Sirlər dünyasıdır bu dünya başdan,Tükənən deyildir onu deməklə...Təbiətdən güclü, qadir, möhtəşəm,Bir qüdrət, bir qüvvət bilmirəm hələ.

Mən ona şadam ki, hələ canlıyam,Ayrılmaz üzvüyəm mən təbiətin.Kim bilir, bəlkə də sirri bundadır,Təbiətə olan bu məhəbbətin!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets