Page 3 of 3 · 67%

– Alın bu gəvədə hərifi ərkani-hərbə! Mən gəlincəyə qədər bunların hər birisinə yüz zopa vurulmasını əmr edərsiniz. Bu saatda karata hərifin evinə gedib evində saxladığı gavur qızını da alıb, bu məclisə gətirərsiniz!

Yanımda oturan yavərlər qollarımdan tutub qaldırdılar, Kəblə Hüseyn Fişəngçi özü də hiss etmədən yerindən qalxdı. Mən ona yerində oturmasını işarə etdim. O yerində oturdu. Hacı Mirzağa başını aşağı salıb heç bir tərəfə baxmırdı, onlar mənim və Əsədin qollarını bağlamaq istədikdə mən:

– Madam ki, biz özümüz gedirik, qollarımızı bağlamağa nə lüzum vardır? – dedikdə tacirlərdən bir çoxu və Kəblə Hüseyn Fişəngçi də:

– Qollarını bağlamaq yaxşı deyil, hara istəyirsiniz getsinlər də,

– dedi.

İki nəfər zabit məni, iki nəfər də zabit Əsəd Tütünçüoğlunu qabağına salıb salondan çıxardılar. Bizi aparırkən sərdar Rəşid Helmi bəyə müraciətlə:

– Əsəbiləşməyə lüzum yoxdur, – deyirdi, – eylə də əhəmiyyətli adamlar deyildirlər. Cənab komandan buyurduğu kimi baqqal-çaqqaldırlar, bazar oğlanlarıdırlar.

Bizi dəhlizə çıxardılar. Həsənağa paltolarımızı gətirib tutdu, biz paltonun cibini yoxladıqda bombaların cibimizdə olduğunu hiss etdik: hər cibimizdə bir dənə əl bombası var idi. Bunu gördükdə qəlbimiz sakit olmuşdu, öz planımızı həyata keçirə biləcəkdik. Onlar bizi dəhlizdən balkona çıxardı, zabitlərdən birisi balkondan həyətdəkiləri səslədi:

– Əli çovuş, Süleyman çavuş! – dedikdə iki nəfər balkona çıxdı. Zabit onlara tapşırdı:

– Bu hərifləri ərkani-hərbə götürün, baş komandanın əmrinə görə hər birisinə yüz zopa vurduqdan sonra toqif ediniz, – dedikdə çavuşlardan birisi:

– Mülazim əfəndi, yüz zopadan sonra toqif etmək caizmidir? dedikdə zabit gülərək soruşdu:

– Bəs nə edəcəksiniz yahu?

– Torpağa göməcəyiz, – deyə bizi qabaqlarına qatdılar, zabitlər isə salona qayıtdılar. Zabitlərin salona girməsi üçün biz papiros yandırmaq bəhanəsi ilə pilləkən başında bir az yubandıq, zabitlərin salona girmələrindən əmin olduqdan sonra pilləkənə yanaşdıq və gözlənilmədən yanımızdakı çovuşları itələyib həyətə atdıq, dallarınca da iki bomba buraxdıq. Həyətdə inilti və qışqırtı ucaldı, aləm bir-birinə qarışdı. Mən Tütünçüoğlunu pilləkənin başında qoyub salona qayıtdım.

Biz həyətə bombaları atdığımız zaman Həsənağa da təxirsiz olaraq dəhlizdən əlində bomba salona girmiş və salondakıları əllərini yuxarı qaldırmağa məcbur eləmişdi.

Mən bir əlimdə papiros, o biri əlimdə bomba salona girdim. Hamısının əlləri havada idi. Mən papirosu çəkir və bunlara tamaşa edirdim. Heç söz danışmırdım, Tütünçüoğlunun gözləyirdim. Salonda həyəcan davam etdiyi kimi, həyətdəkiləri də bizimkilər tərk-silah edirdi. Verdiyimiz təlimat üzrə bizim bombalarımız açılan kimi sərdar Rəşidin evinin ətrafında duran yoldaşlar həyətə girib bütün silahlı adamları tərk-silah edib qollarını bağlayacaqdı.

Tütünçüoğlu bir əlində tapança, o biri əlində bomba içəri girdi. Mən Tütünçüoğlunu görürkən həyətdəkilərin tərk-silah olunub bitirilməsini yəqin etdim. Süfrədən kənardakı dəyirmi bir mizin yanında oturdum və Tütünçüoğluna əmr etdim:

– Bu qorxaqları və bir əsgər namusu daşımayan bu şərəfsizləri tərk-silah edin!

Bu sözümdən sonra birinci olaraq Helminin qılınc və belindəki ckolbə tapançasını açdılar. Fovzini və onların yavərlərini, zabitlərini, dörd nəfər İran zabitini də tərk-silah elədilər.

Bunları qurtardıqdan sonra Tütünçüoğluna sərdar Rəşidi göstərib:

– İndi də üç hökumətin üçü ilə də əlaqə saxlayan, üçünə də yaltaqlıq edən, eyni zamanda üçünə də xəyanət eyləyən bu qondarma həzrət əşrəfi tərk-silah edin! – dedikdə Tütünçüoğlu onun tapançasını, qılıncını, döşündəki cÖryolp nişanını, həmayilini və sair şeylərini tamamilə soyundurdu.

Başqaları da axtarıldı, silahı olanlardan silahları alındı, onların hamısını mənim yanımdakı mizin üstünə qoydular. Mən ayağa qalxdım, üzümü sərdar Rəşidə və Mirzağaya tutub:

– Bu xəyanəti təşkil edən sizsiniz, bizi «bazar oğlu» deyə He!milərə və Fovzilərə tanıtdıran sizsiniz! Hərgah hökumət işlərinə qarışmağa icazəm olsaydı, mən sizi birinci növbədə məhv edərdim, lakin mən bu qarətçi dəstənin tezliklə məğlub olacağını gözümlə görən kimi yəqin etdiyim üçün Helmini və onun qarətçilərini cəzalandırmıram. Mən Helmi bəyin qabalıqlarına da qaba cavab vermək istəmirəm, ancaq ona bir daha xatırladıram ki, mən «bazar oğlu) və «baqqal-çaqqal? deyiləm, hərgah keçmiş dəllək şagirdi, hazırkı sərdar Rəşid bizi «baqqal və bazar oğluş deyə tanıtmışsa, burada oturanların hamısı, hətta Mirzağa Bülluri də mənim «bazar oğlu? olmadığımı yaxşı bilir.

Bu sözlərdən sonra mən tapançaların patronlarını çıxarıb He!miyə və Fovziyə qaytardım və əlavə etdim:

– Rica edirəm ki, bu gecəki hadisə haqqında heç bir yerdə danışmayasınız, haqqınızda qismən ədəbsizlik olduğunu da əfv edəsiniz. Biz bunu etməyə məcbur idik.

Biz başqa silahları və patronları götürüb salondan çıxdığımız vaxt Helminin səsini eşidirdim. O:

– Doğrudan da, bunlar bazar oğlu və baqqal-çaqqal deyilmiş,

– deyirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ana dilində məktub

Cənab müdiri-möhtərəm! Piş əzvəxtdən qabaq jurnalınızın məcmuəsi xüsuslarında xəbər e’lan vermişdiz, belə yaxşı xeyir işin hüzura çıxmasından çox güldüm, az qaldım özümdən gedib və bə’d qəşş eləyəm, və lakin bu qədər var bir məsəl var deyərlər, bu gecə yuxu vaqiəsində yatıb bir qəribə rö’ya görmüşəm. Bu gecə bir qədər yatıb xab etmişdim gördüm bir tap-tap gəlir, dedim ay uşax nə xəbərdir? Dedilər Molla Nəsrəddini döyürlər, haman səsə yuxudan bədxab oldum gördüm ay işığı evi mehtab eləmiş, hətta bura kimin, bir məsəl var deyərlər, gecə şəbkülahı başımda çıxdım səhn həyətinə, bir məsəl var deyərlər, o saatda öskürmə yaxaladı, qayıdıb bir qədər heyva bedanəsi götürüb ağzıma saldım hətta bura kimi hansıki o qədər öskürdüm gözümün yaşı ab rəvan suyu kimi tökülməyə başladı. Onda gördüm qapı dəqqilbab olur. Dedim qapını dəqqilbab edən kimsən? Gördüm Ağa Dadaş ibn Xələf mərhum vələdi Kərbəlayı Qulaməli oğludur. Dedim bəradərim qardaş bu səhərin sübh çağında nə vardır, neçün gəlmisən? Buyurdu səhv eləyibsən gecənin nisf şəbidir, hənuz sübh olmayıbdur. Dedim de görüm nə var, dedi de görüm bu günlər Molla Nəsrəddinə kağız yazacaqsan ya yox? Ərz etdim yazacağam. Dedi yazgilən a rəhmətliyin oğlu sən bilmirsən ki, çox yatmış adamı birdən ayıldanda sərasimə və bəlkə cinni olar? Əvvəlinci nömrənizdə milləti ayıldanda, filənkəsin sol tərəfində yatan bizim oğlana bir təpik vurmusan cinni olub indi saxlamaq olmur. Gah tumanını çıxarır atır, gah qurşağını açır, gah ayaqlarını yerə çalır. Hər tərəfdən əlac axtarıram, deyirlər kah filan keşişdədir, kah filan qaraçıdadır. Axırda bir pir əlmuş ovrət deyir ki, onun əlacı Molla Nəsrəddinin özündədir. Əlbəttə baxıb davasını göndərəsiniz.

1 min
Elmi-nücum

İcmali-kar, şəhri-cəmadi-əvvəl*Hükəmayi-İraniyyənin elm nücumdan çıxardığı mə’lumatdan belə mə’lum olur ki, bu ayda bir para yarım müəllimlərin xürrəm və xoşdil olması, mərsiyəxanlıq bazarının kəsadı, əhli-kəsəbənin müsavi surətdə yaşaması, füqəranın müflus olması, saillərin bilmərrə dağılması, viranələrin xərabə şəklinə düşməsi, bimarların pərişanlıq mərəzindən vəfat etməsi, bir para xəlayiqin içində sərmazədlik, baş ağrısı bə’zi şəhərlərdə zühur edəcək, İran və Xorasan səmtində paxlanın və ləbləbinin ərzaqi-firavan olması aşikardır. Soyuq vurmuşların tərləmək ilə şəfa tapması mə’lum olur. Ünas tayfasının sazəndəyə, ləhvi-ləəbə məşğul olmaları, xüsusən bu ayda qarışqaların cəlayi-vətən olması və otaqlarını, imarətlərini su basması mə’lum olur. Bu barədən İran təqvimində yazır. Dağlarda və meşələrdə quş və heyvanat yuvalarının tə’miratı və bu ayın axırlarında Afrika səmtində zəhərli ilanların vüquşu, bu ayda qışlaqların isti olmağı və qışlaqlardan xəlayiqin dağlara dağılması, böyük irmaq və çaylardan baxata götürülmüş arxları və dəhnələri selin bərbad etməsi görsənir. Xüsusən bu ayda itlər öz sahiblərinə əbədə hürməyəcəklər. Bu ayda camaatın hamama getməyə, həna yaxmağa, palçıq qoymağa rəğbəti olacaq, əlavə dağ kəndlərində, bə’zi şəhərlərdə xəlayiqin qoç saxlamaq, it boğuşdurmaq, əl quşu uçurmaq, şikarə getmək kimi işləri, Tiflis şəhərində qənarə bülbül saxlamaq kimi işlər də peyda olacaq, iğtişaşı Yəmən və Misr həvalisində başlanacaq, padişahlar bir-birlərilə sual-cavab edəcək. Bunu İran təqvimi yazır. Urmi və Xoy hamamlarında dəllək şakirdlərinin rəvac bazarı, Marağada döyül və dünbək çalanların zə’f halı, İranın bir para yerlərində həml və nəql əşyalarını ərradaə ilə yeritmək meydana çıxacaq, Binab ətrafında saillərin iğtişaşı, Kirmanda, Qəzvində, Təbrizdə şeyxi, üsuli mübahisəsi zühur edəcək, tiryak əməliyyatının tərəqqisi, tiryakin xəlayiqə nəf’i, İraqi-Əcəm səmtində, xüsusən Azərbaycanda, Əhər səmtində şəbihkərdunların tə’til etməsi, Qaraçadağ mahalında çubuq başı çarıq bağının tərəqqisi, xəlayiqin ümdə ehtiyacı oraq və kərəntiyə olacaqdır. Mərənd səmtində dərvişlik elminin intişara başlaması, mübtədi dərvişlərin çoxalması.

2 min
Balaca felyeton

Bir filosofun zamani-vəfatında oğluna etdiyi nəsihət.*Ey mənim istəkli oğlum! Mən dünyadan getdiyim kimi, əsri-hazırda olan cəmi yaranmışlar dəxi mənimlə belə qara torpaq altına gedəcəkdir. Zamani-həyatımda əcdadımızdan şə’n-şöhrətimizə layiq bir maarifli oğul yetirdim. O isə səndən ibarətdir. Əzizim! Qamətin ucaldıqca bacarıb şan və şöhrətini alçaq saxla.

4 min
Qəlbim tutulmuşdu

Yayın orta ayı, günortanın zamanı, qəlbim tutulmuşdu. Durub dolanıb molla yoldaşımı tapdım. Ərz elədim, ay molla, sən allah bir az yaxşı söhbətlərdən elə, bəlkə bir az mənim qəlbim açılsın. Pir olsun, çox fərəhli söhbət etdi. Əvvəl buyurdu: görəsən bu isti hava nədəndir? Dedim: bu işləri hükəma yaxşı bilər. Buyurdu: görəsən hamı şəhərlər bizim şəhərimiz kimi isti olar? Dedim: molla qardaş, mənim əqlimcə Qafqaz şəhərləri bir-birindən gərək bir az tafavütlu olsun. Dedi: xeyir, mən Qafqazı demirəm, belə bir necə yer adı var ki, indi təzə məktəbə getmiş uşaqlar sayıb, sonra divardakı çızıq-çızıq kağızlarda barmaqları ilə göstərirlər. Ürəyimdə bilirəm, amma dilim tutmur. Dedim: olmaya beş qit’əni deyirsən? Dedi: adını de görüm? Dedim: Avropa, Asiya, filan, filan... Buyurdu: bunlar isti olur ya inki bizim şəhərimiz? Dedim: ehtimal vardır ki, Afrika çölləri isti olar. Buyurdu: Afrikada müsəlman çoxdur, ya inki Qafqazda? Ərz elədim: Afrikada neçə-neçə islam hökumətləri vardır ki, Qafqazdan böyük torpağı, milyonlarla nüfusu vardır. Buyurdu: xub, onların idarəsi nə tövrdür, məşrutədir, müstəqildir? Dedim: onlar öz çörəklərini gizlin yeməkdədirlər. Buyurdu: necə-necə?!!... Gördüm çox baş-beynimi aparacaq, istədim sakit eləyim, dedim: onlar da bizim Rusiya müsəlmanları kimi asudə yaşamaqdadırlar. Dedi: necə, nə buyurursan? Təngə gəlib bu nəzmləri rəfiqimə oxudum:Asudə bizik, bizləri görcək sitəm ağlar,

2 min

Poems by other poets