Üsyan
Page 2 of 2 · 50%
Üsyançı xalqı sakit etmək mümkün deyildi. Mülkü əlindən alınan, oğlu, qardaşı öldürülən və qızları alınıb Bağdada göndərilənlər bir ağızdan cəza tələb edirdilər. Əmirin sarayındakı beş yüz nəfərdən ibarət cariyə, kəniz və xidmətçini bir yerə yığıb məscidə doldurdular. Saraydan hökumətə məxsus olan şeylər və vəsiqələr vaxt ikən köçürüldü, ondan sonra saray xalqın ixtiyarına buraxıldı. Kənizlərin və qarovulların əlinə azadlıq kağızları verilib buraxıldı. Cariyələrin hamısına evlərinə və ailələrinə qayıtmaq üçün yol xərci verilib yola salındı.
Üsyandan bir həftə keçmiş Əmirin vəziri Toxtamışı edam etmək üçün Məlikşah meydanında dar ağacı qurulmuşdu. Minlərcə adamın gözü qarşısında Toxtamışı dar ağacının altına gətirdilər. Fəxrəddin bir səkinin üstünə çıxıb meydana yığılan xalqa müraciət edib dedi:
– Aran xalqı! Nəhayət, intiqam almaq növbəti, illərdən bəri əzilənlərin, həqarətlər və işgəncələr görənlərin əlinə yetişmişdir. Həmin bu dar ağacında asılacaq zat qırx ildən bəri bizim minlərcə günahsız qardaşlarımızı və əziz vətəndaşlarımızı dar ağacına çəkmişdir.
Din və şəriət pərdəsi altında işləyən bu dinsizlər, xəlifə, Allah və peyğəmbərlər adından danışaraq pula, mala, var və dövlətə, insan zəhmətinin bol-bol istismarına qənaət etmədilər. Hər şeyi aldılar. Kişiləri dar ağacının altına, qadın və qızlarımızı isə hərəmxanalara götürdülər. Şəbran, Beləqan, Bərzənd, Kəştasəfi qızları Bağdad xəlifələrinin sarayına hədiyyə göndərildi. Xalqın əziz və gözəl qızlarını qoyun sürüsü kimi saraylara sürüb bir-birlərinə bağışladılar. Bu gün Əmirin sarayında olan minlərcə qızlar, kənizlər, cariyələr, xidmətçi qadınlar azad edilmişdir. Hazırda Əmir İnancın yaxası bizim əlimizə keçmiş, ondan Bağdada göndərilən qızları tələb edirik. Bu gün zalimlərdən haqq-hesab çəkməyə səlahiyyətimiz vardır. Biz heç kəsdən qorxmuruq. Qoy bu intiqam üçün bizi cəzalandırmaq istəyən atabəylər də öz qoşununu götürüb bizim üstümüzə gəlsin. Biz azərbaycanlılar yabançıların istilasına qarşı apardığımız mübarizədə çox düşməni əzmişik. Bu mübarizə və üsyan davam edəcəkdir. Azərbaycanlılar, indi işə başlamalısınız!
Fəxrəddinin bu sözündən sonra Toxtamışı dar ağacına qaldırdılar. Lakin əhali sakit olmamışdı. Onlar "Əmir, Əmir!" – deyə qışqırırdı. Həyəcana gəlmiş xalqın qarşısını almaq mümkün olmadı. Adamlar həbsxanaya hücum etdilər. Yarım saatdan sonra Əmirin bədəni də Toxtamışın yanından asılmışdı.
Gəncə xətibi və Gəncə qazisinin evləri qarət edildiyi zaman onların evlərindən hər cür musiqi alətləri, şərab ilə dolu küplər, kasalar və piyalələr çıxırdı. Gəncə camaatı bunları gördüyü zaman vaxtilə şairə Məhsəti xanımı çalıb-oxumaq üstündə Gəncədən sürgün etdirən qaziyə və xətibə lənət oxudular.
Gizli vəsiqələr yoxlandığı zaman bir çox mühüm və gizli məktubla bərabər, xəlifənin Əmir İnanca göndərdiyi bir neçə məktub da tapıldı. Azərbaycanın vəziyyətinə dair yazılmış məktubların birisində xəlifə Əmir İnanca belə bir göstəriş verirdi:
“Əhalisi ərəb olmayan məmləkətlərdə xəlifə nüfuzunu bərpa etmək üçün silah işlətmənin vaxtı keçmişdir. Belə məmləkətlərdə dinin nüfuzunu qaldırmaq, xəlifənin nüfuzunu müdafiə etmək deməkdir. Siz xəlifənin nüfuzdan düşməsi səbəblərini ancaq dinin nüfuzundan düşməsində aparmalısınız.
Buna görə də çalışmalısınız ki, azərbaycanlılar ərəblərin onlara qəbul etdirdiyi dini geri qaytarmasın və başını dini hökmləri altından çəkib çıxarmasın.
Tarixdən aldığımız təcrübələr göstərir ki, islam dini hələlik Azərbaycan xalqının milli xüsusiyyətlərini yeyib məhv edə bilməmişdir. Babəkin və sairlərin üsyanları göstərdi ki, azərbaycanlılar islam dininin qanunlarını həzm edə bilməzlər. Çalışmalısınız ki, xalq bu dinə yabançı və məcburi bir din kimi baxmasın.
Siz əbəs yerə tək-tək ərəblərin Azərbaycanda yaşaya bilməsi üçün açıqdan-açığa ixtilaf çıxarırsınız. Bu çox sadə və faydasız bir mübarizədir. Onu bilməlisiniz ki, dini olduğu kimi saxlamaq ərəbi bütünlüklə saxlamaq kimidir. Məktubda Məhsəti xanım kimi şairənin köçürüldüyünü yazırsan. Bu mübarizə deyil, siz yalnız çalışaraq Məhsətiləri yaradan mühiti və şəraiti zəhərləyib məhv etməlisiniz.
Yazdığınız məktublar göstərir ki, din, təriqət və məzhəb işləri ilə xalq o qədər də maraqlanmır. Buna görə də vaxtlarını şerə, musiqiyə və milli mədəniyyət işlərinin inkişafına sərf edirlər.
Bunun üçün də mən keçən məktublarda sizə məsləhət görmüşdüm ki, ətrafdan din və təriqət alimlərini çağırıb dini mübahisələri xalqın arasına salın. Möcüzələr və xariqüladə hadisələr yaradılmasına çalışın.
Bilmirəm nə üçün Şimali Azərbaycanın dağlıq hissələrində olan müridbazlığı inkişaf etdirmirsiniz... Müridbazlıq yalnız xalqın şüurunu din ətrafında bir yerə yığmaqla kifayətlənmir. Müridlərdən düzələn dəstələri lazım gəldiyi zaman silahlı qüvvə yerinə işlətmək mümkündür”.
Əldə edilən məktubların içərisində başqa məktublar da var idi. O məktubların bəzisində xəlifə maddi yardım tələb edir, ipəklər, qumaşlar, xalçalar göndərilməsinə əmr verirdi. Məktubların birisində:
“Sənə on nəfər qara qul göndərdim. Əvəzində ağ bənizli cariyələr göndərməlisən. Hazırda hədiyyə vermək üçün Bağdadda gözəl cariyələr çox azdır”, – deyilirdi.
Məktubların birisində Qətibənin Qızıl Arslanla apardığı mübarizə və Qətibənin ona sui-qəsd hazırlamasına dair qısa cümlələr var idi. Məktubda Atabəy Məhəmmədin Şimali Azərbaycanda islahat aparmasına qarşı əngəl törədilməsi də tapşırılırdı.
Üsyan qurtarandan sonra Əmirin zirzəmilərində olan meyitlər çıxarılıb kim olduqları yoxlandı. Meyitlər içərisində beş-altı nəfər üsyançı vardısa da, qalanların hamısı üsyan heç bir əlaqəsi olmayan adamlar idi. Çünki əmirin əlinə hər kəs düşmüşdüsə: “Aranlıdır, məhv etmək lazımdır” – deyə edam etdirmişdi. Ölənlərin içərisində tacirdən başlayaraq saraya şey daşıyan hamballara qədər var idi.
Bunlardan əlavə, sarayın zirzəmilərində qırx ildən bəri harada məhv olduğu məlum olmayan bir çox üsyançıların və Əmirin sevmədiyi adamların sümükləri və nişanələri tapıldı. Qəbiristan şəkli almış zirzəmilərdə basdırılanların kimlər olduqlarını xacə Müfid bir-bir göstərirdi.
Zirzəmiləri öyrənmək işi bir aydan artıq davam etdi. Hər kəs, Aranın hər yerindən xəbər tutanlar Gəncəyə gələrək öz ölülərinin sümüklərini axtarırdı. Xacə Müfid ancaq bu vəzifəni ifa etmək üçün ölümdən qurtardı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-usyan
Use ← → keys to move, R for a random poem
More by this author
Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:
XIII. Əminənin romanıRaya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.
XIV. Sui-qəsdlərin vahid cəbhəsiİyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.
XV. Biçeraxov cəbhədən çəkilirBolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.
Poems by other poets
İki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,
Yenə naşad könlüm buldu yüz yerdən məlal, ağlarYenə naşad könlüm buldu yüz yerdən məlal, ağlar,Rəvan eylər iki gözdən dəmadəm əşki-al, ağlar.
Asan yollar, çətin yollarBombozuna acıyıram torpağın, daşın,Ruh oxşayan nə bir lövhə, nə axar-baxar.
Gəncə gözəliNigar Rəfibəylinin xatirəsinə*Üst-üstə qoyublar iki mərməri, –*