Page 2 of 3 · 33%

I Yəni Samiriyyə şəhərində kəsilmişdir.

? Sərpul ilə Kirmanşah arasında bir kürd kəndidir. bəhanəsi ilə boynundan açdığı Quranı kəsdi və özünü meşəyə salıb aradan çıxdı. Şeyxi qaldırıb kəcavəyə qoydular. Onu gətirmək üçün gedən dini heyətin üzvləri kəcavənin sağında, solunda piyada olaraq gedir və şeyxi mühafizə edirdilər.

Hələ o qədər gedilməmişdi ki, şeyx həyəcanlı bir surətdə səsləndi:

– Saxlayın kəcavəni! – Kəcavəni saxladılar, qafilə dayandı. Şeyx bir daha yanındakılara müraciət edərək: – Allahın kəlamını itirmişəm! Qayıdın, bəlkə onu yıxıldığım yerdə salmışam. Onu axtarmaq lazımdır, – deyə qışqırdı.

Şeyx özü də kəcavədən düşdü. Hava hələ işıqlanmamışdı, gün çixana qədər dayandılar, hər tərəfi axtardılar, lakin heç bir şey tapılmadı. Şeyx Əbdüləzəl Müəyyəd Təbrizə getməkdən boyun qaçıraraq:

– Görünür ki, həzrət Sahibüləmr təbrizlilərin gözünə görünməyi məsləhət görməmişdir, siz günahkar xalqsınız, Allahın kəlamı sizin ortalığınızda yox oldu.

Bu söz dini heyətin hissiyyətinə toxundu, onlar bir-birinin şeylərini və üst-başını o ki, lazımdır axtardılar, lakin bir şey əldə edə bilmədilər.

Qafilə xalqı şeyxə müraciətlə:

– Atamız, anamız sənə fəda olsun, bəlkə də, Allahın kəlamı Payintağdakı mənzildə qalmışdır? – dedikdə Şeyx:

– Mən bilirəm ki, oradan hərəkət edəndə kəlami-şərif mənimlə barəbər idi, Sizin şübhəniz qalmamaqdan ötrü yenə də Payintağa adam göndərmək lazımdır, – dedi və şeylərin dalınca bir nəfər çaparı göndərdilər.

Müseyib isə şeyxin həmallini götürdükdən sonra onu yoxladı və lazım olan vəsiqələrin əldə edildiyini gördükdə birbaşa Təbrizə yola düşdü və Şeyx Əbdüləzəl Müəyyədin qafiləsindən səkkiz gün əvvəl Təbrizə çatdı.

Şeyxin həmailindəki vəsiqələr olduqca mühüm vəsiqələr idi. Həmaildə Quran və sairə dini kitablar yox idi. Orada şeyxin vəsiqələri və iş planları idi, bunun üçün şeyx daim onu öz yanında gəzdirir və heç bir kəsə etibar etmirdi.

Şeyxin vəsiqələri ingilis və ərəb dillərində idi. Şeyxin rəngi və çöhrəsi, özünün avropalı olmasını göstərirdi.

Həmaildə tapılan vəsiqələrin birisində şeyxin Afrikada Hürran şəhəri xaçpərəst ərəblərindən (or) Tüyuş adında bir ingilis missioneri olduğu meydana çıxdı.

Şeyx Londonda xəfiyyəçilik məktəbini bitirdikdən sonra Sudanda və Misirin Qradan və Mənfis şəhərlərində bir neçə il müsəlmanlar arasında ruhanilik etmiş, nəhayət, dünya müharibəsi başlandığı vaxt Misirdə ingilis xəfiyyə təşkilatından aldığı əmrə əsasən Bağdad şəhərinə gəlmiş, orada fəaliyyətə başlamışdı.

Şeyx tək deyildi, onun ətrafında on beş nəfər də başqa ruhanilərin adları yazılmışdı.

Şeyx Əbdüləzəlin xüsusi katibi Ağayi Nəhavəndinin adını miss Hannaya oxuduğumuz zaman o güldü və Amerika konsulxanasında olan alman xəfiyyələrinin cədvəlinə baxaraq dedi:

– Nəhavəndi İran qaraçılarındandır. O, 1889-cu ildə Urmuda alman missioneri Rozenin yanında nökər olmuş və onunla bərabər Almaniyaya getmişdir. 1905-ci ilə qədər Almaniyada təhsil almış və iranlı olduğu üçün Almaniya xəfiyyə təşkilatları tərəfindən Kərbəla və Nəcəfə elmi-ilahi təhsilinə göndərilmiş, 12-ci ildə «Ağayi Nəhavəndib ləqəbi ilə müctəhid olmuşdur. Əsl adı Səlimdir. Ataanası məlum deyil, Urmuda almanların açdığı yetimxanada böyümüşdür. Ağayi Nəhavəndi alman xəfiyyə təşkilatının tapşırığına görə ingilis xəfiyyə təşkilatında xidmətə girmişdir.

Təbrizə gələn bu ingilis xəfiyyəsinin başındakı ruhanilərin içərisində osmanlı mənfəətinə çalışan Şeyx Yəhyayi Hilvi, rus mənfəətinə çalışan Mirzə Hüseyn Yəzdi və sairələri də var idi.

Biz ancaq Təbriz xalqına Şeyx Əbdüləzəl Müəyyədin simasını göstərməyə və onların kimlərə aldandığını aydın etməyə çalışırdıq. Şeyx hələ Təbrizə gəlməzdən əvvəl biz heç bir iş görməməli idik. O gəlməmişdən qabaq onu ifşa etmək yaramazdı, ola bilərdi ki, ifşa edildiyini eşitdiyi zaman Təbrizə gəlməz, qayıdıb Bağdad şəhərinə gedərdi.

Bunun üçün biz də hazırlıq aparırdıq. İntibahnamələri, vərəqələri hazır edirdik, şeyxin Londonda oxuduğu zaman ingilis qiyafəsindəki rəsminin klişesini düzəldirdik.

Onun xəfiyyə məktəbi qurtardığına aid diplomun fotosunu aldırdıq. Onun Misirdə ikən boynunda xaç olaraq aldırdığı bir rəsmini də klişe etdirmişdik. Nəhayət, onun Bağdadda, Samiriyyədə, hətta İran sərhədini keçirkən əmmaməli alınmış rəsminin də klişesini çıxarmışdıq.

Bir çox vərəqə və intibahnamələri Şeyxin Misirdə xaçpərəstlikdə, Londonda xəfiyyə məktəbində, Bağdadda isə ruhanilikdə aldırdığı şəkillərlə bəzəmişdik. Şeyx Təbrizə gəlincəyə qədər bizim bütün hazırlıq işlərimiz qurtarmışdı.

Nəhayət, mən sərdar Rəşiddən belə bir məktub aldım:

“Şeyx Əbdüləzəl Müəyyədin istiqbalına getmək üçün düzələn siyahıda sizin və Ağayi Məşədi Kazım ağanın da ismi-şərifləri vardır. Rica edirəm ki, bu dəvəti rədd etməyəsiniz.

Sərdar Rəşidə.

Bazar-dükan bağlanmışdı, lakin bu çox da təəccüblü deyildi, çünki İranda adi bir adam belə Kərbəla və yaxud Xorasan ziyarətindən gəldiyi zaman camaat bazar-dükanı bağlayıb onun istiqbalına gedirdi.

Lakin Şeyxin istiqbalına gedənlərin sayı daha çox idi. Şeyxin Kovkan şəhərindən hərəkət etdiyinə dair teleqram alındığı zaman, Təbriz camaatı arvad-kişi Sərdrud kəndinə doğru axıb gedirdi.

Kəci! qəbiristanından başlamış, Yanıq və Goran tərəflərinə qədər yolun hər iki tərəfi camaatla dolu idi. Biz Məşədi Kazım ağa ilə faytonda getdiyimiz zaman uzunqulaq, fayton, araba və atla istiqbala gedənlərin qalın dəstələrini yarıb getməyə məcbur olurduq.

Yolda yorulanlar dincini alır, acmışlar süfrəsini açıb çörək yeyir, üşümüşlər tonqal düzəldib qızışır, eyni zamanda dərvişlər də oxuyur, kəşkülünü onun-bunun qarşısında tuturdu.

Biz Sərdrud kəndinə yetişdiyimiz zaman Azərbaycan valisi» sərdar Rəşid də avtomobillə şeyxin istiqbalına gəlmişdi. Kəndin damları, küçələri, meydanlar, bazarçalar camaatla dolu idi. Yaxın kəndlərin avam camaatı şeyxin üzünü görmək üçün Sərdrud kəndinə yığışmışdı. Şeyxi Təbrizə təntənə ilə daxil etmək üçün bütün hazırlıqlarla bərabər bir də təzə fayton gətirmişdilər.

Lakin şeyx o təntənənin heç birisini qəbul etmədi, faytona da minmədi, öz gətirdiyi «taxt-rəvamə ilə Təbrizə daxil olmasını arzu etdi.

Kütlələr şeyxi görmək istəyirdi, lakin heç kəs buna nail ola bilmədi, çünki: «Müqəddəs adamların murdar və günahkar xalqa görünməsi günahdırə deyə o, başını taxt-rəvandan dışarı çıxarmadı.

Camaatın həyəcanını onların təkrar-təkrar salavat çəkdikləri göstərirdi. Nəhayət, şeyxin katibi Ağayi Nahavəndi başını taxt-rəvandan dışarı çıxarıb səsləndi:

– Əyyühəmnasl Həzrət Əbdüləzəl Müəyyəd sizə Qaimül-Məhəmməd tərəfindən gətirdiyi salamı təqdim edir.

Bu sözdən sonra gurultu, salavat səsləri ucaldı və dərhal taxt-rəvanı daşıyan qatırların ayağı altında 40 qoyun qurban kəsildi.

kkok

Şeyx Əbdüləzəl Müəyyədin qafiləsi təntənəli bir surətdə Təbrizə daxil oldu. Taxt-rəvan müctəhidlərin, şəhər əyanlarının arasında gedirdi, bütün küçələrdə qurbanlar kəsilirdi. Şeyxi istiqbal edənlərin içərisində faytonlarda gedən əyanlar və aristokrat qadınları da var idi. Ağ uzunqulaqlara minmiş üzü ağ pərdəli qadınlara da tez-tez təsadüf edilirdi. Salavat və €Ya Əlibə səslərinin içərisində, uzunqulaqların cilovundan tutub çəkən nökərlərin €Xəbərdar! Xəbərdarlp səsləri də eşidilirdi. Dar küçələrdən, dolaşıq döngələrdən keçmək mümkün deyildi, nəhayət, axşam qaranlıq düşəndə ağanın qafiləsi Mirzə Həsən ağanın qapısında dayandı. Şeyx burada mənzil edəcəkdi.

Taxt-rəvan dayanan kimi Hacı Mirzə Həsən müctəhid və Mirzə Kazım ağa imamcümə Şeyx Əbdüləzəl Müəyyədin qolundan tutub taxt-rəvandan düşürdülər, salavat səsləri altında içəri apardılar.

Gecə çox soyuq idi, buna baxmayaraq, Mirzə Həsən ağanın evinin ətrafında minlərlə adam ayaq üstündə gecələyirdi. Şeyx Əbdüləzəl Müəyyəd ayağını qoyduğu yerlərin torpağını qadınlar bir qarış qədər qazıyıb götürmüşdülər.

Gecə səhərə qədər Təbrizin, xüsusən də Dəvəçi məhəlləsinin küçə bazarçaları açıq idi, camaat yatmaq istəmirdi, çünki «İmam-zamanın? yanında gələn və Təbriz xalqına imamın zühuru xəbərini gətirən Şeyx Əbdüləzəl Müəyyəd sabah həzrət Sahibüləmr məscidində camaat namazı qılacaq idi. Buna görə də şeyxi yaxından görməyə maraqlanan avam təbəqələr axşamdan bəri evinə getməyərək məscidin həyətində və qapısında sübhün açılmasını gözləyirdi.

Lakin avam təbəqələrin və eyni zamanda ingilis və çar konsulxanalarının bu arzusu həyata keçə bilmədi, çünki artıq bizim intibahnamələr havadan yağan qar kimi Təbrizə yağmışdı. Divarlar, məscidlərin, hamam və karvansaraların qapıları, tinlər, döngələr, bəndərlərin hamısında bizim intibahnamələri görmək olardı.

Şeyx Əbdüləzəl Müəyyəddin hər libasda olan şəkli, onun vəsiqələri, onun vaxtı ilə Təbrizə gələn Çarlz Vilyam adlı nümayəndəsi və onun şəxsiyyətinə aid bütün sübutları Təbriz divarlarında oxumaq mümkün idi. Konsulxanaların qapısına yapışdırmaq üçün xüsusi intibahanmə çap etdirmişdik.

İngilis konsulunun qapısına bu məzmunda bir itibahnamə atılmışdı:

eCənab konsul!

İmamı zühur etdirmək macərası artıq köhnəlməyə başlamışdır, çünki sizin cdemokratikə hökumətiniz bu fırıldağı Afrikada və Şərqın başqa-başqa məmləkətlərində bir neçə kərə həyata keçirmişdir. Siz Şərq xalqının dinçi və mövhumatçı olduğundan istifadə edərək imam zühurundan başqa, peyğəmbərlər də yaratdınız, siz Bab və Bəhanın islamiyyətdə müəyyən bir təriqətin banisi olaraq aralığ çıxdığı zaman ona peyğəmbər libası geyindirib islam xalqları içərisində təfriqə yaratmağa çalışdınız. Lakin bu silahınız da köhnəlmişdir, hazırda Şərq xalqları Bab və Bəhanın bir dini müəssisəsi deyil, ingilislər əlində alət olduqlarını anlamışlar. Hazırda nə sizin hərranlı xaçpərəst ərəb /or) Tüyuşu Şeyx Əbdüləzəl Müəyyəd donuna saldığınız, nə də Londonda Laurensin xəfiyyə məktəbini bitirən Çarlz Vilyamı Ağayi Rübnüma donuna salıb, Təbrizə göndərmək kimi firıldaqlarınız müvəffəqiyyət qazanmadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Rəfizadə

1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər" Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik.

22 min
Polkovnik Berezovski

Təbrizdə çar və ingilis Pandarm idarələrinin təzə casus təşkilatı düzəltdiyini çar konsulxanası katibi Mirzə Ələkbər xan, eləcə də Mahru bizə xəbər vermişdi, Nina da bu barədə konsulxanada təzə hazırlıqlar aparıldığını və sərdar Rəşidin tez-tez konsulxanaya çağrıldığını söyləyirdi.Son günlər inqilabi komitənin bütün fəaliyyəti bu təşkilatı öyrənmək işinə həsr olunmuşdu. Lakin bir nəticə əldə edilməmişdi.

9 min
Şeyx Əbdüləzəl Müəyyəd

Təbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar.15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi.

6 min
Arşak Surenyans

Mən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.

15 min

Poems by other poets