Keçən günlərimi unutmamışam,Gəlir uşaqlığım yadıma bəzən;Çıraqlar sönəndə, qaralanda şam,Yorğun dovşan kimi boz otluqda mənAydınlıq gecələr şirin yatdığım,Ölsəm də yadımdan çıxmayacaqdır.Kürün kənarında, qarmaq atdığımXəyal məskənimdən, demə, uzaqdır,Çinarlar könlümü aldı əzəldən,Görmək istəyirəm o yerləri mən!

Yadımdan çıxarmı dumanlı dağlar –Mənim o dağlarda min oylağım var.Ulduzlar gözünü birdən yumandaYalqız dolaşmışam çəndə, dumanda...Sıldırım qayalar, dərin quzeylər,Döşündə qar yatan sərin quzeylər.Əlvan çəmənliklər, yaşıl otlaqlar,Sevdiyim Ağçaylar, Dəlibulaqlar.Könlümü kəməndə saldı əzəldən,Görmək istəyirəm o yerləri mən.Dağların başına qaranlıq çökür,Şimşəklər parlayır, buludlar tökür...Dumanlar alçalır yollara sarı,Qaranlıqda qərib yolçular azır,Döyür ildırımlar qoca dağları,Şimşəklər qızıldan yazılar yazır...Dol səpildikcə yerə qar kimi...Otlar xışıldayır qumaşlar kimi...

Məni o yerlərdə bəslədi anam,Odur xəyalımda hər səhər, axşam.

Keçir yurdumuzun sərin yaylağı,Mənə könül verdi Ələyəz dağı.Gözüm zirvəsində qaldı əzəldən,Görmək istəyirəm o yerləri mən...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets