Üz-üzə
Page 2 of 3 · 33%
Onlar Şərqin ən zəngin musiqisindən həzz almaq istəmirdilər, oxuyanlar çalıb-oxuduğu zaman belə Helmi bəy yenə də xidmətçini səsləyərək:
– Yahu, o çənganəni bura çağırsana al.. – deyə qışqırır və oxuyanları ruhdan salırdı. Buna görə də qaraçının birisi gedib, başqası gəlirdi. Nəhayət, ziyafətin oxuyub çalmaq və oynamaq işləri qurtardı. Süfrə başına keçildi. Süfrədə içkidən başqa hər şey var idi. Mənim hər tərəfimdə Helminin planına görə bir nəfər zabit oturmuşdu, bunlar İbrahim Fovzi və Helminin yavərləri idi. Mənimlə üz-üzə oturan Tütünçüoğlunun sağ-solunda da iki nəfər zabit əyləşmişdi.
Süfrə başında oturanların hamısı rəsmi paltarda idi. Sərdar Rəşidin özü də rəsmi paltarını geyinmişdi. Birinci kərə onun belində kiçik ebrauninq? tapança görürdüm. Helmi, İbrahim Fovzi də öz yavərləri ilə bərabər rəsmi və hərbi uniformada idi, onların da kəmərində ckolbə sistemli tapançalar vardı.
Mənə elə gəlirdi ki, söhbətin haradan başlanacağı və ixtilafın nə cür aralığa atılması barəsində vaxtikən danışılmışdı. Söhbəti Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçi başlayacaqdı, onlar mənim üzümə baxırdı. Onlarla düşmən olduğum halda, ziyafətə gəlməyim hər ikisinə qəribə görünürdü. Onlar bizə çox yaxın oturmuşdu. Birinci olaraq Hacı Mirağa mənə müraciət edərək bir dost kimi danışmağa başladı.
– Məncə, sərkar Əbülhəsənbəy və onun tərəfdarları bizim təşəbbüsümüzü təqdir etməlidirlər.
Mirzağa Büllurinin bu sözündən süfrə başında oturanların hamısı qulaqlarını şəkləyib gözlərini geniş açaraq bizə baxırdı, çünki mənim Mirzağanın bu sözlərinə verəcəyim cavab bütün məsələni həll edəcəkdi. Mənə gəldikdə məsələni uzatmaq istəmirdim, çünki mənim cavabımdan asılı olmayaraq, onlar öz tədbirlərini həyata keçirəcəkdilər, mən onların sözlərinə «bəli, bəli» demiş olsaydım da, onlar məni buradan azad buraxmayacaqdılar. Bunun üçün də Hacı Mirzağaya cavab verib dedim:
– Hərəkətiniz, əsasən, mütəşəkkil və düşünülmüş bir hərəkət olsa belə, doğru sayıla bilməz.
Bu sözümdə məclisdə tamam bir sükut başlandı. Yaltaq tacirlərin qorxudan çöhrələri və vəziyyətləri dəyişdi, onlar mənim bu hərəkəti pisləməyimə təəccüb etməyə bilməzdilər, çünki gündə yüzlərcə iranlını zopa ilə vurduran Helminin yanında bu cür söz demək, həm həddindən artıq cəsarət, həmdə dəlilik sayılardı. Hacı Mirzağa Bülluri aranı qızışdırmaq üçün mənə sual verdi:
– Hərəkətimiz nə üçün doğru bir mehvər üzərində getmir?
Mən:
– Təbrizə gələn bu kiçik dəstənin ən başlıca ehtiyaclarından birisi, yerli xalqı öz ətrafında səfərbər etmək və onu ümumi düşmənə qarşı qoymaqdan ibarət olmalı idi. Sizə silahla və canlı qüvvəylə kömək edə bilən kütlə bu süfrə başında oturan tacirlər, əyanlar deyil, siz o qüvvələri aşağı təbəqənin içərisindən yığmalısınız, lakin təəssüflər olsun ki, əsgərlərinizin fəna və qaba hərəkətləri, onların başlıbaşınalığı və hədsiz qarətləri birinci növbədə aşağı təbəqəni sizin əlinizdən aldı. Xalqın bir tək iş malını, öküzünü, atını, arabasını çəkib aparmaqla bu hərəkətə qarşı xalqda qəti bir nifrət oyandırdıniz. Siz məni çox gözəl tanıyırsınız, eyni zamanda hər ikimiz Təbriz xalqını da gözəlcə tanıyırıq. Təbriz xalqı bu yaxın illər ərzində bir neçə kərə soyulmuşdur. Onları Rəhim xanlar, zərğamlar, şüca nizamlar, çar ordusu, Səməd xanlar, filani-filanlar bir neçə dəfə qarət etmişlər. İndi isə qardaş köməyinə gələn dəstənin nəfərləri də xalqı qarət edib dağıtmaqdadır ki, bu da gözlənməyəcək və təəssüf ediləcək bir haldır.
Bu sözlərə hamıdan artıq Helmi və Fovzi bəylər diqqət verirdi, çünki onlar bizimlə birinci kərə qarşı-qarşıya gəlirdilər, çünki onlar İran sərhədini keçən gündən bəri birinci kərədir ki, tənqid olunurdular. Buna görə də Helmi bəy:
– Bir az da gizli və silahlı qüvvəniz barəsində danışın! – dedikdə mən:
– Təbrizdə Helmi bəy cənablarının komandasında olan silahlı qüvvədən başqa heç bir nizami və silahlı qüvvə yoxdur, – deyə cavab verdim. – Burada yerli hökumət vardır. Nizami qoşun, polis və yandarm onların əlindədir. Məncə, bu barədə həzrət əşrəf sərdar Rəşid cənabları sizə doğru məlumat verə bilər. Siz yaxşı bilirsiniz ki, bizim silahlı qüvvələrimiz 11-ci ildə Əmir Heşmət üsyanında Təbrizi buraxıb Van tərəflərinə və İstanbula getdilər, burada qalanlar isə dara çəkildi, sürgün edildi, Hacı Səməd xan tərəfindən zirzəmilərdə boğduruldu, bacaranlar isə Təbrizdən çıxıb qaçdı. Hacı Mirzağa və Fişəngçi cənabları bu həqiqəti yaxşı bilirlər. Hazırda bizim nə kimi bir qüvvəmiz ola bilər? Mən çox təəssüf edirəm ki, biz çar Rusiyasına qarşı amansız mübarizə apardığımız bir halda, Təbrizi çar istilasından qurtarmağa gələnlər də bizə düşmən bir nəzərlə baxır. Cənab Helmi bəy, çox gözəl bilir ki, bir məmləkətə girən hər hansı bir dəstə asayişi təmin etməlidir. Nədənsə sizin dəstəniz Təbrizə girdiyi gündən bəri əmin-amanlıq yarada bilmədi, buna görə də xalq təcavüzlərə qarşı təşkil olunmağa başladı, bu isə təbil bir haldır.
Mənim bu sözlərimdən Helmi bəy acıqlanmışdı, onun boyun damarlarının qabardığını hiss edirdim, o özünü ələ almağa çalışırdı, yediyini və içdiyini bilmirdi.
Mən vaxtikən Tütünçüoğluna tapşırmışdım ki, bizi zəhərləmək ehtimalı var, buna görə də ehtiyatlı hərəkət etməliyik. Yanımızda oturan zabitlər hansı xörəkdən yeyirsə, biz də həmin xörəklərdən yeyirdik.
Xörəklərin qurtarmasına az qalırdı, birdən-birə Helmi bəy başını qaldırıb Hacı Mirzağa Bülluridən soruşdu:
– Hacı bəy əfəndi, unutmuşdum... Yahu, de görüm bizə həmin qaba və ədəbsiz məktubu yazan bu hərifmidir?1 Bu hərifin barəsində bir tədbir ittixaz edilmədimi?
Helmi bu sözləri dediyi zaman mən məclisdəkilərə göz gəzdirdim, xüsusən sərdar Rəşidin və Hacı Mirzağa Büllurinin nə kimi vəziyyət aldıqlarına baxdım. Hacı Mirzağa məni satdığına baxmayaraq, mənim gözümün qarşısında danışmaq istəmirdi. O, Helminin sualının cavabını vermək istədisə də, boğazı tutuldu. Hər kəs xörəkdən əlini çəkib durmuşdu. Sərdar Rəşid əlindəki kibritlə külqabını qurdalayır və gözünün yanı ilə mənim üzümə baxırdı. O məni artıq ölümün pəncəsində görüb sevinirdi. O məni bir neçə dəqiqədən sonra məhv olmuş hesab edir və Nina haqqındakı xəyanətini həyata keçirəcəyinə əmin olurdu.
Lakin Kəblə Hüseyn Fişəngçi tam mənası ilə mənə qarşı bir təhqiri çəkə bilmirdi, o, alçaq və adamsatan deyildi, o, avam və sadə olduğu üçün bu çirkabın içərisinə düşmüşdü. Onun rəngi ağarmışdı. Biz sonradan bildik ki, Kəblə Hüseyn Fişəngçinin mənə qarşı edilən bu xəyanətdən xəbəri yox imiş. Mənim bu barədə olan şübhələrimi onun hazırkı vəziyyəti tamamilə dəyişmiş oldu. İndi mən onun məclisdə bir ixtilaf törədəcəyindən və mənə kömək etmək istədiyi üçün planlarımızı pozacağından qorxurdum. Mən o dəqiqələrdə öz həyatımı unudub onun ağır vəziyyətdə qaldığı barəsində düşünürdüm, çünki Kəblə Hüseyn məni tanıyırdı, onunla iki il tamam yoldaşlıq etmişdik, onunla yanaşı olaraq uzun gecələri cəbhələrdə keçirmişdik.
Mən Helminin sualına cavab verməmişdim, çünki Helmi öz sualını Hacı Mirzağa Bülluriyə vermişdi.
Vaxtilə Təbrizin çətin günlərində təkrar-təkrar «Allah səni bizə çox görməsinə deyən Hacı Mirzağa bu gün məni Helmi bəyin əlinə verdiyindən utanırdımı? Məncə, yox, o utanmırdı. O bu xəyanətlə özünün xalq içində nüfuzdan düşəcəyini düşünürdümü?
Nəhayət, o, cavab verə bilmədi, mən papirosu külqabına qoyaraq, cavab verdim:
– Bəli, sizin dediyiniz qaba məktubu mən yazmışdım!
Helmi məndən bu cavabı gözləmirdi, o mənim üzümə əyri-əyri baxıb, acıqlı bir tərzdə dedi:
– Baqqal hərif! Biz qoca bir məmləkətin müqəddəratını həll etmək üçün gəldik. Hazırda sizinlə bazarlıq edəcək tacirlər deyiliz, sizə dünən silahları və məhəmmədcikləri təhqir edən karata hərifləri təslim vermək üçün əmr verilməmişdimi?l
– Verilmişdir, sizin bu cür əmr verməyə ixtiyarınız vardır.
– Nerede qaldı? Nə üçün təhvil vermədiniz?
Mən yenə də sakitcə papirosu yandırıb bir nəfəs çəkdim və üzümü sərdar Rəşidə çevirib:
– Xəyanəti fəna təşkil etməmişsiniz , – dedim.
