Mən bir zaman sizdən ayrı,Düşdüm ay dağlar, ay dağlar!Necə oldu başınızdanKeçdim, ay dağlar, ay dağlar!Çox gəzmişik qarda, buzda,Haqqınız var boynumuzda,Gözlərimi qoynunuzdaAçdım, ay dağlar, ay dağlar!İtirən haqqı-sayını,Almadı sizdən payımı,Min yerdə Şəmkir çayınıKeçdim, ay dağlar, ay dağlar!Ürəyim dönməyir sizdən,Bu yerlərə üz qoyub mən,At belində belinizdənAşdım, ay dağlar, ay dağlar!Gəlib çatdım uzaqlardan,Çıxdı könül intizardan,Suyu sərin bulaqlardanİçdim, ay dağlar, ay dağlar!

Sağım təpə, solum dərə,Çiçəklərdən dərə-dərə,Qanad çaldım SüsənbərəUçdum, ay dağlar, ay dağlar!

Güllər bitir boz aranda,Səngər dağı bozaranda,Üz-gözünüz bozarandaQaçdım, ay dağlar, ay dağlar!

Keçir dövran, keçir zaman,Qoyun qalsın bir nişanam,Bəlkə bir gün bu dünyadanKöçdüm, ay dağlar, ay dağlar!..Şəmkir, oktyabr, 1950

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets