Page 1 of 2

Çar konsulu Təbrizdə vəliəhdlərə məxsus Şəmsülimarənil boşaltmışdı. Şəmsülimarə binası vəliəhdin Təbrizə gəlməsi münasibəti ilə təmir edilirdi.

İran hökumətinin vəliəhdi Təbrizə göndərməkdə məqsədi özünün Azərbaycandakı hakimiyyətinin mövcud olduğunu göstərməkdən ibarət idi, çünki səltənətin vəliəhdi daim Təbrizdə yaşamışdı. İranın bu məqsədini çar diplomatları da lazımi qədər anlamışdı, onlar bütün varlığı ilə vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsinə mane olmaq istəyirdilər.

Hələ 1915-ci il yanvarın 18 və 20-də xariciyyə naziri Sazonov Qafqaz canişini Vorontsov-Daşkova və Tehrandakı çar səfiri Etterə vurduğu teleqramında, vəliəhdin Təbrizə gəlməsinə razı olmadığını bildirmişdi.

Bu teleqramda Sazonov sərdar Rəşidin Təbriz hökumətində qalmasını məsləhət görür və bunu da İran hökumətindən tələb edirdi.

Bu barədə Təbriz general-konsulu sərdar Rəşidi təbrik edərək:

– Rusiya sizin Təbrizdə qalmağınızı lazım bilmişdir, cənab Sazonov bu barədə Tehran səfiri vasitəsilə İran hökumətinə xəbər vermişdir, – demişdi.

Axşam sərdar Rəşid Mahrunu da götürüb bizə gəlmişdi. O, hər bir söhbətdən qabaq, həmişə olduğu kimi dedi:

– Cənab general-konsul bəndəni yanına çağırmışdı, tapşırdı ki, yerinizdə möhkəm oturun, çar hökuməti ancaq sizin idarənizə inanır. İndi hökumətin dostluğunu ancaq siz möhkəm bir surətdə davam etdirə bilərsiniz. Vəliəhdin Təbrizə gəlməsi doğru olsa belə, peşəkar” yenə də siz cənab olmalısınız.

Mən sərdar Rəşidi bu xəbərdən təbrik etməklə bərabər, dediklərinin də heç birisinə inanmırdım, çünki miss Hama vasitəsilə Amerika konsulxanasından aldığım məlumat onun dediklərinin tamamilə əksinə idi.

Çar konsulu yaxşı bilirdi ki, sərdar Rəşidi iş başında saxlamaq mümkün olmayacaqdır. Ruslar vəliəhdin peşəkarlığına əvvəlcə sərdar Rəşidi təklif etdilər. Lakin İran hökuməti bunu qəti rədd etdi, nəhayət, xariciyyə naziri Sazonov rusların parası ilə yaşayan şahzadə Fərmanfərmanın namizədliyini qoydu.

İran hökuməti Azərbaycana öz inanılmış adamlarını qoymaq üzərində ciddi mübarizə apardığından vəliəhdin peşəkarlığına, rus əleyhdarlığı ilə məşhur olan Nizamülmülkü təyin etdilər. Təbiidir ki, mən bunları sərdar Rəşidə deyə bilməzdim, çünki o öz mövqeyindən naümid olduğu üçün təlaşa düşər və bizim sirlərimizi çar hökumətinə verməklə öz mövqeyini müdafiə etmək istərdi. Bunun üçün də mən ona təsəlli verməklə:

– Zənn edirəm ki, Rusiya dövləti sizin mövqeyinizin xələldar olmasına heç vaxt razı olmaz, – dedikdə öz xalqının xaini və öz millətinin əleyhinə işləyən bu casus dərindən bir ah çəkərək:

– Siz çar hökumətini tanımırsınız! – dedi. – Onlar bir nəfər sərdar Rəşiddən ötrü bir hökumətlə baş-başa vurmazlar. Hacı Səməd xan bütün aləmi onlar üçün qırıb məhv etdi, axırda nə kimi mükafat aldı? Onlar məni də Hacı Səməd xan kimi mükafatlandıra bilərlər, çünki artıq mən onlara lazım deyiləm!

Mən yenə də çar agentinin bu sözlərini təsdiq edə bilmədim, çünki onun vicdanı mənim üçün aydın idi, o özü dediyi sözlər mənim adıma bağlayaraq konsula xəbər də verə bilərdi.

– Səhv edirsiniz, – dedim, – siz özünüzü Hacı Səməd xanla müqayisə etməyin, siz çarın cUqab səfidə. nişanını daşıyırsınız, çar hökuməti onu hər adi və sadə adamların döşünə taxmazl Siz məni eşidin, çar hökuməti o nişanın xatirəsi üçün sizi hər zaman və hər ehtimala qarşı müdafiə edər. Tutalım ki, vəliəhd gəlir, qoy gəlsin: şükür Allaha, möhtac ki, deyilsiniz. Rusiyadan böyük miqdarda təqaüd alırsınız. Siz vəzifə olmadan da yaşaya bilərsiniz. İran hökuməti də sizi vəzifəsiz qoymayacaqdır.

Sərdar Rəşid yenə də ah çəkdi.

– Doğru deyirsiniz! Hərgah əvvəlki vaxtım olsaydı, ömürlük işləməsəydim, yenə bir kəsə ehtiyacım olmazdı. Bir kürur” dövlətimi apardılar. İndi heç bir şeyin sahibi deyiləm!

Mən yenə də ona təsəlli verdim.

1 £Ağ oryolb.

2 Kürur -— bir milyon manat.

– İndi elə bir zamandır ki, bir həftənin sözünü danışmaq caiz deyil: vəziyyət hər an və hər dəqiqə dəyişə bilər. Mən həzrət əşrəfə belə məsləhət görürəm ki, vəliəhd Təbrizə gəlsə də, heç bir işə qarışmayıb, çəkilib öz evində otursun.

– Mən də bu cür düşünürəm. Oturub görək işin axırı necə olur.

Bir azdan sonra Nina gəldi, çünki Mahru sərdar Rəşid bizə gələn kimi Ninanı çağırmaq üçün adam göndərmişdi.

Nina gələn kimi söhbətin mövzusu dəyişdi. Sərdar Rəşid onu gördükdə yenə də öz sevgilisi İraidanı xatırladı.

– Doğrudan da, elə bildim ki, İftixarissoltan içəri girdi, – dedi və fikrə getdi.

Sərdar Rəşidə təzəcə qəlyan vermişdilər ki, evindən telefon etdilər. O bizimlə vidalaşıb getdikdə:

-Hökumət dairəsindən çağırırlar, – dedi.

Biz ona inanmadıq, çünki onu çar konsulu çağırırdı. Təbrizdə ingilis və çar hökumətinin ifşa edilməsi sərdar Rəşidin vəziyyətini bir daha ağırlaşdırmışdı, o, çıxılmaz vəziyyətdə idi. O bizi yaxşı tanıyırdı, bütün bu işlərin bizim tərəfimizdən ifşa edildiyini bilirdi, lakin bunu açıb bir yerdə deyə bilmirdi, çünki özü də bu işlərdə iştirak etmişdi.

Mahru və Nina mənim yazı stolumun yanında oturmuşdu. Bu günlər özümü olduqca rahat hiss etdiyimdərn bu iki qızla bir an oturüb söhbət etmək və hallarını soruşmaq istəyirdim. Ninanın yaşadığı ev, mən özüm yaşadığım binada olduğuna baxmayaraq, son vaxtlar onunla şəxsi söhbətlər üçün vaxt tapa bilmirdim. Onun kimi də Mahrunun sərdar Rəşidin evindəki vəziyyətindən xəbərim yox idi.

Mən onların vəziyyətini düşündüyüm zaman hər ikisi kirpiklərini bir-biri üzərinə töküb baxırdı. Mən onların İran inqilabına göstərdiyi məsul və ağır xidmətlərini bir-bir xatirimdən kçirirdim. Bu qızların hər ikisinin 11-ci illərdə alınmış şəkilləri yazı stolunun üstündə idi. Mən bir onların özlərinə bir də şəkillərinə baxıb müqayisə edirdim. Onların nə qədər dəyişdiklərini gördüyüm zaman özüm hiss etmədən belə başıma hərəkət verərək:

– Gəncliyi çeynəmək üçün, -— dedim, – hadisələrin dişləri bir «əlladın silahından daha kəskindir!

Nina bu sözümdən təəssüflü bir surətdə gülümsədi və mənim üzümə baxdı. Mahru isə özünəməxsus bir hərəkətlə qara kirpiklərini bir-biri üzərindən qaldırıb, titrəyən göz bəbəklərini dolandırıb mənə baxdı və dedi:

– Elədir, qardaşım! Xəyal və düşüncə insanların daxili düşmənidir. Bir cəlladın iti silahı qarşısından qaçmaq mümkündür, lakin minlərlə kədərlərdən süzülüb qəlbə dolan fikirlərin silahı qarşısından qurtarmaq mümkün deyildir. O kimi kədərlər insanları zəhərlə yox, şəkər xəstəliyi tutan xəstələr kimi şəkərlə zəhərləyib öldürür, onun varlığını gündən-günə əridir. Sən bizi gözdən keçirdiyin və bizim şəkillərimizə baxdığın dəqiqələrdə mən sənin qəlbini oxuyurdum, sən bizim dəyişib-dəyişmədiyimizi müqayisə edirdin. Mən bütün xalqın azadlığını, səadətini istəyirəm. Bu yolda öz həyatımı təhlükə və uçurumlar qabağına atmağa hazıram, bunu qardaş özü də gözəlcəsinə bilir, lakin mənim özümün xalq üçün istədiyim səadətdən, xalq üçün dilədiyim azadlıqdan heç bir payım yoxdur. Mən yenə də əsirlikdə, həqarət içərisində, gecələri səhərə kimi qorxulu fikirlərin pəncəsində sərdar Rəşidin işgəncəsi altında yaşamaqdayam, bunların nəticəsində də, əlbəttə, sən dediyin kimi olacağam.

Mən özüm də hiss etmədiyim halda ağzımdan çıxardığım söz Mahrunun çoxdan bəri danışmaq istədiyi dərdlərini coşdururdu. O da öz sözlərini dedikdən sonra yenə də kirpiklərini bir-birinin üstünə töküb oturmuşdu.

Mən onları bir daha nəzərdən keçirdim, onların hər ikisinin çöhrəsində gəncliyi göstərən nişanələr bitir və qızlığa məxsus şad baxışlar sönüb gedirdi. Xüsusən Nina tamamilə dəyişmişdi. Onun çöhrəsi ağır bir ailəni idarə edən yorğun bir qadının baxışlarını andırırdı. Son vatlar o, əvvəldə olduğu kimi özünün qeyri-müəyyən olan həyatından da şikayət etmirdi. O, bir tərəfdən mənim ağır vəziyyətdə olduğumu hiss edir, o biri tərəfdən də öz məsuliyyətli vəziyyətinin ağırlığı nəticəsində öz həyatı və öz sevgi məsələlərindən söz açmağa macal tapmırdı, ancaq mən bir təhlükə qarşısında olduğum zaman o:

– Sənə bir şey olmayaydı, – deyib ağlardı.

Artıq bir-birinin təqib edən qorxulu hadisələr onun əsəblərini möhkəmlətmişdi, qız inqilab cəbhəsində vəzifə daşımağa adət etmişdi.

İstər Mahru, istərsə Ninada gördüyüm bu mətanət, bu qırılmaz iradə bəzən mənim özümə də qüvvət verir və mübarizədəki inadımı artırırdı.

Mən bəzən mübarizəni qurtarıb Təbrizdən çıxmaq istədiyim zamanlarda Mahru sanki mənim qarşımda durub, «Mübarizədən qorxdunmu?ə) – deyə mənə gülürdü. Mən bu fikirlərdən sonra başımı qaldırıb onların hər ikisinin əllərini tutaraq:

– Bizim qazandığımız zəfərlər kütlələrin iradə və mətanətindən doğan bir məhsuldur. Bu zəfərlərin tarixində, müharibə səngərlərində can verən altmış nəfər Təbriz qadını ilə bərabər Zeynəbin, Mahrunun və Ninanın da adı yazılacaqdır. Mən hərgah bir yazıçı, bir romançı olsaydım, qadınlar haqqında böyük romanlar və poemalar yazardım, çünki Təbrizdə apardığımız mübarizədən aldığım təcrübələr mənim üçün böyük həqiqətləri göstərdi. O həqiqətlər, bəzi qadınların kişilərdən daha möhkəm olmasından ibarətdir. Mən Təbriz müdafiəsində köpək səslərindən hürkən kişiləri gördüyüm kimi, sağ-solunda partlayan top mərmilərinin dəhşətinə soyuqqanlı baxan qadınları da gördüm: əl bombaları tutub düşmən tərəfə atan Zeynəbi də xatırlayıram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Azərbaycan çar qubernatoru Səməd xana

dBu məktubu sənə bütün Azərbaycan kəndlisi, işçisi, yoxsul və inqilabçı kütlələri tərəfindən yazırıq.Sən bu məktubu yaxşı oxumalısan. Çünki sənin müqəddəratını həll edən məsələlərin hamısı bu məktubun içindədir. Sən 11-ci ilin məhərrəmində çar hərbi səhra məhkəməsinin vəzifəsini həyata keçirməklə, Azərbaycanın ən seçilmiş adamlarını dara çəkdin. Sən bu günə qədər də eyni vəzifəni ifa etməkdəsən. Çar cəlladları əllərini boyamaq istəmədiyi qanlar sənin əlinlə tökülməkdədir.

4 min
Sarı Ağabala xan

Hacı Səməd xan bir gün əvvəl Peterburqa məktub yazmaq istəliyini mənə söyləmişdi. Bu gün səhər saat 10-da Nizamüddövlə bana getdim.Onun görüşünə ya səhər çayına, ya nahar yeməyinə, ya da şam axtı getmək olardı.

5 min
Yeni intibahnamələr

Təzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu.İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi.

4 min
Konsula və Peterburqa yazılan məktublar

Hacı Səməd xanın tapşırığına görə, saat doqquzda onun məktubarını yazmaq üçün Nizamüddövlə bağına getmişdim.Azərbaycan valisi, iyun istilərinə baxmayaraq, kiçik bir otağa yapanmışdı. Mən haman otağa girərkən məcmuələrdə sultan Əbdülhəmidin həyatına dair oxuduqlarım yadıma düşdü. Qapılar, pəncərələr qapalı idi. Pəncərələrin dalına bərkidəcəklər və ağır şeylər salınmişdı. Stol üzərində tapançalar, bucaqlarda isə tüfənglər dururdu. Mən Təbriz cəlladını belə bir dəmir qəfəsin içərisində ziyarət etdim. O mənim əlimi çox bərk sıxdı, yanında yer göstərdi. Onun birinci sözü bu oldu:

4 min

Poems by other poets