Başına döndüyüm
(Deyişmə)
Aşıq Mirzə
Başına döndüyüm, gülüzlü mələk,Maraltək qarşımdan qaçma hürkərək.Ver qolunu, qoy dolanaq, qoy gəzək,Gəl eyləmə naz, başına döndüyüm!
Aşıq Əsəd
Qoca demə, yalvarıram, amandı,Qocalıqda sevmək daha yamandı.Aşıq könlüm hər fəsildə cavandıQış başına, yaz başına döndüyüm!
Kitabxana.az · https://kitabxana.az/en/works/osman-sarivelli-basina-donduyum
Use ← → keys to move, R for a random poem