Ziyarətgahlar və siğəxanlar
Page 3 of 3 · 67%
Bu məsələni də Həsənağaya tapşırdıq.
– İndi vəzifə sənindir! – dedim. – Amerikalı qız inqilabçı deyil. O bizdən, biz də ondan istifadə edirik. O bizdən Rusiya əleyhinə istifadə edir, biz də o cəbhədə çalışırıq. Lakin sən onu bilməlisən ki, biz ondan çox istifadə etmişik. O bizə həm mənəvi, həm də maddi mənfəətlər vermişdir. Mən ancaq birinci dəfədir ki, bunu sizə xəbər verirəm. Amerika konsulxanasında çalışdığına baxmayaraq, o, Almaniya casusudur. Bunun üçün də mübarizəmizdə istifadə etmək məqsədi ilə bizə lazım olduğu günə qədər onu müdafiə etməliyik. Buna görə də sən, sabah tezdən amerikalı qızı təqibə başlamalısan, o hər yerə gedirsə sən də getməlisən. Hərgah onu qaraçı evinə aparsalar sən də getməlisən. Oradakıları tərk-silah etməklə soymalı və bağlamalısan. Lakin bunların hamısını Səməd xanın fərraşbaşısı Qulusultanın tapşırığını yerinə yetirirmişsən kimi edəcəksən: çünki biz Mahmud xanla olan mübarizəmizdə silahla deyil, tədbirlə iş görməyə möhtacıq. Qulusultanla onun arasında törədə biləcəyimiz ixtilaf bizə gərək olacaq.
Həsənağa tapşırığı alıb getdi. Mən və Məşədi Kazım təkcə oturmuşduq. Mən ona:
– Düşünməyə dəyməz, – dedim, – de görüm könülaçan nə vardır?
– İşlər yaman deyil, çörəkpulu çıxır. Konsul və qoşun böyükləri mənə inanır, dərilərini soyuram, hər şeydə yarı-yarıya qazanıram. Allah səni məndən ayırmasın. Bütün zərərlərin yerini birə dörd qat doldurmuşam.
Mən bu tacirin pullarını Almaniya və Rusiya bankına qoydurduğunu bilirdim, ona bir yaxşılıq da etmiş olmaq üçün dedim:
– İmperializm müharibəsi yaxınlaşır. Bu müharibədə Rusiya və Almaniyanın iflas edəcəyi qorxusu vardır.
Məşədi Kazım təşvişlə soruşdu:
– Bəs necə olsun?
– Pulunu qismən ingilis, qismən də Amerika bankında saxlarsan.
– Sabah mənim bundan başqa işim olmayacaqdır! Pulları haman yerlərə barat verəcəyəm.
– Doğrusunu de görüm pulun nə qədər olar?
– Uşaqlar üçün bir nan-pənir pulu düzəltmişəm. Bir o qədər deyil!..
– Yenə də?..
– İki milyon tümən!
– İndi bir sözümə də doğru cavab verməyinizi rica edirəm.
– Sizin başınıza and olsun bir kəlmə də o yan-bu yan olmaz!
– Mən Təbrizə gəldiyim və sizin evinizdə mənzil etdiyim vaxt nə qədər sərvətiniz vardı?
– Beş yüz min tümən.
– Deyəsən, düz olmadı, bəs mülkə nə qədər vermişsiniz?
– O beş yüz min tüməni mülkə vermişəm.
– Demək ki, siz iki milyon tüməni inqilabdan qazanmışsınız.
– Bəli, belə də görünür.
– İndiki ticarətin də əvvəlkilərə görə daha çox qazanclı deyilmi?
– Əlbəttə! Lakin mənfəət əvvəlki mənfəətlər kimi bir həftədə adamı varlandırmır. Burada ancaq gündə beş yüz tümən qazanmaq olur. Allah səni biz inqilabçılara çox görməsin!
– Buna söz yoxdur, ancaq mühacirətdəki yoldaşlara bir az xərclik göndərmək lazım deyilmi?
– Necə ki, lazım deyil? Səhərin özündə siyahı verin göndərim getsin, biz ölməmişik ki?
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-ziyaretgahlar-ve-sigexanlar
Use ← → keys to move, R for a random poem
More by this author
Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.
HəmdünyanToğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.
NaxçıvanToğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.
Toğrulun qətliSəlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.
Poems by other poets
Qul Qaranı:*Əlif-bey içində, hərf arasında,
Sultan Əbdülməcidə xitabənEy padşahım bir dur,Dərvişi fərəhnak et,
Ol ki, hər saət gülərdi çeşmi-giryanım görübOl ki, hər saət gülərdi çeşmi-giryanım görüb,Ağlar oldu halıma birəhm cananım görüb.
SualAləm, səndən mən bir xəbər alayım,Cənnətin çırağı nə içindədir?