Hər adamda təzyiqinMüxtəlifdir səbəbi.Biri dincdir xəstənin,Digəri çox əsəbi...Həkim yerdə yoxladı,Dedi: – Təzyiqi çoxdur,Gərək yatıb dincələBaşqa əlacı yoxdur...

Verdiyi əlborcunuAlmağa gələn qocaYanında duranlaraSöyləyirdi astaca:– Həkim tanımayır heç,Bilmir həmin adamı.Yaxşı tanıyıram mən,Onu tanıyır hamı.

Bilirsinizmi niyə?Artıqdır qan təzyiqi?Çünki o yalançınınYoxdur vicdan təzyiqi...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets