Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Ol ki, hər saət gülərdi çeşmi-giryanım görüb,
Ağlar oldu halıma birəhm cananım görüb.
Eyləyən təyini-əczayi-müdava dərdimə,
Tərk edib, cəm etmədi hali-pərişanım görüb.
Lalərüxlər göysümün çakinə qılmazlar nəzər,
Hiç bir rəhm eyləməzlər daği-pinhanım görüb.
Tut gözün, ey dudi-dil, çərxin ki, devrin tərk edib,
Qalmasın heyrətdə çeşmi-gövhərəfşanım görüb.
Pərtövi-xurşid sanmın yerdə, kim dövri-fələk,
Yerə vurmuş afitabın mahi-tabanım görüb.
Suda əksi-sərv sanmın, kim qoparıb, bağiban
Suya salmış sərvini, sərvi-xuramanım görüb.
Ey Füzuli, bil ki, ol gül arizin görmüş degil,
Ol ki, eyb eylər mənim çaki-giribanım görüb.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-ol-ki-her-saet-gulerdi-cesmi-giryanim-gorub
Use ← → keys to move, R for a random poem
More by this author
Qıymadın sakini-kuyin olana peykanın,Bir içim su ilə ağırlamadın mehmanın.
Qıl, səba, könlüm pərişan olduğun cananə ərzQıl, səba, könlüm pərişan olduğun cananə ərz,Surəti-halın bu viran mülkün et sultanə ərz.
Qıldı zülfün tək pərişan halimi xalin səninLo thy mole hath thrown my fortune all a-tangle like thy hair;Ne'er a day, O free from dolour, wilt thou ask me, 'How dost fare?'
Qıldı ol sərv səhər, nazilə həmmamə xüramQıldı ol sərv səhər, nazilə həmmamə xüram,Şəmi-rüxsarı ilə oldu münəvvər həmmam.
Poems by other poets · Nature and spring
Səni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,
Məhəbbət yaşa baxmırMus: Oqtay Kazıminindir*Deyirsən ki, sevirəm,
İlk baharGəldi martın doqquzu,Bayram etdik novruzu.
Ta cəmalın rütbəsin, ey şux, idrak eylədiTa cəmalın rütbəsin, ey şux, idrak eylədi,Rəşkdən gülşəndə gül pirahənin çak eylədi.