Gərək

Quzovda ağaran qayamı, qarmı?Yaşıl yaylaqların heç tayı varmı?Üç günlə, beş günlə doymaq olarmı?Dağlardan doymağa yüz illər gərək!

İndi səməndimin ağarıb yalı,Yeyilib dırnağı, tökülüb nalı...Dağlara çıxmağa qalmayıb halı,Gələydim buraya əzəllər gərək!

Yaylağa köçəndə yayda bizim el,Yolu uçurmasın nə yağış, nə sel –Dağların altından vurulsun tunel,Qovuşsun çox uzaq mənzillər gərək!

Yolsuz-izsiz dağa binələr gəlməz,Getsə, o yerlərə qonaq dincəlməz.Əllər əyri olsa, yollar düzəlməz,Düz yollar çəkməyə düz əllər gərək!

Günümüz xoş olsun, ömrümüz uzun,Çataq körpüsünü ayın, ulduzun!Şirin xəyal deyil, həqiqət olsunMüqəddəs arzular, əməllər gərək!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets