Ömür dəftərimi varaqlayaraq,Enişli, yoxuşlu yollara baxdım.Yox, yarı mənzildə qoymayıb məni,Vəfalı iqbalım, vəfalı baxtım.

Uşaqlıq illəri, cavanlıq çağım,Keçdi gözlərimin önündən bu gün.Məndən bircə kəlmə soruşmadı yox,Keçdi illər, aylar, keçdi ömür, gün.

Harada gizləndi, görünmür, hanı –Dodağı nəğməli gəncliyim vardı?!Qayğısız illəri xatırladıqcaDərin bir ah çəkdim, gözüm yaşardı.

Dərələr keçmişəm, dağlar aşmışam,Mən sizdən nə yaman uzaqlaşmışam.Ay illər, ay illər, ay illər! – dedim.İzi var sinəmdə hər ilin, ayın,Darıxdım, siz məni yalqız qoymayın,Ay ellər, ay ellər, ay ellər! – dedim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets