülərək:
– İmam-zamanı hələ görməmişdən bir tay başmaq ilə börkümü itirdim, özünü görsəydim, yəqin ki, evə lüt gələcəkdim, – dedi və qəhqəhə ilə güldü.
– Pulu gördünmü? Nə cür pul idi?
Pul qızıl puldur. İran əşrəfiləri böyklüyündədir. Bir tərəfində Qaimül-Məhəmməd, o biri tərəfində isə «Zər» Filbəldətü-Samiriyyə) sözləri yazılmışdır!.
Heç şübhə yoxdur ki, bu paralar ya Londonda, yainki çar Petroqradının sikkəxanasında kəsilmişdi.
Şeyx Əbdüləzəl Müəyyədin özünə məxsus şeyləri iki ata yüklənmişdi. Şeyxin özü və onun yoldaşları ata yüklənmiş şeylərə o qədər də əhəmiyyət vermirdilər. Şeyxin bütün diqqəti öz boynuna həmail etdiyi Quranda idi. Şeyx boynundan asdığı bu Quranı heç vaxt yerə qoymurdu. O oturduğu və söhbət etdiyi, hətta şam yediyi zamanda da onu öz yanında dolandırırdı, ancaq su başına çıxdığı zaman, yanındakı Quranı öz xidmətçisi olan bir hindliyə tapşırırdı.
Şeyx Əbdüləzəlin qafiləsi Payintağ” kəndindən təzəcə köçmüşdü, qafilə hələ Miyartağa çatmamışdı. Şeyx Əbdüləzəlin gəcavəsini daşıyan atın ayağı sürüşdü. Şeyx kəcavə ilə bərabər yıxıldı, Kəcavəni tutmaq və şeyxi mühafizə etmək üçün hər tərəfdən köməyə gəldilər. Şeyxi bizim tərəfimizdən təqib edən Salah Müseyiboğlu da hamıdan qabaq ona yanaşdı və şeyxin qolundan tutub qaldırmaq
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-seyx-ebdulezel-gelir
Use ← → keys to move, R for a random poem
More by this author
1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər" Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik.
Polkovnik BerezovskiTəbrizdə çar və ingilis Pandarm idarələrinin təzə casus təşkilatı düzəltdiyini çar konsulxanası katibi Mirzə Ələkbər xan, eləcə də Mahru bizə xəbər vermişdi, Nina da bu barədə konsulxanada təzə hazırlıqlar aparıldığını və sərdar Rəşidin tez-tez konsulxanaya çağrıldığını söyləyirdi.Son günlər inqilabi komitənin bütün fəaliyyəti bu təşkilatı öyrənmək işinə həsr olunmuşdu. Lakin bir nəticə əldə edilməmişdi.
Şeyx Əbdüləzəl MüəyyədTəbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar.15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi.
Arşak SurenyansMən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.