De gəlsin
Aşıq, bu gün yaxşı köklə sazımı,Ürək açan mahnılardan, de gəlsin!Şirin dostluq nəğməsidir hər sözün,Sədaqətdən, etibardan, de gəlsin!Bivəfanın heç danışma sözünü,Düz peymandan, düz ilqardan, de gəlsin!Sədaqətdən, etibardan, de gəlsin!
“El havası” qulağımdan getməyir –(Əzəl başdan bəxtimə el düşübdür).Qara telli bizim yerdə az deyil,Ürəyimə bir “Sarıtel” düşübdür,
Öz evindir, üç gün, beş gün, qal, oxu!Baş pərdədə “Baş sarıtel” çal oxu!Üstündən də bir “Başxanım” de gəlsin!Oda düşdü, yandı canım, de gəlsin!
“Cəngi” yatmaz hər pərdəyə, hər simə,“Misri” üstə oxuyanda zilə çək.Neçə pərdə min dil açıb ötəndə,Arif olan mətləbini biləcək...
Təzanəni elə vur ki, titrəsin,Lərzə düşsün gümüş telə, de gəlsin!Koroğlutək bir nərə çək ucadan,Səsin çatsın Çənlibelə, de gəlsin!
Bu, ariflər məclisidir, ay aşıq!Əvvəl ustad, sonra ustadnamə de,Dilqəm niyə qərq olmuşdu qəmlərə?Nakam niyə çatmamışdı kamə, de?Kərəm niyə oda düşüb yanarkən –Əsli kimi vəfadarım var, – dedi?Qərib niyə qürbət eli dolandı?Valeh kimə valeh oldu, yar dedi?
Dostum, bu gün bir də yoxla döşünü.Hər sualın öz cavabı gərəkdir!İmtahandan çıxmaq üçün aşığın,Sinəsində min kitabı gərəkdir!Boşa çıxmaz barəsində atılan,Yüz ilməkli söz kəməndi, de gəlsin!Hər cinasın qıfılbəndi, de gəlsin!Nağaraçı aşıqların dişləri,Deyən, burda kilidləndi, de gəlsin!
Heç unutma Gürcüstandan gələn var,Saz qədrini, söz qədrini bilən var –Bu məclisdə əyləşibdir görürsənNeçə ustad, neçə mahir sənətkar;Usta tərpən, ustadların yanında –Bir mənalı ustadnamə, de gəlsin!Kimlər öldü, nakam getdi dünyadan,Kimlər sevdi, yetdi kamə, de gəlsin?!
Hər nəğmənin öz havası gərəkdirYeni mahnı, yeni avaz istəyir.Yeni nəfəs, yeni barmaq, yeni xalİndi səndən bir yeni saz istəyir.
Dodaqdəyməz çox eşidib, dostların –Diltərpənməz, diştoxunmaz istəyir;“Müxəmməsin” öz yeri var bilirsən,Ələsgərdən bircə qoşma, de gəlsin!Yaxşı cinas cığasız da gözəldir,Hər “Təcnisə” cığa qoşma, de gəlsin!Ələsgərdən bircə qoşma, de gəlsin!
Aşıq, bu gün simlərini təzələ,Tavar sazı yaxşı köklə, yaxşı çal,Belə fürsət bir də keçməz heç ələ,Söz kürzünü mütrüblərə yaxşı çal!Tavar sazı yaxşı köklə, yaxşı çal!Ustadlardan sənət dərsi almayan,Toy yerində yarım saat qalmayan,Hər məclisdə beş mindən az almayan –Yazıq sazı atıb-tutan, çalmayanMütrüblərə söz kürzünü yaxşı çal,Tavar sazı yaxşı köklə, yaxşı çal!
Hanı aşıq libasında toylarıDəf daraqlı, təmtəraqlı gəzənlər?Hər yanına iki qaval, iki dəf,Beş nağara, on beş dümbək düzənlər?“Bəxtəvəri” havasına xanımtək,Yırğalana-yırğalana süzənlər?Bu saz, bu söz, bu da məclis, buyursun!Daha yoxdur bir bəhanə, de gəlsin!
Hər torpağın, hər iqlimin özünün,Ürək açan xoş səfası şirindir.Bu dünyada min bir nəğmə olsa daHər zamanın öz havası şirindir.Sən bu dövrün aşiqisən, ay aşıq!Bir dövrə vur bu dövranın eşqinə:Əkən, biçən, dəmir, polad əridənAdlı-sanlı qəhramanın eşqinə;Dağ döşündə ağ sürünün içində,Şümşad çalan xan çobanın eşqinə.
Maral kimi inək, buzov bəsləyən,Ala gözlü bir ceyranın eşqinə –Qəhrəmanlıq dastanından iki bənd,“Qəhrəmanı” havasına de gəlsin!Aşıq, yetər, daha bir söz qatmayaqBu söhbətin arasına, de gəlsin!“Qəhrəmanı” havasına, de gəlsin!..Bakı, 1960
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-de-gelsin
Use ← → keys to move, R for a random poem