Baxıram sahildən daşlı döşlərəYayılıb əlləri belli adamlar.El gücü – sel gücü demiş, atalar,Bu müdrik məsəldə böyük məna var...

Ötən bir anı da xeyli zamandırDolanan hər ayın, keçən hər ilin.Kiçik bir damlası olmaq da xoşdurBu güclü axının, bu güclü selin.

Körpə yasəmənin eşdim dibini,Vurdum alağını, otunu biçdim.Əkdiyim küknarı suladım bu gün,Elə bil yanırdım, özüm su içdim.

Pöhrələr, şitillər indi körpədir,Fidanlar on qarış deyil hələlik.Sabah boy atacaq, görəcəksinizXəzər sahilində yaşıl meşəlik...

Yayları buraya qızlar, oğlanlarHər yandan sel kimi töküləcəkdir.Qumluqda qaralıb gümrah cavanlar,Sərin kölgəlikdə dincələcəkdir.

Sevib oxşayacaq gənclik eşqini,Sahili bürüyən güllər-çiçəklər.Qumsalı gülüstan edən kəsləri,Nəsillər hörmətlə yad edəcəklər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring