Nurini mah mehri-rüxündən alır müdam
What is a ghazal?
Ghazal: a lyric poem of couplets (beyts) on a single rhyme.
Nurini mah mehri-rüxündən alır müdam,
İnkar edərsə, şəhr güvahımdurur tamam.
Mehrab imiş qaşın ki, ona qarşı kipriyin
Səf-səf gəlir qiyamə qılıb qəmzəni imam.
Ol hur vədəsinə behişti-visal üçün,
Quranca etibar edübəm hasili-kəlam.
Əksi-rüxün oğurladığıçün dönə-dönə,
Asıldı güzgü şəhrdə, eldən sürüldü cam.
Dəşt üzrə girdbadmı, ya gəldiyim görüb,
Məcnun qubarıdır ki, durub eylər ehtiram.
Durğurma yolların yügürüb tutma, ey sirişk,
Ol sərv edəndə naz ilə bizdən yana xüram.
Həmsöhbət oldu daneyi-əngur zahidə,
Əsli budur ki, oxudular badəni həram.
Meyxanədir cahanda, Füzuli, məqami-əmn,
Cəhd et bir növ hübab kimi, onda tut müdam.
Kitabxana.az · https://kitabxana.az/en/works/fuzuli-nurini-mah-mehri-ruxunden-alir-mudam
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Wine and the tavern
Örtünmə, dur! Kimsən, nerəlisən sən,Gözəl qaçqın, başı bəlalı qaçqın!
VaxtıdıBudu gəldi bahar fəsli,Dağların lala vaxtıdı.
باده با رندان صافی سینه می باید زدنحسن اگر داری در آیینه می باید زدن
Ey donu qızıl, bənzi qızıl, müşki kəlaləEy donu qızıl, bənzi qızıl, müşki kəlalə,Sənsən çəməni-hüsnara bir dəstəyi-lalə.