Qıymadın sakini-kuyin olana peykanın
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Qıymadın sakini-kuyin olana peykanın,
Bir içim su ilə ağırlamadın mehmanın.
Navəki-qəmzə diriğ eyləmə aşiqlərdən,
Kəsmə ərbabi-vəfadən nəzəri-ehsanın.
İstəyin can idi xaki-rəhinə tapşırdım,
Yetdi ol xud yerinə, indi nədir fərmanın?!
Canə yetdim ələmi-hicrin ilə, ey zalim,
Rəhm qıl canın üçün var isə bir dərmanın.
Dadxahəm sənə, damən nə çəkirsən məndən,
Yoxmu vəhmin ki, tutam həşr günü damanın.
Zalim olsan nə əcəb, yox sənə duzəx vəhmi,
Sənə xud yetməyəcəkdir sənin öz hicranın.
Vəsl əyyami rəvan yarə fəda eyləmədin,
Ey Füzuli, qəmi-hicran ilə çıxsın canın.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-qiymadin-sakini-kuyin-olana-peykanin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Gülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü
Mənə nəvazişlə dedin bu axşamMənə nəvazişlə dedin bu axşam:Bir az cavanlaşıb, yaxşılaşmışam.
یک شیشه از می ناب با یار سیم ساقیگنجت اگر دهد رو در گوشه وثاقی
Ola bilsəm!Qoca bir dükançının bulvarda çayxanada xidmət edən gənc bir rus qızına məktubu*Şadəm gecələr çayına mehman ola bilsəm,