O, qorxusundanmı, utandığındanmı, acığındanmı, hər nədənsə titrətməli adamlar kimi titrəyirdi. Mən Helmiyə dönərək:
– Rica edirəm mənimlə ədəbli danışın! – dedim. - Sizin qarşınızda bölük nəfəri oturmamışdır. Biz baqqal da deyilik. Baqqalı Azərbaycan valisinin evinə dəvət etməzlər. Sizin qarşınızda oturan Mirzağalar baqqaldır ki, öz iflasını təmin etmək üçün bir dəstə qarətçini də götürüb Təbriz xalqını soymağa gəlmişdir. Lakin əmin olun ki, buna imkan verilməyəcəkdir! Bir daha rica edirəm ki, sözünüz varsa, onu bir ordu rəisi kimi deməlisiniz, çünki o cür sözlərə cavab verməyə tərbiyəm yol vermir.
Bu sözlərimdən sonra Helmi barıt kimi alışdı və yanımdakılara qışqırdı:
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-uz-uze
Use ← → keys to move, R for a random poem
More by this author
Cənab müdiri-möhtərəm! Piş əzvəxtdən qabaq jurnalınızın məcmuəsi xüsuslarında xəbər e’lan vermişdiz, belə yaxşı xeyir işin hüzura çıxmasından çox güldüm, az qaldım özümdən gedib və bə’d qəşş eləyəm, və lakin bu qədər var bir məsəl var deyərlər, bu gecə yuxu vaqiəsində yatıb bir qəribə rö’ya görmüşəm. Bu gecə bir qədər yatıb xab etmişdim gördüm bir tap-tap gəlir, dedim ay uşax nə xəbərdir? Dedilər Molla Nəsrəddini döyürlər, haman səsə yuxudan bədxab oldum gördüm ay işığı evi mehtab eləmiş, hətta bura kimin, bir məsəl var deyərlər, gecə şəbkülahı başımda çıxdım səhn həyətinə, bir məsəl var deyərlər, o saatda öskürmə yaxaladı, qayıdıb bir qədər heyva bedanəsi götürüb ağzıma saldım hətta bura kimi hansıki o qədər öskürdüm gözümün yaşı ab rəvan suyu kimi tökülməyə başladı. Onda gördüm qapı dəqqilbab olur. Dedim qapını dəqqilbab edən kimsən? Gördüm Ağa Dadaş ibn Xələf mərhum vələdi Kərbəlayı Qulaməli oğludur. Dedim bəradərim qardaş bu səhərin sübh çağında nə vardır, neçün gəlmisən? Buyurdu səhv eləyibsən gecənin nisf şəbidir, hənuz sübh olmayıbdur. Dedim de görüm nə var, dedi de görüm bu günlər Molla Nəsrəddinə kağız yazacaqsan ya yox? Ərz etdim yazacağam. Dedi yazgilən a rəhmətliyin oğlu sən bilmirsən ki, çox yatmış adamı birdən ayıldanda sərasimə və bəlkə cinni olar? Əvvəlinci nömrənizdə milləti ayıldanda, filənkəsin sol tərəfində yatan bizim oğlana bir təpik vurmusan cinni olub indi saxlamaq olmur. Gah tumanını çıxarır atır, gah qurşağını açır, gah ayaqlarını yerə çalır. Hər tərəfdən əlac axtarıram, deyirlər kah filan keşişdədir, kah filan qaraçıdadır. Axırda bir pir əlmuş ovrət deyir ki, onun əlacı Molla Nəsrəddinin özündədir. Əlbəttə baxıb davasını göndərəsiniz.
Elmi-nücumİcmali-kar, şəhri-cəmadi-əvvəl*Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.
Balaca felyetonBir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.
Qəlbim tutulmuşduYayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,
Poems by other poets
Sübh açılantək oyanır uyğudan,Bir gülü-gülzari-dəbistan çocuq!
AhındanƏtəmasım budur, ey şahlar şahı,Həzər elə biçarələr ahından,
Aman anaFəraq oldu bu cavana,Halal ilə aman ana,
Sahiba, gərçi varam zahirən həzrətdən uzaqSahiba, gərçi varam zahirən həzrətdən uzaq,Deyiləm batinən ixlasi-iradətdən uzaq.