Dərdim çoxdur, dərdin alım, ay aşıqAl sazı, bu dərdi hər yana söylə.Əqildən kəm olan duymaz, anlamazMənim sözlərimi qanana söylə.

Adamı oynatmaq insanlıq deyil,Eşqi hiss etməmək cavanlıq deyil,Mənim şikayətim divanlıq deyil,Nə sultana söylə, nə xana söylə.

Həmişə əlində saxla cilovu,Yalnız ovçu bilər oylağı, ovu.Kim oda düşməyib duymaz alovu,Məhəbbət oduna yanana söylə.

Haqq olur... mən hara, biilqar hara.Düşmüşəm nə edim, yoxdur bir çara.İşdir yolun düşdü qarlı dağlaraHaray çək, ahımı dumana söylə.

Tapılmaz eləsi bizim zamandaO təkdir, heç misli yoxdur cahanda.Bəlkə bir gün gördün toyda, nişandaUnutma, ərzimi canana söylə.

El ağzı fal olar, bunu sal yada.Sirri dosta vermə, söyləmə yada,Xeyir xəbər olsa eldə, obadaQayıdıb gələndə Osmana söylə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets